Ayşə Soysal | |
---|---|
türk. Ayşe Soysal | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Elm sahəsi | riyaziyyat |
Elmi adı | Professor |
İş yeri | Boğaziçi Universiteti |
Alma-mater | Robert Kolleci |
Təhsili |
Ayşə Soysal (d. 24 iyun 1948, İstanbul, Türkiyə) — Professor, YÖK üzvü (2009-2013),[1] Boğaziçi Universitetinin rektoru (2004-2008), Boğaziçi Universitetinin ilk qadın Ədəbiyyat Fakültəsinin dekanı və rektoru adlarını daşıyır.
Ayşə Soysal 24 iyun 1948-ci ildə İstanbulda dünyaya gəlib. 1967-ci ildə Arnavutköy Amerikan Qız Kollecini sinif birincisi olaraq bitirib. 1967-ci ildə Robert Kollecini, sonra isə Robert Kollecinin Ali Məktəbini müvəffəqiyyətlə bitirib. 1971-ci ildə universitetin fizika-riyaziyyat ixtisasından məzun oldu.
Ayşə Soysal 1976-cı ildə Boğaziçi Universitetinin riyaziyyat fakültəsində müəllim olaraq işə başladı. 1981-ci ildə dosent, 1991-ci ildə professor vəzifəsinə yüksəlib.
1992-ci ildə Boğaziçi Universitetinin Ədəbiyyat fakültəsinin ilk qadın dekanı seçilib.
Ayşe Soysal 19.09.2008 - 19.09.2012 tarixləri arasında TÜBİTAK Elm Heyətinin üzvü kimi də çalışmışdır.[2]
Digər vəzifələri arasında 1993-2000-ci illəri arasında YUNESKO Türkiyə Milli Komissiyası İdarə Heyəti üzvlüyü, 2004-2006-cı illəri arasında Açıq Cəmiyyət İnstitutu Türkiyə Nümayəndəliyi Məsləhətləşmə Qurulu üzvlüyü, 2008-2014-cü illəri arasında Duke University Islamic Studies Center Board of Advisors üzvlüyü var.[2]