Bülbülü öldürmək

Bülbülü öldürmək
ing. To Kill a Mockingbird
Müəllif Harper Li
Orijinalın dili İngilis dili
Ölkə ABŞ
Orijinalın nəşr ili 11 iyul 1960
Nəşriyyat J. B. Lippincott & Co.
Nəşr 11 iyul, 1960-cı il.
Səhifə 281 səh.

Bülbülü öldürmək[1] (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. 

Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir".[2]

Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur. Kitab Birləşmiş Ştatların məktəblərində tolerantlığı və qərəzsiz mövqeni təbliğ edən dərslərdə geniş şəkildə tədris olunur. Mövzularına baxmayaraq, "Bülbülü öldürmək" əsərinin məktəb proqramlarından çıxarılması üçün bir sıra kampaniyalar təşkil olunmuşdur. Buna səbəb kimi əsərdə tez-tez irqi epitetlərdən istifadə edilməsi göstərilirdi.

Nəşr edildikdən sonra roman haqqında müxtəlif fikirlər formalaşdı. Çox sayda nüsxəsinin satılmasına və məktəblərdə geniş şəkildə tədris edilməsinə baxmayaraq haqqında ədəbi təhlillər azdır. "Bülbülün öldürülməsi" haqqında bir neçə müəllifin və ictimai xadimin fikirlərini toplayan yazıçı Meri Makdonaf Mörfi kitabı "təəccübləndirən fenomen" adlandırdı.[3] 2006-cı ildə ingilis kitabxanaları kitabı "ölmədən öncə hər bir şəxsin oxumalı olduğu kitab" adlandıraraq Bibliyadan da öncə sıraladılar.[4] 1962-ci ildə rejissor Robert Malliqan tərəfindən kitabın süjet xətti əsasında eyni adda filmi çəkildi və Oskar mükafatına layiq görüldü. 1990-cı ildən bəri, Harper Linin doğulduğu şəhərdə hər il romanın tamaşası təşkil edilir. 

"Bülbülü öldürmək" Harper Linin "Təsbeh ağacının altında" əsəri nəşr edilənə kimi yeganə əsəri idi. "Təsbeh ağacının altında" əsəri "Bülbülü öldürmək" romanının ilkin versiyası hesab olunur və 2015-ci il iyul ayının 14-də nəşr olundu. Harper Li 1964-cü ildən özü və romanı ilə bağlı müsahibə verməkdən imtina etsə də, 2016-cı ilin fevral ayında vəfatına qədər əsərlərinin təsiri ilə bağlı sualları cavablandırırdı.

Yazılma tarixi və nəşri

[redaktə | mənbəni redaktə et]

1926-cı ildə anadan olan Harper Li Alabama ştatının Monrovill şəhərinin Cənub bölgəsində böyümüşdür. O, tez bir zamanda məşhurlaşan yazıçı Truman Kapote ilə yaxın dost idi. 1944–45-ci illərdə Montqomeridə Hantinqdon kollecində, daha sonra 1945–49-cu illərdə isə Alabama Universitetinin hüquq fakültəsində oxuyub. Təhsil aldığı müddətdə tələbələrin ədəbiyyat jurnallarında yazıçılıq fəaliyyəti ilə məşğul olub: Hantinqdon kollecində Hantres jurnalında və Alabama Universitetində Rammer Jammer jurnalında. Hər iki təhsil müəssisəsində Li o dövrlərdə kampuslarda nadir hallarda rast gəlinən irqi ədalətsizlik mövzusunda qısa hekayələr və digər əsərlər yazırdı.[5] 1950-ci ildə Li Nyu-York şəhərinə köçdü və Britaniya Hava Yolları Korporasiyasında kargüzarlıq vəzifəsində çalışdı: burada Monrovilldən tanıdığı insanlar haqqında yazılar və qısa hekayələr toplusu yazmağa başladı. 1957-ci ildə Kapotenin məsləhəti ilə əsərlərini çap etmək üçün onları ədəbiyyat agentliyinə təqdim etdi. Onun əlyazmalarını qəbul edən agentliyin redaktoru Lippinkott ona aviaşirkətdəki işini buraxmağı və yazıçılıq fəaliyyətinə diqqət göstərməyi məsləhət gördü. Dostlarından aldığı maliyyə vəsaiti hesabına bir il müddətinə fasiləsiz yazmağa başladı.[6]

Əlyazmasının ilkin versiyasını tamamladıqdan sonra onu Lippinkotta təqdim etdi. Bu zaman "Təsbeh ağacının altında" əsəri Tey Honof kimi tanınan 50–60 yaş arasında veteran redaktor Teresa von Honof Torreyin qarşısına çıxır. Honof əsərdən təsirlənir. Daha sonra bir müsahibəsində əsər haqqında belə qeyd etmişdi: "Əsərin hər bir cümləsində həqiqi yazarın qığılcımı hiss olunur".[7] Lakin Honofunda gördüyü kimi əlyazma çap edilmək üçün uyğun deyildi. Özünün də qeyd etdiyi kimi "əsər romandan daha çox lətifələr toplusunu xatırladırdı". Növbəti iki il ərzində o, Harper Liyə kitab tamamlanana və "Bülbülü öldürmək" adını alana qədər kömək etdi.[7]

Nəticədə, Li "Bülbülü öldürmək" əsərini yazmağa yarım ildən çox vaxt sərf etdi. Kitab 1960-cı ilin 11 iyulunda nəşr olundu. "Təsbeh ağacının altında" başlığından imtina edərək onu "Attikus" adlandırıldı, lakin Li onun adını yenidən "Bülbülü öldürmək" adı ilə dəyişdi, çünki o, hesab edirdi ki, bu ad hekayədə yalnız bir xarakterin portretinin yaradılmasından kənara çıxdığını əks etdirir.[8] Lippinkottun redaksiya heyəti Liyə məlumat verdi ki, kitabın yalnız bir neçə min nüsxəsi satıla bilər.[9] 1964-cü ildə, Li kitab haqqında fikrini bildirdi: "Mən bu əsəri yazarkən heç bir uğur qazanacağımı düşünməmişdim … Mən bilirdim ki, tənqidçilər məni bu əsəri yazdığıma görə çox tənqid edəcəklər, məcazi mənada onların əllərində tez və mərhəmətli ölümdən qorxurdum, lakin bəzilərinin əsəri sevərək mənə cəsarət verəcəklərinə inanırdım. İctimaiyyətin təşviqi. Mən ümid edirdim, dediyim kimi, lakin gözlədiyimdən çox nəticə əldə etdim, və bəzi hallarda bu mənim qorxduğum həmin o tez və mərhəmətli ölüm kimi qorxulu idi".[10] Lakin bunun əksinə Reader's Digest Condensed Books agentliyi kitabı nəşr etdirmək qərarına gəldi və beləcə onun oxucu kütləsi sürətlə artdı.[11] Kitab ilkin nəşrindən sonra heç vaxt nəşr edilməmişdir.[12]

Süjet xülasəsi

[redaktə | mənbəni redaktə et]

Əsərdəki hadisələr Alabama ştatının qədim Meykom şəhərində 1933–35-ci illərdə Böyük böhranın üç ili ərzində baş verir. Əsas qəhrəmanları altı yaşlı Cin Luis Finç (ləqəbi Skot), onun böyük qardaşı Ceremi və onların orta yaşlı vəkil olan dul atası Attikusdur. Cem və Skot hər yay xalasıgildə qalmaq üçün Meykoma səfər edirlər. Bu səfər burada Dill adlı oğlan ilə tanış olurlar. Onlar qonşuluqda yaşayan Artur Redlidən həm qorxurdular, həm də bu şəxs onlara maraqlı gəlirdi. Meykomda yaşayan insanların əksəriyyəti Redlidən danışarkən tərəddüd edirdilər və bir çoxları onu uzun illər tanıyırdı. Uşaqlar öz aralarında onun görünüşünü, necə bir insan olduğunu müzakirə edirdilər və onu evindən çıxartmaq üçün müəyyən fikirlər irəli sürürdülər. Dill ilə iki yay dostluq etdikdən sonra, Skot və Cem Redlinin evinin kənarında bir ağacın altında hədiyyələr tapdılar. Kimsə bu hədiyyələri bura onlar üçün qoyub getmişdi. Sirli Redli bu yollarla uşaqlara bir neçə dəfə sevgisini nümayiş etdirmişdi, lakin özünü heç vaxt göstərmədiyi üçün uşaqlar həmişə məyus olurdular.

Hakim Teylor Attikusa Mayella Evel adlı bir ağdərili qadına təcavüz etməkdə günahlandırılan qaradərili Tom Robinsonu müdafiə etməyi tapşırır. Meykom şəhərinin əksər sakinlərinin etirazına baxmayaraq Attikus Tomu müdafiə etməyi öz üzərinə götürür. Başqa uşaqlar Attikusun hərəkətlərinə görə övladları Cem və Skotu ələ salır və onu "qaraları sevən" adlandırırlar. Skot uşaqlarla mübahisə apararaq atasının tərəfini tuturdu, lakin atası ona bunu etməməyi tapşırmışdı. Attikus Tomu öldürmək istəyən bir qrup şəxslə üzləşir. Lakin Skot, Cem və Dill bu qrupun üzvlərinə hadisəyə Attikus və Tomun perspektivindən nəzər salmağa dəvət etdi və beləcə təhlükənin qarşısı alındı.

Filmin sınaq çəkilişlərinin həyata keçirildiyi yer.

Attikus uşaqlarının Tom Robinsonun məhkəməsində iştirak etməsini istəmirdi. Əsas məhkəmə zalında yer olmadığı üçün uşaqlar Rev Sikesin dəvəti ilə məhkəməni rəngli balkondan izlədilər. Attikus bildirdi ki, ittihamçılar Mayella və onun içki düşkünü atası Bob Evel yalan danışırlar. Həmçinin aydın oldu ki, yaşadığı cəmiyyətdə heç bir yaxın dostu olmayan Mayella Tomu yoldan çıxarmaq üçün nalayiq hərəkətlər edib, atası bunu görüb və onu vurub. Tomun günahsız olduğuna dair əhəmiyyətli faktlara baxmayaraq, hakim heyəti onu həbs edir. Talesiz Tom həbsxanadan qaçmaq istəyərkən öldürülür. Bu zaman Cemin və Attikusun dünyadakı ədalətə qarşı inancı sarsılır.

Tomun həbs edilməsinə baxmayaraq Bob Evel məhkəmədə baş verən hadisələrin nəticəsində tənqir olundu, Attikus "Evelin bu hərəkətinin məhkəmənin etibarını son dərəcə məhv etdiyini" bildirdi.[13] Evel Attikusdan qisas alacağına and içdi, hakimin evinə girməyə və Tom Robinsonun dul arvadını öldürməyə cəhd etdi. Nəhayət, o, gecə Hellouin festivalından evə gələn Cem və Skota hücum etdi. Cem onunla mübarizə apararkən ayağını sındırdı, lakin qaranlıq içindən bir nəfər uşaqları xilas etməyə gəldi. Sirli adam Cemi evə apardı, bu zaman Skot həmin adamın Redli olduğunu anladı.

Şerif Teyt Bob Evelin gecə mübahisə zamanı öldürüldüyünü gördü. Şerif Attikus ilə mübahisə elədi və Evelin öldürülməsində Cem və Redlini şübhəli bildi. Şerif yalandan Evelin özünü öldürdüyünü uydurur və Attikus sonunda şerifin dedikləri ilə razılaşır. Redli Skotdan onu evə kimi ötürməsini xahiş edir, Skot onunla sağollaşdıqdan sonra Redli yenidən yoxa çıxır. Redlinin evinin önündə dayanan Skot həyata Redlinin perspektivindən baxır və təəssüf edir ki, onlar heç vaxt Redlinin hədiyyələrinə görə ona təşəkkür etməyiblər.

Skot sonra evə qayıdır, bir müddət Attikus ilə Cemin otağında qalırlar. Tezliklə Attikus onu yatağına aparır və yenidən Cemin yanına qayıdır.

Avtobioqrafik elementləri

[redaktə | mənbəni redaktə et]

Li bildirib ki, "Bülbülü öldürmək" romanı avtobioqrafik əsər deyil, bu əsər müəllifin "bildiyi və həqiqətləri əks etdirdiyi mövzular haqqında yazdığı" bir romandır.[14] Buna baxmayaraq, əsərdə Linin uşaqlıqdan tanıdığı bir neçə adam və şahidi olduğu bir sıra hadisələr əks etdirilmişdir. Linin atası Amasa Koleman Li əsərdəki obraz Attikus Finç kimi vəkil olmuşdur və 1919-cu ildə qətldə ittiham olunan iki qaradərili şəxsi müdafiə etmişdi. Lakin bu şəxslər məhbus olunduqdan sonra asıldılar və öldürüldülər, beləcə, atası bir daha öz üzərinə cinayət işi götürmədi.[15] Linin atası həmçinin redaktor idi və Monrovill qəzetinin naşiri kimi fəaliyyət göstərirdi. Attikusa nisbətən irqi-ayrıseçkiliyə qarşı daha çox mübarizə aparmasına baxmayaraq, sonradan getdikçə liberal olmuşdur.[16] Əsərdə Skot obrazının anası o, uşaq olarkən vəfat etməsinə baxmayaraq Linin anası Frankes Kunniqham Finç onun 25 yaşı olarkən vəfat etmişdi. Anası zehni və emosional olaraq əsəbiləşən sinir pozğunluğuna meyilli idi.[17] Linin böyük qardaşı Edvin əsərdə Cem obrazının yaradılmasına səbəb oldu.

Li uşaqlıq dostu olan Truman Kapoteni əsərdə Dill personajında canlandırmışdı.[18][19] Əsərdə yay aylarında Dillin Skotun qonşuluğunda yaşadığı kimi Kapotedə Linin Nyu-Yorkda yaşayan xalasının qonşusu idi.[20] Dill kimi, Kapotedə də heyranedici təfəkkür və maraqlı hekayələr yazmaq bacarığı vardı. Li və Kapote hər ikisi eyni tipdə uşaqlar idi: hər ikisi oxumağı xoşlayırdı. Li daha çox oğlanlara məxsus xüsusiyyətləri özündə cəlb edən dava etməyə həvəli qız idi, Kapote isə zəngin leksik bacarığa sahib olmağına baxmayaraq pəltək danışırdı. Li və Kapote atasının onlara verdiyi hekayə kitabalrını oxuyur və canlandırırdılar. Hər ikisi öz yaşıdlarından uzaqlaşmağa başladığı zaman ən yaxın dost oldular; Kapote Li və özünü "həmyaşıdlarından uzaqlaşan" uşaqlar adlandırırdı.[21] 1960-cı ildə, Kapote və Li Kapotenin "Soyuq qan" əsərindəki çoxsaylı cinayətləri araşdırmaq üçün Kanzasya səfər etdilər.[22]

Ligilin qonşuluğunda qalan ailə Redli personajının yaradılmasının əsas səbəbi idi. Ailənin oğlan övladı bəzi hüquqi problemlər ilə üzləşdi və atası utandığından onu 24 il evdə saxladı. Daha sonralar isə insanlar tamamilə onun kimliyini unutdular, 1952-ci ildə vəfat etdi.[23]

Tom Robinson personajığının haradan qaynaqlandığı isə tam məlum deyil, lakin bəziləri onun xarakterinin yaradılmasının bir neçə hadisədən ilhamlandığını bildirirlər. Linin 10 yaşı olarkən Monrovilldə qonşuluqda qalan ağdərili qadın qaradərili Volter Letti onu zorlamaqda ittiham etdi. Bu hadisə qadının atasının redaktor olduğu qəzetdə işıq üzü gördü və Lett həbs olunaraq ölüm cəzasına məhkum edildi. Onun günahsızlığı haqqında gələn bir sıra məktublar nəticəsində ittihamın saxta olduğu ortaya çıxdıqdan sonra ömürlük həbs cəzası alaraq həyatını həbsxanada keçirtdi. 1937-ci ildə vərəm xəstəliyindən vəfat etdi.[24] Alimlər hesab edirlər ki, Robbinsonun çətinlikləri Skottsboro oğlanlarının başına gələn hadisəni əks etdirir.[25][26] Skottsboro hadisəsi zamanı 9 qaradərili oğlan iki ağdərili qadını zorlamaqda təqsirkar bilinirdi, lakin ittihamçıların əlində heç bir əsaslı dəlil olmamışdı.[27] Lakin 2005-ci ildə Li bildirdi ki, əsərdə Robbinsonun başına gələn hadisələr Skottsboro hadisəsi ilə eyni olsa da, nəzərəçarpan bir şey hiss etməmişdi. 1955-ci ildə Missisipidə ağdərili bir qadınla flört etdiyi iddia edilən və öldürülməsinin Vətəndaş Hüquqları Hərəkatı üçün bir katalizator hesab edilən qaradərili yeniyetmə də Tom Robinson personajı üçün bir modeldir.[28]

"Romanın hekayəsi çox çətindir, çünki Li küçədə bir qız olmalı və ona təhlükə törədə biləcək qəzəbli itlərdən və qəribə evlərdən xəbərdar olmalıdır və ədalətin necə işlədiyini və ədliyyə sisteminin bütün quruluş mexanizmlərini dərk etməlidir. Gözəlliyin bir hissəsi budur ki, o, özünə yol göstərməsi üçün düşüncələrinə və hisslərinə güvənir. "

Allan Qurqan[29]

Əsərin üslubunun tənqidçilər və rəyçilər tərəfindən qəbul edilən ən güclü elementi Harper Linin möhtəşəm hekayə yazmaq bacarıqlarıdır.[30] 10 il sonra digər bir tənqidçi əsər haqqında belə bir fikir bildirdi: "Harper Li gözəl hekayə yazmaq bacarıqlarına sahibdir, əsərlərində sinematoqrafik axıcılıq və incəlik ilə hekayənin məzmununu qırmadan bir mövzudan digərinə keçmək olur".[31] Li əsəri azyaşlıq qızcığazın dilindən səsləndirərək əslində özünün yetkin qadın düşüncələrini və uşaqlığında müşahidə etdiyi hadisələri təsvir edir.[32] Bu nəql etmə üsulu Liyə gizli motivasiya və qeyri-səlis düşüncənin təsirilə böyüklərin fikilərinin mürəkkəbliyini və uşaqların müşahidələrinin sadəliyini qarşı-qarşıya qoymağa imkan verir.[33] Bununla yanaşı, bəzi hallarda tənqidçilər əsərdəki Skot personajının anlayış səviyyəsini və istifadə etdiyi danışıq tərzini müzakirə edirlər.[34] Hardinq Limey və roman ədəbi tənqidçi Qranvill Hiks bildirirlər ki, Skot və Cem yaşında olan uşaqların Tom Robinsonun məhkəməsində iştirak edərək onun başına gələnləri tam şəkildə dərk etməsi inandırıcı deyil.[35][36]

Caklin Tavernir Korbin Linin üslubu və yumoristik ifadəsi haqqında yazır: "Gülüş… Linin əsərlərində sətraltı mənada gizlənir və onu müəyyən etməklə belə əsərin oxucusu onu tapa bilər".[37] Skotun qonşularını müşahidə etməsi və fərdi davranışlarından təsirlənən İncəsənətin Milli İrsi təşkilatının direktoru David Kipen onu "isterik yumorlu" adlandırmışdır.[38] Əsərdəki mürəkkəb məsələlərə də toxunan Tavernir Korbin qeyd edir ki , Li əsərdə uşağın perspektivindən istifadə edərək parodiya, satiraironiyanı effektiv şəkildə əks etdirir. Dill Skota onunla evlənməyi vəd etdikdən sonra Cem ilə daha çox vaxt keçirirdi, Skot da Dilldən daha çox diqqət görmək üçün onunla kiçik mübahisələr edirdi, hətta bu hərəkəti bir neçə dəfə təkrarlamışdı.[39] Skotun məktəbdə ilk günü də satirik olaraq təhsilin təsirini göstərmişdir; müəlliməsi Attikusun ona oxumaq və yazmaqla bağlı öyrətdiklərinin yanlış olduğunu deyirdi və Attikusdan Skota daha heç öyrətməməsini tələb edirdi.[40] Li əsərdə ən uyğun olmayan vəziyyətləri istehza ilə qarşılayırdı, lakin Cem və Skot əsərdə necə Meykom sakinlərinin irqçiliyi qəbul etdiyini və hələ də nümunəvi cəmiyyət olaraq qalmağa səy göstərdiklərini anlamağa çalışırdı. Əsərdə satira və ironiyanın bu şəkildə təsvir edilməsini əsas göstərən Tavernir Korbin belə bir ad təklif etmişdi: Li təhsilin çatışmayan tərəflərini, ədalət sistemini və öz cəmiyyətini — öz yumoristik etirazlarının subyektləri kimi istifadə edir.[37]

Tənqidçilər həmçinin süjetinin daha əhatəli olması üçün istifadə olunan əyləncəli metodları da qeyd edirlər.[41] Attikus şəhərdən kənarda olarkən Cem Sandey məktəbindən tanıdığı dostu ilə Şadrax oyununu oynadığı zaman onu kilsənin zirzəmisində kilidləyir. Bu hadisədən sonra onların qaradərili qulluqçusu Kalpurniya Skot və Cemi kilsəyə qədər aparır, bu da uşaqlara onun şəxsi həyatını müşahidə etməyə və həmçinin, Tom Robbinson haqqında nələrsə öyrənməyə imkan verir.[42] Skot Hellouin yarışması zamanı yuuxya gedir və izləyicilərin səs-küylü gülüşünə səbəb olur. O, bu hadisədən sonra çox utanır və öz Hellouin kostyumda evə getməyə üstünlük verir.[43]

Alimlər "Bülbülü öldürmək" əsərinin həm Cənubi qotik, həm də təhsillə bağlı roman janrına aid olduğunu iddia edirlər. Bob Redlinin qəribə və qeyri-təbbi keyfiyyətləri və xüsusiyyətləri və evindən kənara çəkilməməsi, həmçinin, Tom Robinsonun iştirakı ilə irqi ədalətsizliyin təsviri romanda qotik mühiti yaradır.[44][45] Li Meykom məhkəməsinin memarlıq üslubunu və Dillin Redli kimi şiddətli çıxışları ilə bağlı "qotik" terminindən istifadə etmişdir. Alimlər "Bülbülü öldürmək" əsərinin həm Cənubi qotik, həm də təhsillə bağlı roman janrına aid olduğunu iddia edirlər. Bob Redlinin qəribə və qeyri-təbbi keyfiyyətləri və xüsusiyyətləri və evindən kənara çəkilməməsi, həmçinin, Tom Robinsonun iştirakı ilə irqi ədalətsizliyin təsviri romanda qotik mühiti yaradır.[46] Li Meykom məhkəməsinin memarlıq üslubunu və Dillin Redli kimi şiddətli çıxışları ilə bağlı "qotik" terminindən istifadə etmişdir. Autsayderlər Cənubi qotik üslubundan yazılan əsərlərdə əsas elemetlərdir və tənqidçilər Skot və Cemin şəhərdəki iyerarxiya haqqında soruşduğu sualları "Çovdarlıqda uçurumdan qoruyan"bə "Helkberri Finnin macəraları" əsərləri ilə müqayisə edirlər.[47] Şəhərin idarə sistemlərini tənqid etməsinə baxmayaraq, Skot Attikusu bütün digərlərindən üstün mövqedə hesab edirdi, çünki Attikus inanırdı ki, cəmiyyətin ittihamları ilə üzləşsən belə vicdanın arxasınca getmək ən yüksək prioritetdir.[48] Lakin Cənubi qotik janrının təsnifatı haqqında müzakirə aparan alimlər qeyd edirlər ki, Redli əslində bir insandır, qoruyucu və xeyirxahdır. Bundan əlavə, əsərdə alkoqolizm, insest, təcavüz və irqi zorakılıq kimi mövzulara toxunaraq Li öz kiçik şəhərini melodramatik cəhətdən daha realist təsvir etdi. O, hər bir cəmiyyətdə mövcud olan ümumi məsələlər kimi fərdi simvolların problemlərini təsvir edir.[45]

Yaşlarının az olmasına baxmayaraq Skot və Cem çətin reallıqlarla qarşılaşır və onlardan dərs alırlar. Linin müşahidələrinə əsasən qonşularının onu məyus etməsi Skotdan daha çox Cemi narahat edirdi. Məhkəmə prosesindən bir gün sonra Cem qonşusu Miss Maudiye deyir, "Bu hadisə baramaya sarılmış bir tırtılı xatırladır… Mən hər zaman elə bilirdim Meykom əhalisi dünyanın ən yaxşı insanlarıdır, ən azından bu belə görünürdü".[49] Bu onu cəmiyyətdəki irq və sinif ayrı-seçkiliyi anlayışı ilə mübarizə aparmağa təşviq edir. Roman Cemin üzləşdiyi çətinlikləri təsvir etdiyi kimi Skotun da yeniyetməlik yaşına çatan bir qızcığaz kimi mübarizəsini işıqlandırır. Bir alimin yazdığı kimi, "Bülbülü öldürmək əsəri feminist əsər də hesab oluna bilər, Skot kiçik yaşlı bir qız kimi cəmiyyətində öz yerini aydın şəkildə görməsi gələcəkdə yetkin bir qadın olanda öyrəndiyi təcrübələri əsasında potensial gücünün formalaşmasına yardım edəcəkdir.[50]

"Nəşr olunduqdan 33 il sonra belə “Bülbülü öldürmək” əsəri heç bir dissertasiyanın araşdırma mövzusu olmayıb və sadəcə bəziləri yalnız bir neçə səhifədən ibarət olan altı ədəbi tədqiqatın mövzusu olmuşdur. "

Klaudiya Conson [51]

Nəşr edildikdən sonra kitabın məşhurlaşmasına baxmayaraq digər müasir Amerika klassikləri qədər tənqidi diqqət almamışdır. Əsərlə əlaqədar yazıların toplanıldığı kitabın redaktoru Don Nobl analitik hesablamalara əsasən satış faizinin bir milyon ola biləcəyini təxmin edir. Xristofer Metres yazır ki, kitab "güclü emosiyaların simvoldur, lakin hələ də tam tədqiq edilməyib".[52] Nobl bildirir ki, kitab best-seller olduğu üçün elmi cəhətdən çox tədqiq edilməmişdir və oxucular belə bir gözəl hekayəyə sahib olan kitabı oxumaq üçün analitik şərh tələb etmirlər.[53]

Harper Li 1960-cı ilin ortalarına kimi roman haqqında tam məlumat vermədi. Lakin o, kitabının yaratdığı həssas reaksiyaya cavab olaraq yazıçıya yazdığı məktubda onun romanın mövzuları ilə bağlı bəzi fikilər bildirdi: "Şübhəsiz ki, Bülbülü öldürmək əsəri xristianların etikasında cənubluların irsi olan şərəf və davranışın kodu olmaqdan əlavə daha böyük mənaya sahibdir".[54]

Cənubluların həyatı və irqi bərabərsizlik

[redaktə | mənbəni redaktə et]

Kitab yazılanda tənqidçilər onu iki hissəyə ayırdılar və Linin bu hissələri əlaqələndirmək bacarıqları müzakirə olunarkən onlarda fikirayrılığı yaratdı.[55] Birinci hissədə uşaqlardan və Redlidən və qonşuluqda olan təhülkəsiz və rahat mühitdən bəhs olunur. Tənqidçilər əsərdə Skot və Cemin qəribə qonşularını müşahidə etmələrini heyranlıqla qarşılayırlar. Bir yazıçı Linin Meykom əhalisini ətraflı təsvir etməsindən çox təsirlənərək kitabı romantik regionalizm janrında təsnifləndirmişdir.[56] Linin romanda hər bir persomaj haqqında ətraflı məluamt verməsi Cənub kast sisteminin təsirindəndir. Skotun xalası Aleksandra Meykom sakinlərinin genealogiyadan irəli gələn səhflərinin və üstünlüklərinin simvolu kimi təsvir edilmişdir[57] və yazıçı Finç ailəsini və Meykomun tarixini işıqlandırmaqla hadisələri və qəhrəmanları formalaşdırır. Bu regional mövzu daha sonra Mayella Evellin məhkəmə prosesində Tom Robinsonu yoldan çıxarmaq üçün etdiklərini gizlətdiyi zaman daha da qabarıq ifadə edilmişdir. Öz xüsusiyyətləri və tabuları ilə Cənub bölgəsi əsərin qəhrəmanlarından daha çox diqqət çəkir.[56]

Tənqidçi Hardinq Limey kitabın ikinci hissəsini "Cənublu sivil ağdərililərin qaradərililərə qarşı utancverici münasibətləri" termini ilə adlandırmışdı.[35] Kitabın nəşrindən bir neçə il sonra bir çox tənqidçilər "Bülbülü öldürmək" əsərinin əsasən irqi münsibətlər əsasında yazıldığını iddia etdilər.[58] Klaudiya Conson hesab edir ki. romanın mövzusu Alabamada baş verən iki hadisədən götürülmüşdür: birincisi 1955-ci ildə Roza Parksın avtobusda ağdərili şəxsə yer verməyə etiraz etməsi. Bu hadisə daha sonra 1955-ci il Montqomeri Avtobus Baykotu hərəkatının yaranmasına təkan verdi. İkincisi isə 1956-cı ildə Alabama Universitetində baş verən iğtişaşlar. Lusi və Polli Miersin ərizəsinin qəbul olunmasından sonra iğtişaşlar başladı. Miers sonunda öz ərizəsini geri götürdü və Lusi azad edildi, lakin 1980-ci ildə yenidən hüquqları bərpa edildi.[59] Romanın yazılma səbəbi ilə bağlı digər iddialar belədir: "Bülbülü öldürmək Vətəndaş müharibəsindən sonra Cənub cəmiyyətlərində baş verən ictimai dəyişiklikləri əks etdirən bu günə qədər yazılmış ən təsirli əsərdir, əsərdə hadisələr 1930-cu illərdə cərəyan etsə də 1950-ci illərdə baş verən münaqişələr və hadisələr yer alır.[60]

Elm adamı Patrik Çura Emmet Tillin Tom Robinson personajı üçün bir model olduğunu vurğulayaraq qeyd edir ki, Tom kimi Till də cəmiyyətdə qaradərililərə qarşə mövcud olan ədalətsizliyin qurbanı olmuşdur. Romanın yazıldığı vaxtlarda qaradərili kişilərin ağdərili qadınlara qarşı istənilən aqressiv hərəkəti ölüm cəzası ilə nəticələnirdi. Tom Robinsonun məhkəmə prosesində təqsirsizliyinə dair çoxlu sübutların olmasına baxmayaraq onun ittihamçılarının savadlı və ziyalı şəhər əhalisi tərəfindən dəstəklənməsi səbəbilə həbs olundu. Bundan əlavə, əsərdə irqi ədalətsizliyin qurbanı daha sonra fiziki cəhətdən pisləşdi, onu təqsirləndirənlərin haqsız olduğunu sübut etmək üçün başqa yollara əl atdı. Rozlin Ziqel hesab edir ki, romanda Tom Robinson ağdərililərlə birlikdə yaşadığı cəmiyyətdə "özünü müdafiə etməyi bacarmayan, öz haqqlarını tələb edə bilməyən ağılsız və bədbəxt" bir şəxsdir.[61] Tom həbsdan qaçmaöa çalışarkən 17 dəfə güllə zərbəsi alaraq amansızcasına öldürülür.

İrqi bərabərsizlik mövzusu romanda simvolik olaraq göstərilir. Məsələn, onun işi olmasa da Attikus yaşlı bir iti öldürməli idi.[62] Karolin Cons iddia edir ki, it Meykom şəhərindəki qərəzi təmsil edir və iti vurmaq üçün keçədə gözləyən Attikus digər ağ vətəndaşların köməyi olmadan irqçiliklə mübarizə aparmalıdır.[63] O, həmçinin, Tom Robinsonu öldürmək üçün gələn bir qrupla üzləşdiyi zaman da tək qalır. Li qəzəbli iti təsvir edərək onu məhkəmə prosesindəki bəzi səhnələrlə müqayisə edir. Cons yazır ki, Meykomdak əsl qəzəbli it Tom Robinsonun insanlığını inkar edən irqçilikdir… Attikus hakimlərin qərarına etirazını bildirdikdə onların ədalətsizliyi ilə bağlı yekun sözünü deyir.[63]

"Bülbülü öldürmək əsəri haqqında ən gözəl şeylərdən biri də budur ki, Harper Li romanda kiçik bir cəmiyyətdə deyil, həm də sosial sinifdə ağlar və qaralar arasındakı problemləri özündə cəmləşdirən iqtisadiyyatı təsvir edir. Demək istədiyim odur ki, o, aşağı təbəqədən üst təbəqəyə kimi bütün fərqli qara və ağ insanların surətini canlandırmışdır. "

Li Smit[64]

1964-cü ildə bir müsahibəsində Li bildirir ki, o, "Cənubi Alabamanın Ceyn Ostini" olmaq istəyir. Ostin və Li hər ikisi ictimai statusa etiraz edirdi və ona qarşı mübarizə aparanları dəstəkləyirdi. Skot kasıb sinifyoldaşlarına qayğı ilə yanaşanda qara qulluqçuları olan Kalpurniya onu bu hərəkətinə görə danlayır.[65] Attikus Kalpurniyanın hərəkətinə hörmət etsə də, daha sonra bacısı Aleksandranın onu işdən qovması tələbinə də dəstək verir.[66] Bir yazıçı yazır ki, Skot özünü fərd olaraq müəyyən etmək istəməyən qadınları satirik olaraq tənqid edir.[67] Ədəbi tənqidçi Cin Blokol əsərdə haqqında iki yazıçının fikilərini belə sıralayır: "Cəmiyyətdəki qaydalara tabe olmaq, itaətsizlik və statuslarına baxmayaraq fərdlərə hörmət etmək".[45]

Elm adamları iddia edirlər ki, Linin sinif və irqə yanaşması çox mürəkkəbdir. li gender və sinif məsələlərində qərəzin güclənməsini, mövcud qaydalara etiraz edənlərin susdurulmasını və bir çox amerikalıların irqçilik və ayrı-seçkiliyin səbəblərinin konsepsiyasının necə mürəkkəbləşdirdiyini nümayiş etdirir. Li əsərin əsas qəhrəmanlarını orta-sinfə aid etmişdi. Beləcə cəmiyyətdəki təbəqədən və quruluşdan asılı olmayaraq əsərdən zövq almağı mümkün edir. Skot və Cemi perspektivlərini paylaşarkən oxucuya müxtəlif təbəqədən olan şəxslərin xarakteristikaları haqqında məlumat almağa şərait yaradır. Uşaqlar Attikusun "bir insanı mühakimə eləməmişdən qabaq özünü onun yerinə qoy və hadisələrə onun gözü ilə bax, bu zaman səbəbini anlayacaqsan" tövsiyələrinə əməl edirlər.

Cəsarət və şəfqət

[redaktə | mənbəni redaktə et]

Romanda cəsarətin müxtəlif növlərindən bəhs edilir.[68][69] Skotun atasını təhqir edən şagirdlərlə mübarizə aparması və onu müdafiə etməsi cəsarətini nümayiş etdirir. Attikus mənəvi olaraq romanın mərkəzində dayansa da, o, Cemə cəsarətli olmağı öyrədir[70]. Attikusun Tom Robinsonu müdafiə etməsini göstərən bir ifadəsində Cemə deyir: "Bir işə başlamazdan əvvəl yalançı sayılırsızsa, o işi etməyə davam edin. Çünki artıq başlamısınız və nə olacaqsa onu da görəcəksiniz".[71]

Harper Linin ilk bioqrafiyasını yazan Çarles Şilds hesab edir ki, romanın populyarlığının və yayılan təsirinin səbəbi burada "insan ləyaqətinin və başqalarına hörmətin fundamental və universal" təsviridir.[72] Attikusun Skota dediyi "bir insanı mühakimə eləməmişdən qabaq özünü onun yerinə qoy və hadisələrə onun gözü ilə bax, bu zaman səbəbini anlayacaqsan" sözləri onun necə şəfqətli bir insan olduğunu göstərir. Mayella Evellin ifadəsini dinləyərkən olanlara münasibət bildirir. Mayella Attikusun hər hansısa bir dostunun olub-olmaması barəsində suallarını eşidəndə çaşıb qalır.[69][73] Skot isə bildirir ki, Mayella Redlidən də tənhadır. Həyatlarını xilas etdikdən sonra Redli ilə evə qədər gedərkən Skot onun həyətinin yanında dayanır və son üç ildə baş verən hadisələrə Redlinin perspektivindən nəzər salır. Bir tənqidçi yazır ki, "romanda faciə və haqsızlıq, ürək ağrısı və itkisi ilə birlikdə cəsarət, şəfqət daha yaxşı insan ola bilmək üçün mübarizə təsvir edilir".[69]

Gender rolları

[redaktə | mənbəni redaktə et]

Əsərdə Li Cemin irqçi və ədalətsiz bir cəmiyyətə sahib çıxdığını göstərir. Skot yaşadığı həyatda qadın olmağın yükünü anlayır və tanıdığı bir neçə qadın onun inkişafına təsir edir. Atası və böyük qardaşı ilə ilkin münasibətləri ona həm bir qadın kimi, həm də bir autsayder kimi romanın qadın qəhrəmanlarının müxtəlifliyini və dərinliyini təsvir etməyə imkan verir.[48] Skotun tanıdığı ilkin qadın modelləri Kaplurniya və qonşusu Xanım Maudidir, onların hər ikisi güclü, müstəqil və himayəedicidilər. Skotun qadınlar haqqında düşüncələrinin inkişafında Mayella Evelin də təsiri var. Belə ki, Skot müşahidə edir ki, Mayella ona qarşı olan hisslərini gizlətmək üçün günahsız bir insanın həyatını məhv edir. Skotu qadın olmaqdan çəkindirən qadın simvollar əsasən irqçi və klassik düşüncəni təbliğ edənlərdir.[67] Məsələn, Duboz Skotu don və ətək geyinmədiyi üçün danlayır və bunu etməməklə ailənin adına ləkə gətirdiyini göstərir, həmçinin, Attikusun Tom Robinsonu müdafiə etməsini təhqir edir. Bir elm xadimi Attikus və Cemin kişi təsirləri ilə Kalpurniya və Maudinin qadın təsirlərini müqayisə edərək yazır ki, "Li əsəri baş qəhrəmanın dilindən təqdim edərək tədricən Skotu Cənub bölgəsinin feministi kimi göstərir, beləcə Skot Cin Luisin uşaq yaşlarında Cənublu bir xanım olmağına dair qarışıq hisslərini nümayiş etdirir.[67]

Anasızlıq və zorakı atalar romanın digər bir mövzusudur. Skotun anası onun kiçik yaşlarında vəfat etdiyi üçün üzünü xatırlamırdı. Mayellanın anası da vəfat etmişdi, Redlinin anası isə oğlunun evə məhkum edilməsinə səssiz qalırdı. Attikusda başqa, əsərdə təsvir edilən digər atalar hamısı zorakı idi.[74] Bob Evel qızını ittiham edir və ləkələyirdi,[75] Redlinin atası isə günahına görə oğlunu evdə dustaq etmişdi. Bob Evell və Redlinin atasında Attikusun sahib olmadığı kişi zəhmi vardı və romanda qeyd edilir ki, bu kimi kişilər və zalım qadınlar cəmiyyətin məhvinə səbəb olur. Attikus kişilərin nümunəsi modeli hesab olunur; bir elm adamı bunu belə izah edir: "Ənənəvi kişilik keyfiyyətlərini özündə cəmləşdirən kişilərin borcu qəhrəmanlıqlarını, cəsarətlərini və biliklərini sərf edərək sosial ədalətin və mənəviyyatın olduğu sağlam cəmiyyət qurmaqdır".[74]

Yazılmış və yazılmamış qaydalar

[redaktə | mənbəni redaktə et]

Əsərdəki hüquqi məsələlər, xüsusilə məhkəmə zalından kənarda baş verənlər bir sıra hüquqşünasların diqqətini özünə çəkmişdir. Klaudiya Conson yazır ki, "tənqidi yazıların böyük əksəriyyəti ədəbiyyatşünaslardan daha çox iki hüquqşunas tərəfindən hüquq jurnallarında yazılanlardan toplanılmışdır".[76] XIX əsrin inqilab yazıçısı Çarlz Lambın açıqladığı məqalədə deyilir: "Güman edilir ki, bir zamanlar hüquqşunaslar uşaqlar idi". Conson qeyd edir ki, hətat Skot və Cemin öz kiçik dünyalarında belə razılaşma və anlaşmalar müəyyən bir şərtlə qazanılır və Attikus və uşaqları qanunları müzakirı edirlər: O, düzdür ki, Bob Evel insanları tələyə salır? Bir çox sosial qanunlar simvolik məhkəmə zallarında insanlar tərəfindən pozulur: Dolfus Reymond qaradərili xanımla ailə həyatı qurduğu və qarışıq irqdən uşaqlara sahib olduğu üçün sürgün edilmişdi; Mayella Evel Tom Robinson ilə öpüşdüyü üçün atası onu vurmuşdu; qeyri-insana çevrildiyi üçün Redli hər hansısa bir məhkəmənin verə biləcəyi cəzadan daha böyük şəkildə cəzalandırılmışdır.[58] Skot davamlı olaraq qanunları və qaydaları pozurdu və bu zman kimsə onu cəzalandıranda sərt reaksiya göstərirdi. Məsələn, o, dəbdəbəli paltarlar geyməyə etiraz edirdi, deyirdi ki, xalası Aleksandranın ona çəhrayı geyim geyindirmək cəhdləri nəticəsində özünü "çəhrayı pambığa bürünmüş" kimi hiss edir.[77] Conson deyir ki, "roman Cem və Skotun sosial qaydaların mürəkkəbliyini necə qəbul etdiyini və bu qaydaların diktə etdiyi əlaqələrin konfiqurasiyasının necə müvəfəqiyyətsizliyə uğramasını və onlara tabe olan sakinlərin kiçik dünyalarını" əks etdirir.[58]

Məsumiyyətin itməsi

[redaktə | mənbəni redaktə et]
Li romanda məsumiyyəti təsvir etmək üçün bülbüldən istifadə edir.

Oxuyan quşlar və onlarla əlaqəli simvollar romanda əhatəli təsvir edilmişdir. Onların ailə adı Finç Linin anasının ata soyadıdır. Bülbül adı əsərin əsas motividir və ilk dəfə Attikus Milad bayramında uşaqlarına ov tüfəngləri alanda və əmiləri Cekə onlara atəş açmağı öyrətməsinə icazə verəndə istifadə edilmişdir. Attikus onlara xəbərdarlıq etdi ki, "istədikləri bütün mavi zığ-zığları öldürə bilərlər, lakin bülbülləri öldürməsinlər, çünki bülbülü öldürmək günahdır".[78] Skot bu sözdən sonra təəccüblənərkən qonşuları Xanım Maudi ona izah etdi ki, bülbüllər heç bir zaman digər canlılara zərər vermirlər. Skot öyrəndi ki, bülbüllər sadəcə öz mahnıları ilə insanlara zövq verirlər və deyilənlərə görə, onlar sadəcə insanlara zövq vermək üçün ürəklərinin dərinliyindən mahnı oxuyurlar.[78] Yazıçı Edvin Bruell 1964-cü ildə əsər haqqında rəy yazarkən bildirmişdi ki, "Bülbülü öldürmək" Tom Robinson kimi günahsız və zərərsiz bir varlığı öldürməyə bənzəyir. Elm adamları qeyd edirlər ki, Li romanda mənəvi mözvulara toxunmaq istəyərkən bülbül simvoluna qayıdır.[31][79][80]

Tom Robinson romanda əhəmiyyətsiz səbəblərlə və qəsdən məhv edilmiş bir çox gühansız insanın simvoludur. Lakin elm adamı Xristofer Metres əsərdəki bülbül simvolu ilə Redlini əlaqələndirir: "Redlini öz şəxsi maraqları məqsədilə öyrənmək əvəzinə (əsərin əvvəlində Skota və dostlarına Redlinin həyatı maraqlı gəlir),[28] Skot onu "bülbül" kimi görür və daxilində nələr çəkdiyini anlamağa çalışır.[81] Kitabın son səhifəsində Attikusun Skota insanları yanlış anlama ilə bağlı dediyi ifadə kitabın əsas mənəvi hekayəsini özündə əks etdirir: "onlar sonda Redlinin etdiklərini görəndə fikirləşdilər ki, niyə biz onun elədiklərinin heç birini oan qarşı eləmədik… Attikus, o, doğrudan da çox yaxşı insandır, "Əksər insanlar belədir, Skot"- deyə o, cavab verdi, "Sadəcə sən yalnız onları tanıyanda bunu görürsən".[82]

Əsərdə məsumiyyətin itməsi təsvir edildiyindən rəyçi R. Deyv iddia edir ki, kitabda hər bir qəhrəmanın üzləşdiyi və ya əziyyət çəkdiyi klassik faciənin elementləri əks olunub.[31] Li hər bir qəhrəmanın öz daxili dünyası ilə mübarizəsini təsvir edərkən onların qəhrəman və ya axmaq olduqlarının mühakiməsi üçün bir çərçivə qurur. Beləcə oxucular əsərdəki ironiya ilə məftunluğun sintezini hiss edə bilərlər.[67] Attikus məhkəmə prosesində Tomun işini uduzduğu zaman məhkəmə salonunu sonuncu tərk edir. Bu zaman balkondan onları seyr edən övladları və qara seyrcilər də orda onunla qalırlar və onun səylərini yüksək qiymətləndirirlər.[83]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Redaktorların kitabın satıla bilməyəcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq kitab yaxşı satıldı və Liyə ədəbi dairələrdə, Monrovill şəhərində və Alabama ştatının hüdudlarında şöhrət gətirdi.[84] Kitab bir sıra mətbəələrdə çapdan çıxdı. Aylıq Kitab Klubuna daxil edilərək daha geniş ərazilərə yayıldı.[85]

Kitab haqqında ilkin reaksiyalar müxtəlifdir. The New Yorker jurnalı Lini "təcrübəli, təvazökar və səmimi yazıçı" adlandırdı[86]The Atlantic Monthly jurnalının rəyçisi kitabı "xoş, qeyri-adi hekayəli" kimi qiymətləndirdi, lakin yazıçının əsasəri altı yaşlı qızın dilindən yetkin bir qadın kimi düşüncələrini təqdim etməsini qəbul edilməz hesab etdi.[34] Time jurnalı 1960-cı ildəki sayında kitab barəsində bildirmişdi ki, "roman oxucuya kiçik qızlar və Cənub həyatı haqqında faydalı həqiqətləri nümayiş etdirir". The Chicago Sunday Tribune jurnalı kitabın hekayəsi və süjet xətti haqqında danışarkən vurğulamışdı: "Bu heç bir halda sosioloji roman deyil. Tam əminliklə deyə bilərəm ki, "Bülbülü öldürmək" əsəri müasir milli düşüncənin güclü təsviridir".[87]

Bütün rəyçilər kitab haqqında müsbət fikirdə deyildilər. Bəzi tənqidçilər əsərdə ağlara qarşı mənfi münasibəti və qaraları birmənalı şəkildə qurban göstərilməsini əsas gətirərək romanı yarımçıq hesab edirdilər,[88] Qranvill Hiks kitabı "melodramatik və təhrif olunmu" adlandırdı.[36] Kitab ilk dəfə nəşr edildiyi zaman Cənublu yazıçı Flanneri Okonnor şərhində bildirdi ki, "Uşaqlar üçün yazılmış bir kitab olaraq qənaətbəxş olduğunu düşünürəm . Lakin maraqlı olan burasıdır ki, kitabı əldə edən insanlar kitab uşaq üçün olduğunu bilmirlər. Kimsə bunu hamıya deməlidir". Karlon Makkullers Time jurnalının rəyi ilə razılaşaraq əmisi uşağına belə yazmışdı: "Bəli, əzizim, bizim bildiyimiz bir şey var ki, kitab mənəm şəxsi kitabxanamda uzun müddət qalmışdır".[89]

Nəşr edildikdən bir il sonra "Bülbülü öldürmək" əsəri 10 dilə tərcümə edilmişdir. Sonrakı illərdə isə 30 milyondan çox nüsxəsi satılmış və 40-dan çox dilə tərcümə edilmişdir.[90] Kitab heç bir zaman hardkover və ya kağız formasında çapdan çıxmayıb və standart ədəbiyyat tədris planının bir hissəsinə çevrilmişdir. 2008-ci ildə ABŞ-də 9–12 yaşlı sinif şagirdləri arasında aparılan araşdırmada ən çox oxunan kitab olduğu müəyyənləşdirilmişdir.[91] Aylıq Kitab Klubunun və Kitab və Ədəbiyyat Konqres Mərkəzinin 1991-ci ildə apardığı araşdırmada məlum olmuşdur ki, "Bülbülü öldürmək" əsəri "oxunduqdan sonra ən çox fərq yaradan" kitabıar arasında Bibliyadan sonra ən önəmli kitab seçilmişdir.[92] Bəzilərini onu "Amerikanın möhtəşəm romanı" hesab edir.[93]

Romanın buraxılışının 50-ci ildönümündə tanınmış şəxslər onunla bağlı reaksiyalar bildirdi.[94] Çikaqo Tribunasından olan Rik Zorn əsər haqqında bildirmişdi: "Li əsərlərində dilin zəngin imkanlarından istifadə edir, lakin əsas məzmun odur ki, cəsarət həmişə zahiri deyil, hər zaman kifayət deyil, amcaq həmişə üslubda olur".[95] Ceyn Sullivan bir müsahibəsində yazır: "Kitab hələ də təzə və həyəcanlıdır, çünki burada son zamanlarda dəbdə olmayan əxlaqi xüsusiyyətlər araşdırılır".[96] Çimamanda Nqozi Adiçi The Guardian qəzetində belə yazır ki, Li Amerika yazıçıları arasında irqçiliyin qaçılmaz bir şey olmadığını öz qələmi ilə ifadə etməyi bacaran nadir yazıçılardandır. O, həmçinin Lini irqçiliyin qaçılmaz olduğunu vurğulayan Uilyam Faulkner ilə müqayisə edir.[97] Ədəbi tənqidçi Rozemari Qorinq qeyd edir ki, Li və Ceyn Ostin arasında əlaqə odur ki, hər ikisinin kitabın mərkəzində belə bir fikir durur: "Hətta təhqir olunma təhlükəsi ilə üz-üzə qalsan belə öz mənəvi dəyərlərinə görə mübazirə aparmalısan".[98]

Alabama ştatından olan tənqidçi Allen Barran The Wall Street jurnalında Lini və romanı kəskin şəkildə tənqid etdi və Attikusu "kraker-barrel epiqramlarının qəhrəmanı", romanı isə "Alabama tarixinin şəkər örtüklü bir mifi" adlandırdı. Barra yazırdı: "Bülbülü öldürmək əsəri Amerika ədəbiyyatının möhtəşəm əsərləri ilə bir yerdə müqayisə edilərək bütün dövrlərin klassik romanı adlandırılmamalıdır. Onun qansız liberal humanizmi təəssüflə qeyd edilir".[99] The New Yorker jurnalının tənqidçisi Tomas Mellon Attikusun sərt və özünə əmin davranışlarını tənqid edir və Skotu "sözləri və hərəkətləri inanılmaz səviyyədə qurulan kukla" adlandırır. Romanın populyarlığını qəbul etsə də, Mallon bildirir ki, məhkəmə prosesi sona çatandan sonra "kitab öz müsbət tərəflərini göstərməyə" başladı.[100] Kitabı müdafiə edən Akin Ajayi yazırdı ki, kitab mürəkkəb məzmuna malik olsa da, əsas mövzusu hamı üçün bərabərlik və ədalət anlayışını" təbliğ edir. Ajayi həmçinin qeyd edir ki, kitab oxucunu irq, sosial sinif və cəmiyyət haqqında düşünməyə vadar edir, lakin bu problemlərin həlli üçün yol göstərmir".[101]

Kitabı həm uşaqlıqlarında, həm də yetkin yaşlarında oxuyan əksər yazıçılar roman haqqında düşüncələrini müqayisə edirlər. Meri Makdonaf kitabı həm uşaqlıqlarında, həm də yetkin yaşlarında oxuyan bir sıra məşhurlardan, eləcə də, Opra Vinfri, Rozan Keş, Tom Brokay və Harperin bacısı Alisa Lidən müsahibə alır və onların Skot, Attikus və Redli personajları haqqında düşüncələrini öyrənir.[102]

Attikus Finç və hüquq peşəsi

[redaktə | mənbəni redaktə et]
"Romanı oxuyub bitirdikdindən sonra özümə söz verdim ki, böyüyüb yetkin bir insan olduğum zaman Attikus Finçin Tom Robinson üçün etdiyi kimi yaxşı və nəcib işlər görməyə çalışacam."

Skot Turou[103]

"Bülbülü öldürmək" əsərinin ən əhəmiyyətli təsirlərindən biri də budur ki, Attikus Finç əsərdə əls hüquqçu modeli kimi canlandırılır. Elm adamı Alisa Petri bildirir ki, ""Attikus hüquqi dairələrdə bir xalq qəhrəmanına çevrilmişdi və demək olar ki, faktiki bir şəxs kimi qəbul edilirdi".[104] Morris Dis Attikus Finçdən təsirlənərək vəkil olduğunu bildirirdi, Timoti Makveyin məhkəmə prosesinə başçılıq edən Riçard Matş isə Attikus Finçi əsas idealı hesab edirdi.[105] Notr-Dam Universitetinin bir hüquq professoru yazırdı ki, öyrəndiyi ən təsirli dərs kitabı "Bülbülü öldürmək" olub.[106]

1992-ci ildə Alabamalı bir redaktor Attikusun həyatda olmamalı olduğunu bəyan etdi və Attikus hələ də institusional irqçilik və cinsiyyətçilik sistemində işlədiyi üçün təqdis edilməməlidir. Bundan sonra Attikus Finçi özünə ideal hesab edən əksər vəkillər redaksiyaya etiraz edərək cavab məktubu yazın göndərdilər.[107] Attikusu tənqid edən bir tənqidçi isə yazırdı ki, əxlaqi cəhətdən qeyri-müəyyəndir və Meykomda irqçi status-kvoya etiraz etmək üçün hüquqi bacarıqlarını istifadə etmir.[52] Lakin 1997-ci ildə Alabama Ştatı Vəkillər Assosiasiyası Attikusun xatirəsinə abidə tikərək onun varlığını "ştatın hüquq tarixində ilk dönüş nöqtəsi" kimi qeyd etdilər.[108] 2008-ci ildə Li "yoxsulların qanuni ehtiyaclarına xidmət edən nümunəvi vəkil modelinə çevrilmiş" Attikus obrazını yaratdığı üçün Alabama Ştatı Vəkillər Assosiasiyasının fəxri xüsusi üzvlük vərəqini aldı.[109]

Sosial şərh və çətinliklər

[redaktə | mənbəni redaktə et]

"Bülbülü öldürmək" əsəri 1963-cü ildə məktəblərdə tədris edildikdən sonra ətraflı müzakirə obyektinə çevrilmişdi. Kitabda irqi münaqişələr, təhriqamiz sözlər və zorakılıq səhnələri təsvir edildiyi üçün ABŞ ərazisində kitabxanalarda və məktəb siniflərində yayılmasını düzgün hesab etmədilər. Amerika Kitabxana Assosiasiyasının məlumatına əsasən, "Bülbülü öldürmək" əsəri 2000–2009-cu illər ərzində 100 ən çox tələb edilən kitabdan 21-cisi idi.[110] Bundan başqa, valideynlərin kitabın zorakı məzmunu ilə bağlı şikayətlərindən sonra 2016-cı ildə Virciniyada[111][112] və 2017-ci ildə Biloksidə[113][114] məktəb dərsliklərindən uzaqlaşdırıldı.[115] Missisipi ştatında roman tələb olunan kitablar siyahısından çıxarıldı, lakin valideynlərin razılığı olduğu zaman könüllü məktəblilərə təqdim edilirdi.[116] Bu kimi qərarlar müxtəlif formalarda tənqid edildi: Amerika Azad Kitabxanalar Birliyinin məruzəsində qeyd edilirdi ki, irqçiliyin geniş yayıldığı ərazilərdə kitabın təbliği çox mühümdür.[117] Mark Tven Evinin nümayəndələri[118] "klassik əsərlərin insanların düçüncələrinə təsir göstərə biləcəklərini" vurğuladılar.[119] Prezident Obamanın yanında Təhsil katibi vəzifəsini icra edən Arne Dunkan əsərin tələb olunan kitablar siyahısından çıxarılmasını "millətin problemi" olduğunu göstərdiyini biıldirdi.[120] 1966-cı ildə Virciniya ştatının Hanover şəhərindən olan bir valideyn zorakılığın əsas süjet xətti kimi istifadəsini əxlaqsızlıq kimi dəyərləndirdi. Conson yazırdı ki, əsər ilə bağlı yerli qəzet və jurnallara müxtəlif məktublar göndərilmişdi. Bu məktubların bəziləri qəzəblə yazılmışdı, bəziləri isə əsərdən məmnuniyyətini ifadə edirdi. Lakin əsasən insanlar Mayellanın təcavüz təsvirləri üzərində Tom Robinsonu yoldan çıxarmasına etiraz edirdilər.[121] Kitabın məktəblərdə saxlanıb saxlanılmaması ilə bağlı etirazları eşidən Harper Li The Richmond News Leader jurnalına 10 dollar göndərərək sorğu aparılmasını təklif etdi. Milli Təhsil Assosiasiyası 1968-ci ildə kitabı "Kiçik qara sambo" əsərindən sonra ikinci ən çox şikayət alan kitab adlandırdı.[122]

1970-ci illərdə irqi münasibətlərin dəyişməsi ilə "Bülbülü öldürmək" əsəri müxtəlif çətinliklərlə üzləşdi: Meykomdakı irqçilik münasibətləri şiddətlə qınanıldı. Bu, romanın ağ oxucular üçün irqi münasibətlərdə müsbət təsir göstərməsinə, ancaq qara oxucular tərəfindən qəbul edilməməsinə gətirib çıxardı. 1990-cı illərdə ABŞ ərazisindən kənardakı yüksək səviyyəli məhkəmələrin birində Kanadanın Nyu-BrunsvikYeni Şotlandiya əyalətlərində kitabın tədris proqramlarından çıxarılmasına səy göstərdilər. Orada yazılırdı:

" "Bu romanda istifadə olunan terminologiya tələbələrdə özünə və yaşıdlarına hörməti təbliğ etmir. Romanda “niqqer” sözü 48 dəfə istifadə olunur. Biz hesab edirik ki, Kanadanın Yeni Şotlandiya əyalətində ingilis dilinin tədris planında tələbələrin ləyaqətinə toxunmaq qorxusu olmayan fikirlər, düşüncələr və təcrübələr yer almalıdır... Bülbülü öldürmək əsəri bu məqsədlərə, heç şübhəsiz ki, cavab vermir və buna görə də, artıq tədris planlarında istifadə edilməməlidir." [123] "

Bundan əlavə, romanın əsas mövzusu irqi ədalətsizlik olsa da, əsas qaradərili qəhrəmanları tam olaraq təhlil edilməmişdir.[75] Romanda irqi epitetlərdən, qaralar haqqında streotiplərdən istifadə edilməsini və Kalpurniyanın xidmətçi kimi təsvir olunmasını bəzi tənqidçilər köləlik məzmununun yeniləşmiş versiyası hesab edirdilər, digər təndiqçilər isə kitabda qaradərili simvolların marjinallaşmasını qeyd edirdilər.[124][125] The English jurnalının nəşr etdiyi bir tədris təlimatında, "bir qrup şagird üçün gözəl və ya güclü görünən bir şey başqa birinə təhqir edici görünə bilər" adlı başlıq yazılmışdı.[126] Kanadalı dilçi bir alim bildirirdi ki, roman ağdərili şagirdlər arasında yaxşı qəbul edilsə də, qaradərili şagirdlər onu "əxlaqsız" hesab edirdilər.[127] Tənqidçi Maykl Lind bildirir ki, romanda geniş şəkildə klassik stereotiplər yer almışdır.[128]

Roman 1960-cı illərdə vətəndaş hüquqları hərakətının uğurunda bir amil kimi göstərilmişdir, bununla belə əsər "Cənublulara və vətəndaş hüquqları hərəkatının təmin olunması uğrunda mübarizə aparan xalqa yardım etmək üçün tam zamanında gəlib çatdı".[129] Kitabın nəşri Vətəndaş Hüquqları Hərəkatı ilə sıx əlaqədə idi, Harper Li yaradıcılığını tədqiq edən bir sıra kitablarda və avtobioqrafiyalarda bu hərəkatın müəyyən məqamları təsvir edilmişdir.[130][131][132] Vətəndaş hüquqları hərəkatının lideri olan Anrey Yanq kitabda irqçiliyin geniş yayıldığı bir vaxtlarda irqi epitetlərdən istifadə edərək həqiqətlərin təsvir edilməsi və xaos və qarışıqlığın ortasında ümid verməsi bizi daha da ürəkləndirdi. Yanq həmçinin bildirir ki, romanda insanların öz ləyaqətlərini qoruması təbliğ edilir.[133] Alabamalı yazıçı Mark Çaldres əsərin Vətəndaş hüquqları hərəkatına təsirini "Tom dayının daxması" romanının təsiri ilə müayisə edir.[134]

Birminhem vətəndaş hüquqları kampaniyasını tədqiq etdiyi üçün Pulitser mükafatını qazanan tarixçi Diana Makhorter iddia edir ki, "Bülbülü öldürmək" əsərində iqrçilər deyil, irqçilik qınanılır və qeyd edir ki, Cənubdakı hər bir uşaq bərabərsizliyin sərt reallığı ilə üzləşdiyi zaman irqçi koqnitif dissonans hissini yaşayır. Makhorter 1950-ci illərdə Cənubda yaşayan bir ağdərili qadının belə bir mövzuda əsər yazmasını fövqəladə hadisə hesab edir.[135] Yazıçı Ceyms Makbrayd Linin əsərlərini zərif hesab etsə də, cəsarətli olduğunu qeyd etmir: "Mənə elə gəlir ki, Harper Lini cəsarətli adlandırmaqla insanlar öz irqçi hisslərini qəbul edirlər… O, bu problemlərin aradan qaldırılması üçün müyyən standardlar göstərir, lakin mən hiss edirəm ki, beləcə… mənəvi qoruma hissi aşağı salınır. Və bu həqiqətən də narahat edicidir. Bizim minlərlə Attikus Finç kimi insanlara ehtiyacımız var". Lakin Makbrayd kitabın sentimentallığını və Linin "dürüstlüyünü və səmimiyyətini" müdafiə edir.[136]

Harper Li və Prezident Corc Buş Liyə "Bülbülü öldürmək" əsərini yazması münasibətilə Prezident Azadlıq Medalını təqdim edərkən, 5 noyabr, 2007-ci il.

Romanın nəşr edildikdən sonra Harper Li müsahibələr verərək, məktəbləri ziyarət edərək və kitaba həsr olunan tədbirlərə qatılaraq populyarlığını daha da artırdı. 1961-ci ildə "Bülbülü öldürmək" əsəri artıq 41-ci həftə müddətində bestseller olduğu zaman Li Pulitser mükafatını qazandı.[137] Həmin ildə Xristianların və Yəhudilərin Milli Konfransında Qardaşlıq mükafatını, 1962-ci ildə isə Bestsellers jurnalının İlin Kağız kitabı mükafatını qazandı.[85][138] 1964-cü ildən başlayaraq Li müsahibələrdən imtina edərək sualların monoton olduğunu vurğuladı.[139] O vaxtdan bəri, o, kitab haqqında jurnalistlərə müsahibə verməkdən imtina etdi. 1995-ci ildə yazılı təqdimat verməyi də rədd edərək dedi: "Təqdimatlar oxucuların kitabdan zövq almasına mane olur, həyəcanla hekayənin sonunu gözləmənin sevincini öldürür və insanları qıcıqlandırır. Təqdimatlar haqqında yaxşı olan yeganə şey budur ki, dozun gəlməsini gecikdirirlər. Bülbül hələ də deməli olduğunu deyir; o illər uzunu preambulasız sevilməyə müvəffəq olmuşdur".[140]

2001-ci ildə Li Alabama Fəxri Akademiyasına qəbul edildi.[141] həmin il Çikaqo şəhərinin başçısı Riçard Deyli şəhərin kitabxanalarında bir oxuma proqramı başlatdı və "Bülbülü öldürmək" əsərini Bir şəhər, Bir Kitab proqramının sevimli kitabı seçdi. Li bununla əlaqədar olaraq qeyd etdi: "Roman bundan artıq dəyərli ad ala bilməzdi".[142] 2004-cü ildə romanroman şəhər daxilində 25 icma tərəfindən oxu proqramı olaraq seçildi.[143] The Big Read jurnalının nəzarətçisi və Milli İncəsənət İrsinin əməkdaşı olan Devid Kipen roman haqqında qeyd etdi: "İnsanlar sanki bu əsərə bağldırlar. Əsəri oxuduqdan sonra insanları öz həyatlarında hadisələrə qiyməti dəyişir. Bu əsər insanların həyatlarının müxtəlif hissələrinə təsir edən əsas elementdir".[144]

2006-cı ildə Li Notr-Dam Universitetinin Fəxri Doktorluq dərəcəsini aldı. Tədbirdə tələbələr və tamaşaçılar Lini ayaqda alqışladılar və bütün məzunlar Linin şərəfinə "Bülbülü öldürmək" əsərinin nüsxələrini əllərində yuxarı qaldırdılar.[145] Li 2007-ci noyabr ayının 5-də Prezident Corc Buş tərəfindən Prezident Azadlıq Medalı ilə təltif edildi. Corc Buş öz çıxışında bildirdi ki, ""Bülbülü öldürmək" əsərinin müvəffəqiyyət qazanmasının bir səbəbi də kitabın hər səhifəsində hiss edilən müəllifin müdrik və incə qəlbidir… "Bülbülü öldürmək" əsəri ölkəmizin etibarına daha yaxşı təsir etdi. O, bütün dünya üçün hədiyyəyə çevrildi. Gözəl yazılmış əsərin və humanitar həssaslığın nümunəsi kimi kitab həmişə oxunacaq və tədqiq ediləcəkdir".[146]

Populyar mədəniyyətdə yeri

[redaktə | mənbəni redaktə et]

1962-ci il filmi

[redaktə | mənbəni redaktə et]
Attikus Finç (Qreqori Pek) və Tom Robinson (Brok Piters) məhkəmə prosesində, film, 1962-ci il.

1962-ci ildə romanın süjet xətti əsasında eyni adda film çəkilmişdir, filmdə Qreqori Pek Attikus Finçi canlandırmışdır. Filmin prodüseri Alan Pakula "Universal Pictures"-in film haqqında verdiyi sualları cavablandırarkən dediyi sözləri xatırlayır: "Onlar dedilər, "Filmi çəkmək üçün hansı hekayədən istifadə edəcəksiniz?" Cavab verdim, "Kitabı oxumusunuz? Onlar "Hə",- deyə cavab verdilər. Dedim ki, "Filmin məzmunu həmin hekayədir".[147] Filmin çəkilməsində 2 milyon dollarlıq büdcədən istifadə edilsə də, 20 milyon dollardan çox pul qazandı. Üç Oskar mükafatına layiq görüldü: Qriqori Pek ən yaxşı aktyor; ən yaxşı sənət istiqaməti-film dekorasiyası, ağ-qara çəkilmiş film; ən yaxşı ssenari. Bundan sonra film daha beş ədəd Oskar mükafatını qazandı, bunlardan biri də Skot rolunu oynayan Meri Bedhemin ən yaxşı aktrisa mükafatı idi.[148]

Harper Li filmdən razı qaldı və bildirdi: "Filmdə hadisələr və şəxslər sintez edilmişdir… Bu əsərlə bağlı mənə çox təkliflər gəlmişdi, bəziləri televiziya səhnəciyi çəkmək istəyirdi, başqaları musiqili film, lakin mən həmişə etiraz edirdim. Bu film isə bir sənət əsəri idi".[149] Pek Attikus rolu üçün model hesab olunan Linin atası ilə görüşür və Li onun filmdəki performasından çox razı qalır. Pek ən yaxşı aktyor üçün Oskar mükafatına layiq görüldüyü axşam Li ona atasının cib saatını bağışlayır.[150] İllər sonra o, Liyə həmin saatın London Hitrou Hava Limanında oğurlandığını deməkdə tərəddüdlü qalır. Nəhayət Pek bu hadisəni Liyə dedikdə Linin ona verdiyi cavabı xatırlayaraq deyir: "Li cavab verdi ki, Bəli, bu yalnız bir saatdır. Harper —O, bunu qəlbinin dərinliyindən hiss edir, lakin o, əşyalara qarşı sentimental insan deyil".[151] Li və Pek film çəkiləndən sonra uzun müddət dostluq əlaqələri qurdular. Pek nəvəsini onun şərəfinə "Harper" adlandırdı.[152]

2005-ci ilin may ayında Li Pekin keçmiş həyat yoldaşı Veronikanın dəvəti ilə Los-Anceles İctimai Kitabxanasında oldu və həmin xanım onun haqqında belə bir fikir bildirdi: "O, milli xəzinəyə bənzəyir. O, bu kitabla böyük dəyişikliklərə imza atdı. Kitab hələ də əvvəlki kimi güclüdür, eləcə də film. ABŞ-dakı bütün yeddi və səkkizinci sinif şagirdləri olan uşaqlar bu kitabı oxuyublar və filmi izləyiblər və ondan təsirlərənərək öz esselərində və yazılarında bu mövzudan istifadə edib. Mənim yoldaşım müəllimlərdən minlərlə və minlərlə məktub almağa vərdiş eləmişdi".

Teatrda səhnələşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Kitab, həmçinin, Xristofer Serqel tərəfindən səhnələşdirilmişdir. O, 1990-cı ildə özünü "Alabamanın Ədəbiyyat Paytaxtı" adlandıran Monrovilldə ilk dəfə səhnəyə çıxarıldı. Əsər hər il may ayında şəhərin ədliyyə binasında tamaşaya qoyulur. Ağdərili kişilər arasında münsiflər heyətini formalaşdırmaq üçün seçim aparılır. Məhkəmə prosesi səhnəsi Monro Şəhər Ədliyyəsində həyata keçirilir və auditoriya irqi cəhətdən bölünür.[153] Müəllif Albert Mörri şəhərin romana münasibətini belə izah etdi: "Bu teatr Mardi Qrasın dini icması kimi şəhərin ritualına çevrildi. Ədliyyə binasının ərtafına toplaşan şəhər əhalisi Monrovillin ehtiyacı olduğu—vahid vətəndaş təhsilinbir hissəsi oldu".[154]

Serqelin rəhbərlik etdiyi teatr heyəti 2006-cı ildə Böyük Britaniyada[155] və 2011-ci ildə isə York Kral Teatrında çıxış etmişdir,[156] hər ikisində Attikus Finç obrazını Dankan Preston canlandırmışdır. Əsər həmçinin 2013-cü ildə Londondakı Regent Parkında Açıq Hava Teatrında ifa edilmiş və Robert Sin Leonard Attikus Finç obrazını canlandırmışdır, bu zaman onun 22 yaşı vardı və Londondakı ilk çıxışı idi. 2014-cü ildə təşkil etdikləri Böyük Britaniya turu ərəfəsində əsər yenidən teatr səhnələrinə çıxarıldı.[157]

National Geographic jurnalının məqaləsində qeyd edilir ki, kitab Monrovilldə o qədər sevilirdi ki insanlar onu almaq üçün növbədə dayanırdılar; lakin Harper Li özü kitabla bağlı heç bir tədbirdə iştirak etmirdi, çünki o, kitabın şöhrətindən istifadə edərək maddi qazanc güdməyi xəyanət kimi qəbul edirdi".[158] Bu fikiləri əsas tutaraq Li tələb etdi ki, Kalpurniyanın yemek reseptleri adlı kitabın Monro Şəhərinin İrsi Muzeyində[159] çap edilməsin və satılmasın. The Independent qəzetinin müxbiri Devid Lister bildirir ki, Linin jurnalistlərə müsahibə verməkdən imtina etməsi onlarda daha çox maraq oyadırdı və onun səssizliyi "Bob Dilanın media tartı" kimi görünməsinə səbəb oldu.[160] Linin kitabla bağlı səssizliyinə baxmayaraq çox sayda turist Monrovillə səyahət edir və Lini əsəri yazmağa ilhamlandıran hadisələri və ya Linin özünü görəcəklərinə ümid edirdilər. Yerli sakinlər onları "Bülbül qrupu" deyə çağırırdı. Li hər zaman ictimaiyyətdə müsahibə verməkdən imtina etmişdi və bütün müsahibələrdə "Xahiş edirəm, yox!", — deyə cavab verirdi.[161]

Təsbeh ağacının altında

[redaktə | mənbəni redaktə et]

"Bülbülü öldürmək" əsərinin qaralama forması olan "Təsbeh ağacının altında" 2015-ci ilin iyul ayının 14-də nəşr olundu.[162][163][164] 1957-ci ildə başa çatan bu qaralama forması "Bülbülü öldürmək" əsərindən 20 il sonra yazılsa da, onun davamı deyildi. Əsərin ilkin versiyasında Skot Finç adlı yetkin şəxs Nyu-York şəhərindən Alabama ştatının Monrovill şəhərinə atası Attikus Finçi ziyarət etmək üçün yola düşür. Burada o, öz cəmiyyətindəki ədalətsizliklə mübarizə aparırdı. Güman edilir ki, "Təsbeh ağacının altında" əsərinin əlyazması yalnız Linin vəkili Tonya onu tapana kimi yoxa çıxıbmış, lakin bu iddialarda geniş müzakirə edilmişdir. "Təsbeh ağacının altında" əsərində "Bülbülü öldürmək" əsərinin bir çox qəhrəmanları canlandırılmışdır.[165] Linin agenti Andryu Nurnberqə görə, "Bülbülü öldürmək" əsərinin bu trilogiyanın ilk kitabı olmağı planlaşdırılırdı: "Onlar əvvəlcə Bülbülün, daha sonra isə "Təsbeh ağacının altında" əsərinin nəşr edilməsini və iki roman arasındakı əlaqəni müzakirə edirdilər".[166] Nadir kitablar üzrə mütəxəssis olan Ceyms S. Kaffe tərəfindən bu iddia ləğv edildi. O, Linin xahişi ilə kitabı nəzərdən keçirərək "Təsbeh ağacının altında" əsərinin "Bülbülü öldürmək" əsərinin qaralama formasının olduğunu müşahidə etmişdi.[167] Nörnberqin iddiası Conatan Maler tərəfindən də danılmışdı. Lakin iki kitab arasında bir çox keçidlərin, hətta bəzi hallarda, sözlərin üst-üstə düşməsi bu iddianı təzkib edir.[168]

  1. "Bülbülü öldürmək". Kitab Klubu (az.). 2018-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2018.
  2. Crespino, J. (2000). "The Strange Career of Atticus Finch". Southern Cultures6 (2): 9–30. doi:10.1353/scu.2000.0030.
  3. Zipp, Yvonne (July 7, 2010). Scout, Atticus & Boo Arxivləşdirilib 2015-09-24 at the Wayback MachineThe Christian Science Monitor. Retrieved on July 10, 2010.
  4. Pauli, Michelle (March 2, 2006). Harper Lee tops librarians' must-read list Arxivləşdirilib 2008-07-06 at the Wayback Machine, Guardian Unlimited. Retrieved on February 13, 2008.
  5. Shields, pp. 79–99.
  6. Nelle Harper Lee Arxivləşdirilib 2007-12-18 at the Wayback Machine Alabama Academy of Honor: Alabama Department of Archives and History (2001). Retrieved on November 13, 2007.
  7. 1 2 Mahler, Jonathan (12 July 2015). "The Invisible Hand Behind Harper Lee’s ‘To Kill a Mockingbird’" Arxivləşdirilib 2018-06-27 at the Wayback Machine. The New York Times.
  8. Shields, p. 129.
  9. Shields, p. 14.
  10. Lacher, Irene (May 21, 2005). "Harper Lee raises her low profile for a friend; The author of 'To Kill a Mockingbird' shuns fanfare. But for the kin of Gregory Peck", Los Angeles Times, p. E.1
  11. Shields, p. 242.
  12. Johnson, Casebook p. xii
  13. Lee, p. 249.
  14. "Harper Lee," in American Decades. Gale Research, 1998.
  15. Shields, p. 120–121.
  16. Shields, p. 122–125.
  17. Shields, p. 40–41.
  18. Krebs, Albin. "Truman Capote Is Dead at 59; Novelist of Style and Clarity", The New York Times, August 26, 1984, p. 1.
  19. "Truman Capote" Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine. Encyclopedia of World Biography. Advameg, Inc. 2003. Retrieved June 29, 2015.
  20. Fleming, Anne Taylor (July 9, 1976). "The Private World of Truman Capote", The New York Times Magazine. p. SM6.
  21. Steinem, Gloria (November 1967). "Go Right Ahead and Ask Me Anything (And So She Did): An Interview with Truman Capote", McCall's, p. 76.
  22. Clasen, Sharon (April 29, 2016). "Exclusive: Read Harper Lee's Profile of "In Cold Blood" Detective Al Dewey That Hasn't Been Seen in More Than 50 Years" Arxivləşdirilib 2022-01-07 at the Wayback Machine. Smithsonian Magazine. Smithsonian Institution. Retrieved March 22, 2017.
  23. Hile, Kevin S. "Harper Lee" in Authors and Artists for Young Adults, Gale Research 13 (August 1994) ISBN 978-0-8103-8566-5
  24. Bigg, Matthew (July 23, 2007). "Novel Still Stirs Pride, Debate; 'Mockingbird' Draws Tourists to Town Coming to Grips With Its Past, The Washington Post, p. A3
  25. Johnson, Boundaries p. 7–11.
  26. Noble, p. 13.
  27. Shields, p. 118.
  28. 1 2 Chura, Patrick (Spring 2000). "Prolepsis and Anachronism: Emmet Till and the Historicity of To Kill a Mockingbird", Southern Literary Journal 32 (2), p. 1
  29. Murphy, p. 97.
  30. About Life & Little Girls Arxivləşdirilib 2008-02-14 at the Wayback Machine Time (August 1, 1980). Retrieved on February 15, 2008.
  31. 1 2 3 Dave, R. A. (1974). "Harper Lee's Tragic Vision" Indian Studies in American Fiction MacMillan Company of India, Ltd. pp. 311–323. ISBN 978-0-333-90034-5
  32. Graeme Dunphy, "Meena's Mockingbird: From Harper Lee to Meera Syal", Neophilologus, 88 (2004) 637–660. PDF online
  33. Ward, L. "To Kill a Mockingbird (book review)." Commonwealth: December 9, 1960.
  34. 1 2 Adams, Phoebe (August 1960). "To Kill a Mockingbird, by Harper Lee [review]". The Atlantic Monthly. New York. 206 (2): 98–99. Archived Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine from the original on July 21, 2015. Retrieved March 4, 2016.
  35. 1 2 LeMay, Harding (July 10, 1960). "Children Play; Adults Betray", New York Herald Tribune.
  36. 1 2 Hicks, Granville (July 23, 1970). "Three at the Outset", Saturday Review, 30.
  37. 1 2 Tavernier-Courbin, Jacqueline "Humor and Humanity in To Kill a Mockingbird" in On Harper Lee: Essays and Reflections Alice Petry (ed.), University of Tennessee Press (2007). ISBN 978-1-57233-578-3.
  38. Murphy, p. 105.
  39. Lee, p. 46.
  40. Lee, p. 19.
  41. Boerman-Cornell, William "The Five Humors" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, The English Journal (1999), 88 (4), p. 66. doi:10.2307/822422 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine
  42. Lee, p. 133.
  43. Lee, p. 297.
  44. Johnson, Boundaries pp. 40–41.
  45. 1 2 3 Blackall, Jean "Valorizing the Commonplace: Harper Lee's Response to Jane Austen" in On Harper Lee: Essays and Reflections Alice Petry (ed.). University of Tennessee Press (2007). ISBN 978-1-57233-578-3
  46. Johnson, Boundaries pp. 39–45.
  47. Murphy, pp. x, 96, 149.
  48. 1 2 Fine, Laura "Structuring the Narrator's Rebellion in To Kill a Mockingbird" in On Harper Lee: Essays and Reflections Alice Petry (ed.), University of Tennessee Press (2007). ISBN 978-1-57233-578-3
  49. Lee, p. 246.
  50. Ware, Michele "'Just a Lady': Gender and Power in Harper Lee’s To Kill a Mockingbird" in Women in Literature: Reading Through the Lens of Gender Jerilyn Fisher and Ellen S. Silber (eds.), Greenwood Press (2003). ISBN 978-0-313-31346-2.
  51. Johnson, Boundaries p. 20.
  52. 1 2 Metress, Christopher (September 2003). "The Rise and Fall of Atticus Finch", The Chattahoochee Review, 24 (1).
  53. Noble, pp. vii–viii.
  54. "Harper Lee Twits School Board In Virginia for Ban on Her Novel", The New York Times (January 6, 1966), p. 82.
  55. Johnson, Boundaries pp. 20–24.
  56. 1 2 Erisman, Fred (April 1973). "The Romantic Regionalism of Harper Lee", The Alabama Review, 27(2).
  57. Bruell, Edwin (December 1964). "Keen Scalpel on Racial Ills", The English Journal 51 (9) pp. 658–661.
  58. 1 2 3 Henderson, R. (May 15, 1960). "To Kill a Mockingbird", Library Journal.
  59. Johnson, Claudia (Autumn 1991). "The Secret Courts of Men's Hearts", Studies in American Fiction 19 (2).
  60. Hovet, Theodore and Grace-Ann (Fall 2001). "'Fine Fancy Gentlemen' and 'Yappy Folk': Contending Voices in To Kill a Mockingbird", Southern Quarterly: A Journal of the Arts in the South, 40 pp. 67–78.
  61. Siegel, Roslyn "The Black Man and the Macabre in American Literature" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Black American Literature Forum(1976), 10 (4), p. 133. doi:10.2307/3041614 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine
  62. Lee, pp. 107–113.
  63. 1 2 Jones, Carolyn (Summer 1996). "Atticus Finch and the Mad Dog" Southern Quarterly: A Journal of the Arts in the South, 34 (4), pp. 53–63.
  64. Murphy, p. 178.
  65. Lee, p. 27.
  66. Lee, p. 155.
  67. 1 2 3 4 Shackelford, Dean (Winter 1996–1997). "The Female Voice in To Kill a Mockingbird: Narrative Strategies in Film and Novel", Mississippi Quarterly: The Journal of Southern Cultures, 50 (1), pp. 101–13.
  68. "Nelle Harper Lee." Contemporary Authors Online, Gale, 2007.
  69. 1 2 3 Jolley, Susan "Integrating Poetry and 'To Kill a Mockingbird'" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, The English Journal (2002), 92 (2), p. 34. doi:10.2307/822224 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine
  70. Mancini, p. 19.
  71. Lee, p. 128.
  72. Shields, p. 1.
  73. Lee, p. 33.
  74. 1 2 Fine, Laura (Summer 1998). "Gender Conflicts and Their 'Dark' Projections in Coming of Age White Female Southern Novels", Southern Quarterly: A Journal of the Arts in the South 36 (4), pp. 121–29
  75. 1 2 Baecker, Diane (Spring 1998). "Telling It In Black and White: The Importance of the Africanist Presence in To Kill a Mockingbird", Southern Quarterly: A Journal of the Arts in the South, 36 (3), pp. 124–32.
  76. Johnson, Boundaries pp. 25–27.
  77. Lee, p. 146.
  78. 1 2 Lee, p. 103.
  79. Schuster, Edgar "Discovering Theme and Structure in the Novel" Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine The English Journal (1963), 52 (7) p. 506. doi:10.2307/810774 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine
  80. Johnson, Casebook p. 207.
  81. Metress, Christopher. "Lee, Harper." Contemporary Southern Writers. St. James Press, 1999.
  82. Lee, p. 322–323.
  83. Lee, p. 241.
  84. Shields, pp. 185–188.
  85. 1 2 Bain, Robert "Harper Lee" in Southern Writers: A Biographical Dictionary Louisiana State University Press (1980), pp. 276–277. ISBN 0-8071-0390-X
  86. "To Kill a Mockingbird", The New Yorker (September 10, 1960), p. 203.
  87. Sullivan, Richard (July 17, 1960). "To Kill a Mockingbird", Chicago Sunday Times.
  88. Johnson, Boundaries pp. 21, 24.
  89. Kiernan, F., "Carson McCullers" (Book Review). Atlantic Monthly (1993) v. 287 no. 4 (April 2001) pp. 100–102.
  90. Book description: To Kill a Mockingbird by Harper Lee Arxivləşdirilib 2008-07-25 at the Wayback Machine HarperCollins (2008). Retrieved on July 20, 2008.
  91. "What Kids Are Reading: The Book Reading Habits of Students in American Schools", Renaissance Learning, Inc., 2008. Retrieved on July 11, 2008. See also "What Kids Are Reading: The Book Reading Habits of Students in American Schools Archived 2012–03–14 at the Wayback Machine., Renaissance Learning, Inc. 2010. Retrieved on may 1, 2011. where To Kill a Mockingbirdappears at number 2.
  92. Johnson, Boundaries p. 14.
  93. "It is Lee's only book and one of the handful that could earn the title of Great American Novel."
  94. "To Kill a Mockingbird" Turns 50: Fans Descend on Alabama Town to Celebrate Scout, Atticus and Boo Radley CBS News (July 11, 2010). Retrieved on July 12, 2010.
  95. Zorn, Eric (July 9, 2010), ‘Mockingbird' still sings after 50 years Arxivləşdirilib 2010-07-12 at the Wayback Machine, The Chicago Tribune. Retrieved on July 10, 2010.
  96. Sullivan, Jane (July 9, 2010). To celebrate a Mockingbird Arxivləşdirilib 2012-11-06 at the Wayback Machine, The Sydney Morning Herald. Retrieved on July 10, 2010.
  97. Adichie, Chimamanda Ngozi (July 10, 2010). Rereading: To Kill a Mockingbird by Harper Lee Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine, The Guardian. Retrieved on July 10, 2010.
  98. Loxton, Rachel (July 10, 2010). America’s favourite novel still vital after 50 years, The Herald (Glasgow). Retrieved on July 10, 2010.
  99. Barra, Allen (June 24, 2010). What 'To Kill a Mockingbird' Isn't Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine, The Wall Street Journal. Retrieved on July 10, 2010.
  100. Mallon, Thomas (May 29, 2006). "Big Bird: A biography of the novelist Harper Lee", The New Yorker, 82 (15), p. 79.
  101. Ajayi, Akin (July 9, 2010) To Kill a Mockingbird: the case for the defence Arxivləşdirilib 2022-06-22 at the Wayback Machine, The Guardian. Retrieved on July 10, 2010.
  102. "Scout, Atticus, and Boo: A Celebration of Fifty Years of To Kill a Mockingbird". HarperCollins Publishers. 2010. Archived from the original on December 3, 2013. Retrieved March 3, 2016.
  103. Murphy, pp. 196–197.
  104. Petry, p. xxiii.
  105. Petry, p. xxiv.
  106. Lubet, Steven (May 1999). "Reconstructing Atticus Finch" Arxivləşdirilib 2015-07-19 at the Wayback Machine, Michigan Law Review 97 (6)pp. 1339–1362. doi:10.2307/1290205 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine
  107. Petry, pp. xxv–xxvii.
  108. "'Mockingbird' Hero Honored in Monroeville", The Birmingham News (Alabama) (May 3, 1997), p. 7A.
  109. "Harper Lee Can Take a Place at the Bar", The Birmingham News (March 17, 2008).
  110. Top 100 Banned/Challenged Books: 2000–2009 Arxivləşdirilib 2012-01-04 at the Wayback Machine American Library Association. Retrieved July 2010.
  111. Kean, Danuta (December 6, 2016). "To Kill a Mockingbird removed from Virginia schools for racist language" Arxivləşdirilib 2022-07-04 at the Wayback Machine. The Guardian. Retrieved October 29, 2017.
  112. Balingit, Moriah (December 3, 2016). "School district weighs ban of 'Mockingbird,' 'Huckleberry Finn' after complaint" Arxivləşdirilib 2020-10-06 at the Wayback Machine. The Washington Post. Retrieved October 29,2017.
  113. Nelson, Karen (October 12, 2017). "Why did Biloxi pull 'To Kill A Mockingbird' from the 8th grade lesson plan?" Arxivləşdirilib 2021-05-23 at the Wayback Machine. Sun Herald. Retrieved October 29, 2017.
  114. Selk, Avi (October 17, 2017). "The ironic, enduring legacy of banning 'To Kill a Mockingbird' for racist language" Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. The Washington Post. Retrieved October 29,2017.
  115. Zorthian, Julia (October 16, 2017). "People Are Not Happy That This School District Banned Harper Lee's To Kill a Mockingbird" Arxivləşdirilib 2022-09-04 at the Wayback Machine. Time. Retrieved October 29, 2017.
  116. Nelson, Karen (October 25, 2017). "Biloxi to teach 'To Kill A Mockingbird' in class again. Parents must sign permission slip" Arxivləşdirilib 2021-04-30 at the Wayback Machine. Sun Herald. Retrieved October 29, 2017.
  117. Summers, Zakiya (October 17, 2017). "ACLU of MS Responds to Biloxi Officials' Ban of To Kill a Mockingbird" [ölü keçid] (Press release). American Civil Liberties Union. Retrieved October 29, 2017.
  118. Little, Becky (October 16, 2017). "Why 'To Kill a Mockingbird' Keeps Getting Banned" Arxivləşdirilib 2022-06-19 at the Wayback Machine. History. Retrieved October 29, 2017.
  119. Pengelly, Martin (October 29, 2017). "Mississippi students allowed to read To Kill a Mockingbird – with a parent's note" Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. The Guardian. Retrieved October 29, 2017.
  120. Duncan, Arne [@arneduncan] (October 14, 2017). "When school districts remove 'To Kill A Mockingbird' from the reading list, we know we have real problems. trib.al/2zObDXh" Arxivləşdirilib 2022-07-19 at the Wayback Machine (Tweet). Retrieved October 29, 2017 – via Twitter.
  121. Johnson, Casebook pp. 208–213.
  122. Mancini, p. 56.
  123. Saney, Isaac (July–September 2003). "The Case Against To Kill a Mockingbird" Race & Class 45 (1), pp. 99–110. doi:10.1177/0306396803045001005
  124. Beryle, Banfield "Commitment to Change: The Council on Interracial Books for Children and the World of Children's Books" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, African American Review (1998) 32(17), pp. 17–22. doi:10.2307/3042264
  125. Murphy, pp. 133–134.
  126. Suhor, Charles, Bell, Larry "Preparing to Teach To Kill a Mockingbird Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine, The English Journal(1997) 86 (4), pp. 1–16. doi:10.2307/820996 Arxivləşdirilib 2023-07-04 at the Wayback Machine
  127. Martelle, Scott (June 28, 2006). "A Different Read on 'Mockingbird'; Long a classroom starting point for lessons about intolerance, the Harper Lee classic is being reexamined by some who find its perspective limited", The Los Angeles Times, p. 6.
  128. "White Trash Gothic" Arxivləşdirilib 2015-05-30 at the Wayback Machine. thesmartset.com. February 16, 2015. Retrieved may 19, 2015.
  129. Flora, Joseph "Harper Lee" in Southern Writers: A New Biographical Dictionary Louisiana State University Press (2006).
  130. Johnson, Boundaries pp. xi–xiv
  131. Bloom, Harold "Modern Critical Interpretations: To Kill a Mockingbird" Chelsea House Publishers (1999)
  132. Shields, pp. 219–220, 223, 233–235
  133. Murphy, pp. 206–209.
  134. Murphy, p. 30.
  135. Murphy, pp. 141–146.
  136. Murphy, pp. 132–139.
  137. Shields, pp. 199–200.
  138. Mancini, p. 15.
  139. Murphy, p. 128.
  140. Tabor, May (August 23, 1998). "A 'new foreword' that isn't", The New York Times, p. C11.
  141. Bellafante, Ginia (January 20, 2006). Harper Lee, Gregarious for a Day Arxivləşdirilib 2018-11-25 at the Wayback Machine, The New York Times. Retrieved on November 13, 2007.
  142. "Chicago Launches City-wide Book Group", Library Journal (August 13, 2001).
  143. "To Read a Mockingbird" Library Journal (September 1, 2004) 129 (14), p. 13.
  144. Murphy, p. 106.
  145. Commencement 2006 Arxivləşdirilib 2016-12-21 at the Wayback Machine Notre Dame Magazine (July 2006). Retrieved on November 9, 2007.
  146. President Bush Honors Medal of Freedom Recipients Arxivləşdirilib 2011-09-19 at the Wayback Machine, White House press release (November 5, 2007). Retrieved on November 9, 2007.
  147. Nichols, Peter (February 27, 1998). "Time Can't Kill 'Mockingbird' [Review]", The New York Times, p. E.1
  148. To Kill a Mockingbird (film) Archived 2012–03–04 at the Wayback Machine. Academy of Motion Picture Arts and Sciences. Retrieved on March 29, 2008.
  149. Jones, Carolyn "Harper Lee", in The History of Southern Women's Literature, Carolyn Perry (ed.): Louisiana State University Press (2002). ISBN 978-0-8071-2753-7
  150. Bobbin, Jay (December 21, 1997). "Gregory Peck is Atticus Finch in Harper Lee's To Kill a Mockingbird", The Birmingham News (Alabama), p. 1. F
  151. King, Susan (December 22, 1997). "How the Finch Stole Christmas; Q & A With Gregory Peck", Los Angeles Times, p. 1
  152. King, Susan(October 18, 1999). "Q&A; Film Honors Peck, 'Perfectly Happy' in a Busy Retirement", Los Angeles Times, p. 4
  153. Noble, p. 4–5.
  154. Hoffman, Roy (August 9, 1998). "Long Lives the Mockingbird", The New York Times Book Review, p. 31.
  155. Walker, Lynne (30 September 2006). "To Kill A Mockingbird, West Yorkshire, Leeds Playhouse" Arxivləşdirilib 2015-09-25 at the Wayback Machine. Retrieved 17 April 2014.
  156. Brown, Jonathan (23 February 2011). "To Kill a Mockingbird, Theatre Royal, York" Arxivləşdirilib 2017-07-01 at the Wayback Machine. Retrieved 17 April2014.
  157. "To Kill A Mockingbird Returns" Arxivləşdirilib 2016-08-06 at the Wayback Machine. openairtheatre.com. Open Air Theatre. Retrieved may 6, 2016.
  158. Newman, Cathy (January 2006). To Catch a Mockingbird Arxivləşdirilib 2006-11-17 at the Wayback Machine, National Geographic. Retrieved on November 11, 2007.
  159. Robinson, David.The One and Only Arxivləşdirilib 2011-08-16 at the Wayback Machine, The Scotsman. Retrieved on March 29, 2008.
  160. Lister, David (July 10, 2010). David Lister: Those reclusive authors really know how to live Arxivləşdirilib 2011-01-23 at the Wayback Machine, The Independent. Retrieved on July 10, 2010.
  161. Pressley, Sue (June 10, 1996). "Quiet Author, Home Town Attract 'Groupies,' Press; To Live With 'Mockingbird'", The Washington Post p. A3
  162. "The Harper Lee 'Go Set a Watchman' Fraud" Arxivləşdirilib 2022-08-28 at the Wayback Machine. The New York Times. 25 July 2015.
  163. Marja Mills (20 July 2015). "The Harper Lee I knew" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine. Washington Post. Retrieved 4 September 2015.
  164. Jennifer Maloney. "What Would Gregory Peck Think of 'Go Set a Watchman'? His Son Weighs In" Arxivləşdirilib 2020-08-03 at the Wayback Machine. WSJ. Retrieved 4 September 2015.
  165. Idato, Michael (February 4, 2015). "Harper Lee to release second novel 50 years after To Kill a Mockingbird" Arxivləşdirilib 2021-09-27 at the Wayback Machine. Sydney Morning Herald. Retrieved February 4, 2015.
  166. Alison Flood (February 5, 2015). "Harper Lee's 'lost' novel was intended to complete a trilogy, says agent" Arxivləşdirilib 2022-09-06 at the Wayback Machine. The Guardian.
  167. "Expert Says Manuscript Is Not Harper Lee's Third Novel" Arxivləşdirilib 2022-06-16 at the Wayback Machine. The New York Times. 1 September 2015.
  168. Keith Collins. "See how Harper Lee's 'Go Set a Watchman' became 'To Kill a Mockingbird'" Arxivləşdirilib 2022-07-10 at the Wayback Machine. Quartz. Retrieved 4 September 2015.
  • Johnson, Claudia. To Kill a Mockingbird: Threatening Boundaries. Twayne Publishers: 1994. ISBN 0-8057-8068-8
  • Johnson, Claudia. Understanding To Kill a Mockingbird: A Student Casebook to Issues, Sources, and Historic Documents. Greenwood Press: 1994. ISBN 0-313-29193-4
  • Lee, Harper. To Kill a Mockingbird. HarperCollins: 1960 (Perennial Classics edition: 2002). ISBN 0-06-093546-4
  • Mancini, Candice, (ed.) (2008). Racism in Harper Lee's To Kill a Mockingbird, The Gale Group. ISBN 0-7377-3904-5
  • Murphy, Mary M. (ed.) Scout, Atticus, and Boo: A Celebration of Fifty Years of To Kill a Mockingbird, HarperCollins Publishers: 2010. ISBN 978-0-06-192407-1
  • Noble, Don (ed.). Critical Insights: To Kill a Mockingbird by Harper Lee, Salem Press: 2010. ISBN 978-1-58765-618-7
  • Petry, Alice. "Introduction" in On Harper Lee: Essays and Reflections. University of Tennessee Press: 1994. ISBN 1-57233-578-5
  • Shields, Charles. Mockingbird: A Portrait of Harper Lee. Henry Holt and Co.: 2006. ISBN 0-8050-7919-X

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]