Bela Kun | |
---|---|
mac. Kun Béla | |
Doğum tarixi | 20 fevral 1886[1] |
Vəfat tarixi | 29 avqust 1938[1] (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | edam[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi, diplomat, jurnalist |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Béla Kun (20 fevral 1886[1] – 29 avqust 1938[1], Moskva[2]) — Macar kommunist siyasətçisi.
Béla Kun Yəhudi əsilli bir ailədə dünyaya gəlmişdir. 1906-cı ildə soyadını Macarca formaya salaraq "Kun" şəklinə saldı. Klausenburg Universitetində oxumuşdur və universitetdə sosialistlər ilə tanış olaraq onlar ilə münasibətlər yaratmışdır. 1914-cü ildə Budapeştə getdi və burda Sosializmin ideyalarını təbliğ edən bir qəzet buraxdı. Birinci Dünya müharibəsi dövründə Avstriya-Macarıstan İmperiyası ordusunda xidmət etmişdir və 1916-cı ildə ruslar tərəfindən əsir götürülmüşdür. Əsir olduğu müddətdə Rusiyada Bolşeviklərin tərəfdarı olmuşdur.
Oktyabr İnqilabından sonra azad edilmişdir. 1918-ci ilin dekabr ayında Macarıstanda baş vermiş olan kommunist inqilabına qoşulmaq üçün Macarıstana gəlmişdir. Mihály Károlyi hökuməti tərəfindən həbs olundu, ancaq müharibənin gedişatını müşahidə edən fəhlə üsyanlarından sonra 21 mart 1919-cu ildə azadlığa buraxıldı. Macarıstan Sovet Respublikasına qatıldı və sosialist və kommunistlərdən təşkil edilmiş olan hökumətdə nazir vəzifəsi almışdır. Bu hökumətin bankları, böyük kənd təsərrüfatı və sənaye müəssisələrini milliləşdirdiyini bildirmişdir. İnqilabı Slovakiyaya yaymaq yolunda cəhdlərində olan Macar Qızıl Ordusunun qarşısını Müttəfiq dövlətlər kəsmişdir və sonra çex və rumın ordusu müdaxilə edərək inqilabı devirdi və Kunun rəhbərliyindəki hökumət 1 avqust 1919-cu ildə devrildi.
Kun bundan sonra əvvəlcə Avstriyaya, daha sonra isə SSRİ-yə sığındı. Orada Beynəlxalq Kommunizm və ya Komintern istiqamətində işlərdə aktiv şəkildə iştirak etmişdir. 1921-ci ildə Almaniya dakı uğursuz mart üsyanlarında iştirak etmişdir. 1928-ci ildə təkrar Vyanaya qayıtdı və Macarıstanda yeni inqilabçı təşkilat yaratmağa çalışmışdır.
SSRİ-yə qayıtdıqdan sonra Trotskist olmaqda günahlandırılaraq 1939-cu ildə edam edilmişdir.