Barri Şarpless | |
---|---|
ing. Karl Barry Sharpless | |
Doğum tarixi | 28 aprel 1941[1][2] (83 yaş) |
Doğum yeri | |
Uşağı | 3 |
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
scripps.edu/chem/sharple… | |
Vikianbarda əlaqəli mediafayllar |
Barri Şarpless (28 aprel 1941[1][2], Filadelfiya, Pensilvaniya[5][6][…]) — amerikalı kimyaçı, kimya üzrə iki dəfə Nobel mükafatı laureatı: 2001-ci il üçün (½ mükafat) Ryoci Noyori və Uilyam Noulz ilə birlikdə "Əczaçılıq sənayesində istifadə edilən tədqiqatlar üçün — redoks reaksiyaları üçün xiral katalizatorların yaradılması"[7]; 2022-ci il üçün (mükafatın 1/3) Caroline Bertozzi və Morten Möldahl ilə birlikdə "Klik kimyası və bioortoqonal kimyanın inkişafı üzrə işlərə görə"[8]. B. Şarpless tarixdə Frederik Sangerdən (1958 və 1980 il) sonra kimya üzrə iki Nobel mükafatına layiq görülən ikinci alim oldu. Birinci mükafat xüsusilə alkenlərin enantioselektiv epoksidləşməsinin kəşfinə görə verilmişdir. Bu reaksiya onun şərəfinə Şarpless enantioselektiv epoksidləşmə reaksiyası kimi adlandırılmışdır.
Barri Şarpless 28 aprel 1941-ci ildə Filadelfiyada anadan olub, o, həkim-cərrah Edvin Dallett Şarpless (1911–2004 il) və Evelyn Şarplessin (əslən Anderson, 1916–1978il) oğlu idi.[9] Filadelfiyada Quaker məktəbində oxumuş, burada alman dilini mənimsəmişdir[6]. 1968-ci ildə Stanford Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1985il)[10].