Azor adaları | |
---|---|
port. Açores | |
Ümumi məlumatlar | |
Adaların sayı | 9 |
Ümumi sahəsi | 2333 km² |
Hündür nöqtəsi | 2351 m |
Əhalisi | 246.746 nəfər (2011-ci il) |
Yerləşməsi | |
38°36′00″ şm. e. 27°59′00″ q. u.HGYO | |
Ölkə | Portuqaliya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq.
Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir. Orta temperatur yanvarda 14 °C, iyulda 22 °C, illik yağıntı 700–800 mm-dir. Dəfnə və şabalıd meşələri var. Banan, sitrus bitkiləri, ərik, üzüm və s. yetişdirilir. Maldarlıq inkişaf etmişdir. Transatlantika dəniz və hava yollarında bir tərəfdən Avropa ilə Afrika, digər tərəfdən isə Amerika arasında mühüm bazadır. Balıq və balina ovlanır. Əsas şəhər və portları: Ponta-Delqada, Anqradu-Eroişmu, Orta. Məşhur qış kurortudur.
Azor adaları hələ karfagenlilərə, normanlara və ərəblərə məlum idi. 1427-ci ildə adalar portuqallar tərəfindən yenidən kəşf olunmuşdur. Azor adalarının XV əsrdə başlanan kolonizasiyasında portuqallarla yanaşı, flamandlar və digər Avropa xalqları iştirak etmişlər. Coğrafi cəhətdən uzaqda yerləşməsinə baxmayaraq, bu adalar Portuqaliya üçün daim mühüm əhəmiyyət kəsb etmişdir. 1832-ci ildə Azor adalarında Portuqaliya kralı I Migelin mütləqiyyət rejiminə qarşı başlanan mübarizə Portuqaliyada konstitusiya quruluşunun bərqərar olması ilə nəticələndi.
XIX-XX əsrlər Azor adaları üçün məhəlli muxtariyyət əldə etmək cəhdi ilə səciyyələnir. Birinci muxtariyyət statutu 1895-ci ildə qəbul olundu. Portuqaliyada Aprel inqilabı (1974) şəraitində Azor adalarında Portuqaliyadan tamamilə ayrılmağa can atan təşkilatların fəaliyyəti genişləndi. Kontinental Portuqaliyada demokratik quruluşun konsolidasiyası möhkəmləndikcə Azor adalarında separatçı hərəkatın qarşısı alındı. 1976-cı ildə qəbul olunmuş Portuqaliya konstitusiyasına görə, adalar tamamilə özünüidaretmə hüququ əldə etdi. Özünün bayrağı, icraedici və qanunverici hakimiyyət orqanları olan Azor adaları Portuqaliyanın muxtar regionu kimi tanındı.[1]
Azor adaları Şimali Atlantik okeanın mərkəzində vulkan mənşəli doqquz böyük adadan və bir neçə kiçik mərcan rifindən ibarətdir: