Açıq pəncərələr | |
---|---|
ing. Open Windows | |
Janr | triller filmi |
Rejissor | Naço Viqalondo |
Prodüserlər |
|
İcraçı prodüserlər | Elayca Vud |
Ssenari müəllifi | Naço Viqalondo |
Baş rollarda | |
Operator | Xon D. Dominqes |
Bəstəkar | Xorxe Maqas |
İstehsalçılar | Spiderwood Studios[d] |
Distribütor | Netflix |
İlk baxış tarixi | 10 mart 2014 |
Müddət | 100 ± 1 dəq. |
Büdcə | 2 200 000 € |
Ölkələr | |
Dil | |
Rəng | rəngli |
Çəkiliş yeri | Madrid |
IMDb | ID2409818 |
Açıq pəncərələr (ing. Open Windows) — 2014-cü ildə rejissor Naço Viqalondonun özünün yazdığı ssenari əsasında çəkdiyi və baş rollarda Saşa Qrey və Elayca Vudun iştirak etdiyi ispan triller filmidir.[3] Film skrincastinq vasitəsilə çəkilmiş və filmdəki hərəkətlər personajların kompüter monitorları vasitəsilə nümayiş etdirilmişdir. Filmin premyerası 10 mart 2014-cü ildə ABŞ-də,[4] sentyabrın 25-də isə Rusiyada baş tutmuşdur.
Nik (Elayca Vud) — aktrisa Cil Qodardın (Saşa Qrey) pərəstişkarı və eyni zamanda da onun qeyri-rəsmi internet saytının redaktorudur. Nik aktrisanın yeni filminin təqdimatından sonra əsas mükafatı aktrisa ilə şam yeməyi olan bir müsabiqədə qalib gəlir. Nikin veb saytında yayımlanan təqdimatın onlayn reportajı zamanı ona bir zəng gəlir və özünü Kord (Nil Maskell) kimi təqdim edən bir şəxs ona naharın ləğv edildiyini bildirir. Nik, məqsədi Cili öldürmək olan bir oyunda piyona çevrildiyindən belə şübhələnmir.
Aktyor | Rol |
---|---|
Saşa Qrey | Cill Qoddard |
Elayda Vud | Nik Çembers |
Nil Meskell | Kord |
Naço Viqalondo | Riçi Qabilondo |
Reyçel Arieff | |
İvan Qonzales | Toni |
Uliss Lopez | |
Brayan Elder | festivaldakı qonaq |
Trevante Rods | Brayan |
Mayk Makkatçen | kino sevən |
Adam C. Rib | festivaldakı pərəstişkar |