Ayağı açıqrəngli birəcik | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: ???: Ayağı açıqrəngli birəcik |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir.
Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar.[1]
Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar.
Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir. Yumurtaqoyma prosesi qurtardıqdan sonra yetkin fərdlər ölür. Yenicə çıxmış böcəklər müxtəlif xaççiçəkli bitkiləri zədələyir, yayın axırında isə qışlamaya keçirlər.
Onlar kütləvi inkişaf dövründə kənd təsərrüfatı bitkilərinə böyük zərər verirlər. Kələmin, şalğamın cücərtilərini yeyir, yenicə əkilmiş şitilləri zədələyirlər. Çox vaxt turnepsi və turpu 2-3 dəfə yenidən əkmək lazım gəlir.
Ayağı açıqrəngli birəcik-Phyllotreta nemorum