Baykerlər 3

Baykerlər 3
hind. धूम ३
Janr triller filmi, döyüş filmi, soyğun filmi, macəra filmi
Əsas mövzu Autizm
Prodüser
Baş rollarda
İstehsalçılar StudioCanal[d], Regency Enterprises[d]
Distribütor Netflix, IMAX, Regency Enterprises[d], StudioCanal[d]
İlk baxış tarixi 20 dekabr 2013, 9 yanvar 2014[4], 25 dekabr 2013, 16 yanvar 2014
Müddət 172 dəq.
Ölkə
Dil Hind dili
Rəng rəngli
Çəkiliş yeri İsveçrə, Çikaqo
IMDb ID1833673

Baykerlər 3 (ing. Dhoom 3) — rejissor Vijay Krişna Açaryanın çəkdiyi və baş rolda Əmir Xanın olduğu 2013-cü il istehsalı olan Bollivud filmidir. Film 5,4 milyard Hindistan rupisi gəlir əldə etmişdir. Bu seriada da əvvəlki seriada olduğu kimi Jai ​​Dixit rolunu canlandıran Abhişek Baççan və Ali Ekber rolunu canlandıran Uday Çopra eyni rolu oynayırlar. Serianın bu hissəsində onlar Çikaqoda bankı qarət edən hindli quldurun arxasınca düşürlər.

1990-cı ildə Böyük Hindistan Sirkinin (The Great Indian Circus) sahibi İqbal Harun Xanın Qərbi Çikaqo Bankına (Western Bank of Chicago) külli miqdarda borcu mövcuddur. Ona görə də sirk borclara görə bağlanmaq ərəfəsindədir. İqbal Xan keyfiyyətli şoular sayəsində külli miqdarda pul qazanaraq borclarını ödəməyi planlaşdırır. Bunu nümayiş etdirmək üçün bankın sahibi Andersonu şouya dəvət edir. Andersonu keyfiyyətli tamaşalar sayəsində sirki irəli apararaq külli miqdarda pul qazanacağına və borcların qısa müddətdə ödəniləcəyinə inandıraraq sirkin bağlanmasını gecikdirməkdir. Anderson şouya gəlir. İqbal Xan bəzi sehrli fəndlər göstərir. Daha sonra o, Yer kürəsində əvvəllər göstərilməmiş bir şou göstərəcəyini deyir. İqbal Xan oğlunu qutuya qoyur və qutunu bağlayır. Qutunu açanda uşaq qutunun içərisində olmur. Sonra oğlu arxadan çıxıb gəlir. Tamaşa burada bitir. Lakin Anderson buna inanmır və qərarının qəti olduğunu bildirir. Bankirlər gedərkən İqbalın oğlu Sahir bankirlərə yalvarır ki, sirki bağlamasınlar. İqbal bankirlərə yalvardığı üçün Sahirə əsəbiləşir. Sonra İqbal Andersona silah çəkir. Lakin o, onu vurmur və gülləni başına vuraraq intihar edir.

2013-cü ildə Western Bank of Chicago və onun filialları Sahir Xan tərəfindən soyulmağa başlanmışdır. Sahir pulu alandan sonra özü ilə apara bildiyi qədər pul götürər, daşıya bilmədiklərini isə hündür yerdən aşağıdakı camaata paylayardı. O, qaçarkən qara motosikletdən istifadə edirdi. Polislər onun üzünü heç vaxt görməmişdilər, çünki o, həmişə dəbilqə taxırdı. Oğurluqlarının qarşısı alınmır və köməyə Hindistandan Jai Dixit və Əli Əkbər adlı iki polis çağırılır. Bu arada Sahir oğurladığı pulların hesabına Böyük Hindistan Sirkini yenidən yaradır.

  1. 1 2 3 http://www.bbfc.co.uk/releases/dhoom-3-2013.
  2. 1 2 3 4 https://www.filmaffinity.com/en/film500335.html.
  3. http://www.metacritic.com/movie/dhoom-3.
  4. IMDb (ing.). 1990.