Ağgöz qaraördək

Ağgöz qaraördək
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Yarımdəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Triba:
Növ:
Ağgöz qaraördək
Beynəlxalq elmi adı

Ağgöz qaraördək (lat. Aythya nyroca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.

Nadirdir.

(VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (EN) düşə bilər.

Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir. Dişisinin rəngi solğundur.

Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb [3][4][5]. Azərbaycanda düzənlik rayonlarda yayılıb [6][7][8]. Xəzərin sahil zolağında və daxili su hövzələrində (Kələdəhnə, Cil, Qarasu, Şilyan, Sor-Sor və s.) göllərin qurudulması nəticəsində yayıldığı sahələr xeyli azalıb.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Sahil və su bitkiləri ilə zəngin olan su hövzələrində məskunlaşır. Qamış cəngəlliyini xoşlayır [9][10]. Qışda gündüzlər göllərin və körfəzlərin açıq akvatoriyalarında olur, axşam hava qaralandan səhər alaqaranlıq vaxta qədər isə dayaz subasar sahələrdə yemlənir [11]. Azərbaycanda qışlayan, ötüb keçən və reproduktiv populyasiyaları olur. Nəsil verən populyasiyası dərin su və qamış cəngəlliyi olan körfəzlərə və göllərə çəkilir. May ayında suya yıxılmış quru qamış topası üzərində yuva tikir, onun içərisinə çoxlu lələk döşəyir, 7-8 yumurta verir, axırıncı yumurtadan sonra 25-27 gün kürt yatır. Cücələri hələ kontur lələkləri çıxmazdan əvvəl suda üzür, amma uça bilməsi iki aylıq olanda başlayır [12][13][14]. Bitkiyeyən ördəkdir, ən çox qamış toxumunu xoşlayır [15].

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Uzun illər ov quşu kimi təqib edilməsi, nəsilvermə biotopunun deqradasiyası, düzənlik rayonlarda təbii göllərin çoxunun qurudulması.

Əhali üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yuva sahələri təbii abidə statusu ilə qorunmalı, növün vəziyyəti əhaliyə izah olunmalı. Yenikənd su bazasına və Sarısu göllər sisteminə qoruq statusunun verilməsi.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 114-115;
  4. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том IV, с. 488-494;
  5. Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 67-68;
  6. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 125-126;
  7. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 114-115;
  8. Talıbov T.H. Ağgöz qaraördək–Aythya nyroca Guld. // Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitab"ı. I cild, Naxçıvan, “Əcəmi”, 2006, s. 79-80;
  9. Babayev İ.R. Kürətrafı göllərin ornitofaunası // Kürətrafı göllərin biologiyası. Bakı, “Elm”, 2001, s. 280-287;
  10. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 125-126;
  11. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 125-126;
  12. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 125-126;
  13. Babayev İ.R. Kürətrafı göllərin ornitofaunası // Kürətrafı göllərin biologiyası. Bakı, “Elm”, 2001, s. 280-287;
  14. Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 67-68;
  15. Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кавказского музея, 1884, с. 366;