Beni Eqreşi | |
---|---|
mac. Egressy Béni | |
Ümumi məlumatlar | |
Doğum adı | mac. Galambos Benjámin |
Doğum tarixi | |
Doğum yeri | Sayokazinç, Macarıstan |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Budapeşt, Macarıstan |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar |
Vikianbarda əlaqəli mediafayllar |
Beni Eqreşi- (mac. Egressy Béni, 21 aprel 1814[1][2] – 17 iyul 1851[1][2], Peşt[d], Peşt medyesi) Macar bəstəkarı, tərcüməçisi və aktyoru.
Beni Eqreşi 1814-cü ildə Sayokazinçdə, bugünkü Macarıstanın Kazınçbarçika şəhəri, Borşod-Abauy-Zemplen bölgəsindəki Protestant pastorunda anadan olmuşdur. 1834-cü ildə böyük qarşdaşı Qabor Eqreşinin yolundan davam edən Beni Eqreşi ilk dəfə Kolosvarda səhnəyə çıxmış, 1837-ci ildə isə Praqa Milli Teatrının üzvlərindən biri olmuşdur. 1838-ci ildə pul qazanmaq üçün Milana yola düşmüş, burada səs təlimi almışdır. 1 il yarım İtaliyada yaşadıqdan sonra Macarıstana qayıdan Eqreşi çox keçmədən opera sənətçisi və bəstəkar kimi məşhurlaşmışdır. Eqreşi Alman, Fransız və İtalyan dilindən 60-dan çox əsər və opera tərcümə etmiş, 47 əsərindən 35-ini çap etdirmişdir. 1848-ci il inqilabının da iştirakçısı olan bəstəkar , inqilabdan sonra amnistiya almış və səhnəyə qayıtmışdır.[3] Beni Eqreşi 1851-ci ildə Budapeşt şəhərində ağciyər xəstəliyindən vəfat etmişdir.
Eqreşi bir sıra məşhur bəstələrin müəllifidir. Onun fortepiano və ifa üçün bəstələdiyi əsərlər nisbətən "yüngül" qiymətləndirilirdi. Onlar əsasən milli macar mahnılarına bəstələnən musiqilərdir. Beni Eqreşi əksərən Mixay Vereşmartinin sözlərinə bəstələnmiş və Macarıstanın qeyri rəsmi himni sayılan "Çağırış" mahnısının həmmüəllifi kimi tanınmışdır. Əsər bəstəkara böyük nüfuz qazandırmışdır. Eqreşi həm də librettolar bəstələyirdi. Ferens Erkelin "Ban Bank" operasına bəstələdiyi libretto buna nümunədir.