Baltik yolu

Litva SSR-dəki aksiya iştirakçıları

Baltik yolu (est. Balti kett, yəni Baltik zənciri; latış. Baltijas ceļš‎, lit. Baltijos kelias) — SSRİ-nin baltikyanı ölkələrində 23 avqust 1989-cu ildə keçirilən dinc aksiya.

Litva, Latviya və Estoniya sakinləri Tallin, RiqaVilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratmışdılar. Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etmişdir. Bu aksiya Molotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ və Üçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən edirdilər: Latviya, Estoniya, Finlandiya, PolşaBessarabiyanın şərq vilayətləri SSRİ-yə, Litva və qərbi Polşa isə Almaniyanın nəzarətinə keçirdi.

"Baltik yolu" baltikyanı xalqların SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın artmasını göstərdi. Aksiyanın təşkilatçıları Estoniya Xalq Cəbhəsi, Latviya Xalq Cəbhəsi və Litvada "Sayudis" təşkilatı idi.

SSRİ rəhbərliyi bu aksiyaya yalnız çoxsaylı bəyanatlarla münasibət bildirməklə kifayətləndi və respublikalar arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün real addımlar atılmadı. Nəticədə aksiyadan 6 ay sonra sovet respublikaları arasında ilk olaraq Litva SSRİ-nin tərkibindən çıxdığını bəyan etdi.

Baltika ölkələri

[redaktə | mənbəni redaktə et]
Litvanın Baltik yolunun 10 illiyinə həsr olunmuş 50 lit nominallı xatirə sikkəsi

1989-cu ilədək SSRİ Molotov-Ribbentrop paktının məxfi protokolunun mövcudluğunu qəbul etmirdi. Baxmayaraq ki, bu protokol Nürnberq prosesi zamanı aşkarlanmışdı və qərb ölkələrində geniş işıqlandırılırdı. Bundan əlavə, SSRİ baltikyanı respublikaların işğal olunması fikrini rədd edərək iddia edirdi ki, onlar bu ölkələrin xalqları tərəfindən seçilmiş qanuni hökumətlərin müraciətlərinə əsasən könüllü şəkildə SSRİ-nin tərkibinə daxil olublar.

Sovet rəhbərliyinin münasibəti

[redaktə | mənbəni redaktə et]
İnsanlar özləri ilə kiçik radioqəbuledicilər götürmüşdülər və onu zəncirin düzülüş vaxtını dəqiq müəyyənləşdirmək üçün istifadə edirdilər.

15 avqust 1989-cu ildə Estoniyada fəhlələrin tətil keçirmələrinə cavab olaraq "Pravda" qəzetində dərc olunan məqalədə onlar Sovet İttifaqının ali maraqlarına deyil, "dar milliyyətçi maraqlara" xidmət edən "ekstremistlərin" rəhbərliyi altında "isteriya" nümayiş etdirməkdə ittiham olunurdular.

18 avqustda "Pravda" qəzeti 26-cı çağırış SSRİ Xalq deputatları Qurultayının sədri Aleksandr Yakovlevlə Molotov-Ribbentrop paktına həsr olunmuş geniş müsahibə dərc etdi. O, paktın və ona əlavə edilmiş məxfi protokolun mövcudluğunu təsdiq etməklə yanaşı, onu pisləyirdi, lakin bu paktın baltikyanı ölkələrin Sovet İttifaqına daxil olmalarına heç cür təsir göstərmədiyini bildirirdi. Beləliklə, Yakovlev paktın məxfi protokolunun mövcudluğunu qəbul etməklə SSRİ-nin yeni rəsmi mövqeyini açıqlamış oldu, lakin respublikaların 1940-cı ildə işğal olunmaları faktını inkar edirdi.

Lakin faktların bu cür şərhi Baltikyanı ölkələri qane etmirdi və 22 avqustda Litva SSR Ali Soveti SSRİ-nin ünvanına tənqidlərlə çıxış edərək onu baltikyanı ölkələrin zorakı yolla işğal olunmasında ittiham etdi və Molotov-Ribbentrop paktının bu ölkələrin İttifaqa daxil edilməsi ilə birbaşa əlaqəli olduğunu bəyan etdi.

Aksiyanın gedişi

[redaktə | mənbəni redaktə et]

Aksiyada iştirak etmək istəyənlər öz nəqliyyat vasitələri ilə yanaşı, həm də dövlət orqanları və ictimai təşkilatlar tərəfindən təşkil edilən avtobuslarla gəlirdilər. İştirak etmək istəyən, lakin əsas halqaya qoşula bilməyənlərdən ibarət ayrıca bir zəncir, Kaunas-Ukmerqe zənciri yaradıldı.

An-2 təyyarələrindən insanların üzərinə gül-çiçək səpilirdi.

Vilnüsdəki "Baltik yolu" abidəsi

2009-cu ildə YUNESKO bu aksiyanı qeyri-zorakı mübarizə fenomeni kimi tanıdı və onun haqda olan sənədli materialları "Dünyanın yaddaşı" beynəlxalq registrinə daxil etmək barədə qərar qəbul etdi[1].

2013-cü ilin avqustunda Estoniyada litvalı heykəltaraş Gitenis Umbrasas tərəfindən yaradılmış Baltik zənciri abidəsi açıldı[2][3].

Hadisələrin videoxronikası

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Thirty-Five Documentary Properties Added to UNESCO’s Memory of the World Register Arxivləşdirilib 2013-05-24 at the Wayback Machine  (ing.)
  2. В Эстонии откроют монумент Балтийской цепи Arxivləşdirilib 2013-08-19 at the Wayback Machine Delfi, 16 августа 2013
  3. Мэры трех балтийских столиц вспоминали события августа 1989 года Arxivləşdirilib 2013-08-25 at the Wayback Machine // «Актуальная камера», 20.08.2013