Ağqışla

Ağqışla
39°00′ şm. e. 36°10′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.592 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.429 nəf. (2018)
Digər
akkisla.gov.tr
Xəritəni göstər/gizlə
Ağqışla xəritədə
Ağqışla
Ağqışla

Ağqışla (türk. Akkışla) — Kayseri ilinin ilçəsi. İlçə, Kayseri şəhər mərkəzindən 80 km məsafədə, şərqdə Pınarbaşı, qərbdən Sarıoğlan, şimaldan Gəmərək və cənubdan Bünyan ilə həmsərhəddir. İlçə mərkəzinin dəniz səviyyəsindən hündürlüyü 1350 m-dir. İlçə ərazisinin 60%-i dağlıq ərazilərdən ibarətdir.[2]

Ağqışla sakinləri Orta Asiyadan miqrant kimi gəlmiş və burada məskunlaşmışlar. Qurulma tarixi tam bəlli olmasa da, 1804-cü ildə Quzugüdənli adı ilə mahalın şərqindəki Hınzır dağının ətəklərinə yerləşdilər. Yaşayış məntəqəsi olduqdan sonra ilçə 45 kənddən ibarət olsa da, bu gün kənd 2 qəsəbə və 5 kənddən ibarətdir.

Şəhər əhalisinin böyük bir hissəsi əkinçilik və heyvandarlıqla məşğuldur. Yayda tarla, üzümçülük və bağçılıqla, heyvandarlıqla məşğul olan sakinlər məhsuldarlığı artırmaq üçün dağlıq ərazilərə gedir. 1937-ci ilə qədər bu bölgələrdə oxuma-yazma nisbəti çox aşağı olduğu halda, bu gün oxuma-yazma nisbəti 93%-ə yüksəlmişdir. Savadlı əhalinin 38%-i ibtidai məktəb, 28%-i orta məktəb, 18%-i tam orta məktəb, 6%-i ali məktəb məzunudur. Son illərdə kollec məzunlarında nəzərə çarpan artım müşahidə olunmuşdur.[3][4]

İlçə daxilində 3290 baş iribuynzulu, 45 mindən çox kiçikbuynuzlu heyvan var. İlçə sərhədləri daxilində yerləşən Gömürgən və Qanişeyx qəsəbələrində kilim, xalça, yəhər və s. xalçaçılıq işləri ilə aparılır.[5]

Ağqışla xalqı Orta Asiyadan köçəri çaplarda gəlmiş və hal-hazırkı ilçə sərhədlərində məskunlaşan Oğuz tayfalarından olan köhnə türkmənlərdir. Bu gün ilçə 2 qəsəbə və 5 kəndə sahibdir. Ağqışla əvvəllər Sivas vilayətinin sərhədləri daxilində olmuş, Kayserinin vilayət olaraq qurulmasından sonra Pınarbaşı ilçəsinə bağlanmışdır. Daha sonra Bünyan ilçəsinə bağlanmış və bu vəziyyət 1987-ci ilə qədər davam etmişdir. 19 iyun 1987-ci ildə ilçə statusu qazanmışdır.

Ağqışla Bələdiyyə təşkilatı 1953-cü ildə qurulmuşdur. Ağqışla ilçənin adını şimaldakı qayaların ağlığına görə, və heyvanların qışda qalmasına uyğun olduğu üçün qışla sözlərinin birləşməsindən yaranmışdır.

İnzibati quruluş

[redaktə | mənbəni redaktə et]

İlçədə iki qəsəbə və beş kəndə mövcud olmuşdur. Lakin, böyük şəhər qanunundan sonra qəsəbələr və kəndlər mərkəzə məhəllə olaraq birləşmişdir. Ağqışlanın məcra və bucağı yoxdur. İlçəni Kayseri-Sivas avtomobil yolu ilə birləşdirən 18 kilometrlik asfalt örtüyü mövcuddur. 2011-ci il ümumi siyahıyaalmasına görə Ağqışlanın qəsəbə əhalisi 2 555 nəfər, kənd əhalisi 6.100 nəfər, ümumi əhalisi isə 8 355 nəfərdir. Əhalinin 51%-i qadın, 49%-i kişidir. İllik əhalinin artım tempi şəhər mərkəzində hər 1000 nəfərə 4.89, kəndlərdə isə hər 1000 nəfərə 14,12 nəfər təşkil etmişdir. Ümumi azalma isə -8.22% olmuşdur.

İlçə əhalisinin əksəriyyəti maddi ehtiyatlarını əkinçilik və heyvandarlıqla məşğul olmaqla qarşılayır. Ağqışlada aktiv əhalinin 65%-i kiçik miqyaslı əkinçilik və heyvandarlıq ilə məşğul olur və onların 35%-i müxtəlif sahələrdə müvəqqəti və ya daimi işçi, məmur və ticarətçi olaraq çalışır. İlçə daxilində, xalça toxuçuluğu da olduqca inkişaf etmişdir. İlçədə bir neçə kiçik dəmirçi və dülgər emalatxanasından başqa su zavodu və heyvan ferması var. İlçə mərkəzində 7 market, çörək sexi, internet kafe, bilyard zalı, restoran fəaliyyət göstərir.

Sosial quruluş

[redaktə | mənbəni redaktə et]

İlçə sakinlərinin əksəriyyəti yay aylarında əkinçilik və heyvandarlıq, tarla, üzümçülük və bağçılıq ilə məşğul olduqları üçün dağlıq ərazilərə qalxırlar. İlçədə kinoteatr, mədəniyyət sahəsi, uşaq meydançası, istirahət parkı və əyləncə parkı kimi əyləncə yerləri yoxdur. Yalnız internet kafe və bilyard zalı fəaliyyət göstərir. Ağqışla xalqı Oğuzların köhnə qolundan olan türkmənlərdir.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Akkışla İlçesi". www.kayseri.gov.tr (türk). 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.
  3. "Kayseri'de eğitim-öğretim". www.kayserikent.com (türk). 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.
  4. "Eğitim İstatistikleri". www.kayseri.gov.tr (türk). 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.
  5. "Akkışla ilçesi". kayseriden.biz (türk). 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]