Balaca lord Fauntleroy | |
---|---|
ing. Little Lord Fauntleroy | |
Müəllif | Frensis Eliza Börnet |
Janr | uşaq |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1885 |
Növ | roman |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Balaca lord Fauntleroy (ing. Little Lord Fauntleroy; bəzi tərcümələrdə "Balaca lord") — ingilis-amerikan qadın yazıçısı və dramaturqu Frensis Eliza Börnetin ilk uşaq romanı. İlk dəfə hissələrlə 1885-ci ilin noyabrı və 1886-cı ilin oktyabrında "St.Nicolas" jurnalında çap olunmuşdur. Kitabın illustrasiyalarını isə Recinald Berç çəkmişdir. Kitab sonralar 20 dəfədən artıq nəşr olunmuşdur.
Kapitan Errolun oğlu olan 7 yaşlı Sedrik İngiltərədən Amerikaya yollanır, atasının ölümündən sonra anası ilə yaşayır. O çox vaxt çəkmə təmizləyən Dik və baqqal Hobbsla ünsiyyətdə olurdu. Amma bir dəfə qraf Dorinkortun vəkili olan cənab Heviş adlı birisi onların evinə gələrək bildirir ki, Sedrik 2 böyük qardaşının ölümündən sonra yeganə varisdir və o mütləq İngiltərəyə qayıdıb lord Fauntleroy olmalıdır.
Recinald Berç tərəfindən çəkilmiş Fauntleroyun kostyumu orta məktəb uşaqlarının rəsmi geyiminə böyük təsir göstərmişdir.
Fauntleroyun kostyumu İngiltərədə yaradılsa da, Amerikada olduğu kimi heç yerdə bu qədər populyar deyildi. Fauntleroyun klassik kostyumu qara məxməri vizitka və bu cür şəkildə dizə qədər olan şalvardan, büzmələnmiş krujevalı böyük yaxalıqlı köynəkdən ibarət idi. Bu cür geyim XX əsrin əvvəllərinə qədər dəbdə olur. Çoxlu oğlan uşaqları Fauntleroyun kostyumunu geyinməsələr də, onun bəzi hissələrindən — bant və naxışlı köynəkdən istifadə edirdilər. Bu cür görkəm 3-8 yaşlı uşaqlar arasında populyar idi.
Bu cür geyim stili XVIII əsrdə I Karlın sarayının əhatəsində olan uşaqlar arasında dəbdə olan “Van Deyk” (Van Dyke) stilinin variantı idi. Tomas Geynsboronun "Mavi geyimli oğlan" ("The Blue Boy") rəsm əsəri "Van Deyk" stilini nümayiş etdirir.
Birinci dünya müharibəsinə qədər 10 yaşına qədər olan bütün uşaqlar Fauntleroy kostyumuna xas olan dizə qədər şalvar geyinirdilər.