Ağqıraq | |
---|---|
40°07′26″ şm. e. 45°21′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.025 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Ağqıraq, Astğadzor — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd.[2]
Ağqıraq kəndi rayon mərkəzindən 55,5 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Kəndin qədim adı Ağqıraq olsa da sonralar erməni mənbələrində Əliqırıq, Əliqrağı, Əliqraq kəndi kimi sabitləşmişdir. XX əsrin ortalarında kənd Əliqoıx adlandırılmışdır. Qafqazın 5 verstlik xəritəsində Əlikrıx kimi qeyd edilmişdir. 1897-ci ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı yaşamışdır. Sonradan onlar kənddən deportasiya edilmişdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829-1930-cu illərdə Türkiyənin Alaşkert və Van bölgəsindən köçürülmüş azərbaycanlılar deportasiya olunmuşdur.
Kəndin ərazisində türklərlə bağlı VIII-IX əsrlərə aid tarixi abidələr vardır.
Toponim qədim türk dilində «kiçik, balaca», ərazicə çox da geniş olmayan mənasında işlənən ağ sözü ilə, «sahil» mənasında işlənən qiraq sözü əsasında formalaşmışdır. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Astğadzor qoyulmuşdur.