Benjamin Dizraeli | |
---|---|
Benjamin Disraeli | |
Böyük Britaniyanın 42-ci baş naziri | |
27 fevral 1868 – 1 dekabr 1868 | |
Monarx | I Viktoriya |
Əvvəlki | Uilyam Qladston |
Sonrakı | Uilyam Qladston |
20 fevral 1874 – 21 aprel 1880 | |
Monarx | VI Georq II Elizabet |
Əvvəlki | Uilyam Qladston |
Sonrakı | Entoni İden |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | London, Böyük Britaniya |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | London, Böyük Britaniya |
Partiya | Konservatorlar partiyası |
Fəaliyyəti | siyasətçi, romançı, yazıçı, bioqraf, maliyyə naziri[d] |
Dini | anqlikanizm[d], İudaizm, xristianlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Benjamin Dizraeli (ing. Benjamin Disraeli, 1st Earl of Beaconsfield; 21 dekabr 1804[1][2][…], London[3] – 19 aprel 1881[1][2][…]) — Böyük Britaniyanın 42-ci baş naziri, diplomat.
Benjamin Dizraeli 1801-ci ildə 21 dekabrda yəhudi ailəsində anadan olmuşdur. Benjamin Dizraelinin atası İsaak Dizraeli yazıçı idi.
1817-ci ilin iyununda Benjamin Dizraeli dinini dəyişir və anqlikan kilsəsinə tabe olur. Dizraeli 1839-cu ildə dul qadınla evlənmişdir. Onun çox güclü yumor hissi var. Həyat yoldaşı-Meri-Enn ondan 12 yaş böyük idi, lakin bu yaş fərqinə baxmayaraq onlar arasında heç bir narazılıq və ya konflikt olmamışdır.[4]
1832-ci il İngiltərədə parlament islahatından sonra monarxin parlamentə təsiri azalmağa başladı. Kraliça Viktoriya parlament və hökumət məsələləri ilə çox maraqlanırdı. Kraliça Viktoriyanın Dizraeli ilə münasibətləri 1852-ci ildən başlayaraq inkişaf etməyə başladı. Dizraelinin bəzi baxışları ilə razı olmamasına baxmayaraq kraliça onun icmalar palatasının sədri, həm də maliyyə naziri olmasına razılıq verdi. Dizraelinin vəzifələrindən biri də, icmalar palatasında baş verən müzakirələr barəsində mütəmadi olaraq məruzələr tərtib etmək və kraliçaya göndərmək idi.
Dizraeli 1854-cü ildə İngiltərə səfirliyinin Parisdə ataşesi təyin olundu. 1868-ci ildə Dizraeli nazirlər kabinatinin sədri oldu. Lakin dekabrda liberallar seçkilərdə qalib gəldilər və Dizraeli müxalifətdə qaldı.
1874-cü ildə İcmalar Palatasında mühafizəkarlar əksəriyyət qazandılar və Benjamin Dizraeli baş nazir oldu. Bir il sonra artıq Dizraeli ingilis millətinin liderinə çevrildi.
1876-cı ilin aprelində İngiltərə kraliçası Viktoriya Hindistanın imperatriçası elan edildi. Kraliça minnətdarlıq əlaməti olaraq Dizraeliyə həmin ilin avqustunda lord Bikonsfild və İngiltərənin peri titulları verildi.[4]
Dizraelinin xarici siyasət sahəsində əsas istiqamətlərdən biri Süveyş kanalı ilə bağlı idi. 1875-ci ildə Misir hakimi maliyyə çətinlikləri ilə üzləşdiyi üçün Süveyş kanalında olan payını satışa çıxardığı barədə xəbər yaydı. Süveyş kanalının səhmlərinin təqribən 44%-i Misirə məxsus idi. Süveyş kanalı 1859–1869-cu illərdə fransızlar (Ferdinand de Lesseps) tərəfindən inşa olunmuşdu. Bu kanal İngiltərədən Hindistana çox qısa bir yolu təmin edirdi. Lakin kanal fransızların nəzarəti altında olduğundan ingilislərlə fransızlar arasında bir gərginlik yaşanırdı. İngilislər isə yaranmış vəziyyətdən məharətlə istifadə edib Süveyş kanalına nəzarət etmək hüququ qazana, yəni kanalın ən böyük səhmdarı ola bilərdilər. Süveyş kanalının səhmlərinin satın alınması məsələsi mütləq parlamentdə müzakirə edilməli idi. Parlamentin müzakirəsinin vacibliyinin əsas səbəbi bu idi ki, satın alma üçün lazımlı vəsaiti parlament ayırmalı idi. Əgər müzakirələrdən sonra parlament müsbət qərar qəbul edərdisə o zaman hökumət başçısına bu məbləğ verilirdi. Son nəticədə səhmlər İngiltərə tərəfindən alındı.
Dizraeli İngiltərənin maraqlarını Misirdə, Kiçik Asiyada, Qırmızı dəniz və Fars körfəzi zonasında, Suriyada, Livanda, Mesopotamiyada, Dəclə və Fərat çayları vadisində və Əfqanıstanda görürdü. 1875-ci ilin iyulunda Bosniya və Herseqovinada Osmanlı imperiyasına qarşı üsyan başladı. Dizraeli çoxdan başa düşmüşdü ki, Osmanlı imperiyasının Avropa dövlətləri tərəfindən bölüşdürülməsi qaçılmaz faktdır və bundan maksimal xeyir götürmək lazımdır. O, 1877-ci ildə London protokolunu imzaladı və üç şimal sarayının Türkiyədən Balkanlarda müharibəni qurtarmaq tələbinə qoşuldu.
1880-ci ildə mühafizəkarlar parlament seçkilərində məğlub oldular və Dizraeli müxalifətin lideri mövqeyinə keçdi. 1881-ci ilin yazında o çox ağır xəstələnir və 19 apreldə vəfat edir.
Dizraeli mühafizəkarlar partiyasının kumirlərindən biri sayılır və onun çox sevdiyi nərgizgülü hal-hazırda mühafizəkarlar partiyasının simvollarından biridir.
Dizraeli Azərbaycan Dövlət İqtisad Universitetinin bəzi tələbələri arasında daha çox bir deyiminə görə xatırlanır. "Yalanının üç növü vardır: yalan, ağ yalan və bir də statistika."
1868-ci ildə Lord Derbi səhhəti ilə əlaqədar olaraq istefaya getməsinə baxmayaraq onun partiyası – Mühafizəkarlar hakimiyyətdə qalırdılar. Bu zaman ilk dəfə olaraq Benjamin Dizraeli bu partiyanın rəhbəri kimi hökumət yaratmaq imkanı qazandı. 1868-ci ildə Dizraelinin ilk hökuməti yaradıldı. Dizraeli İngiltərə tarixində mühafizəkarlar partiyasını yenidən quran, mühafizəkarların ideologiyasını modernləşdirən bir siyasi xadim kimi yadda qalmışdır. Dizraeli həmçinin publisistika və ədəbiyyatla da məşğul olmuşdur. O, öz yaradıcılığında İngiltərənin yeni siyasi xadiminin obrazını təqdim etməyə çalışırdı. Bu siyasi xadim İngiltərə siyasətinin başında duran aristokratlardan fərqli olaraq xalq içərisindən çıxan və xalq üçün çalışan bir xadim idi. Dolayısı ilə o, aristokratların siyasəti inhisara almalarının qəti əleyhinə idi.
Dizraeli demokratik mühafizəkarlıq adlanan yeni ideologiyanın əsasını qoymuşdur. XIX əsrin 50–60-cı illərində gedən müzakirələrdə Dizraeli xalq mühafizəkarlığının bir neçə prinsipinin önə çıxardı:
Bu prinsiplər Dizraelinin irəli sürdüyü demokratik və ya xalq mühafizəkarlığının əsas cəhətlərindən bir neçəsi idi. 1868-ci ildə parlamentdə gedən müzakirələrdə Dizraelinin bir növ rəqibi olan Uilyam Qladston Dizraeliyə seçkilərdə qazandığı qələbənin bəhrələrindən yararlanmağa imkan yaratmaq istəmirdi. Buna görə də Qladstonun rəhbərlik etdiyi liberal çoxluq dərhal bir qanun layihəsi irəli sürdü. Onun mahiyyyəti İrlandiyada Anqlikan kilsəsinin dövlət kilsəsi kimi statusunun ləğv edilməsindən ibarət idi. Əhalisinin 70%-ni katoliklərin təşkil etdiyi bir ölkədə anqlikan kilsəsinin dövlət kilsəsi olması isəyolverilməz bir hal idi. 1868-ci ildə o, parlamentin buraxılması haqqında qərar qəbul edir. 1868-ci il seçkilərində mühafizəkarlar məğlub oldular və Qladstonun rəhbərlik etdiyi liberallar partiyası geniş islahat layihəsi ilə qalib gəldi.
1874-cü ilin parlament seçkilərində Dizraelinin başçılığı ilə mühafizəkarlar qalib gəldilər və 1880-ci ilə qədər bu hökumət fəaliyyət göstərdi. Dizraelinin ilkin çıxışı belə oldu ki, İngiltərə artıq islahatlardan yorulmuşdur, daxili həyatda bir qədər islahatlara fasilə vermək lazımdır. Dövlətin əsas diqqəti xarici siyasət sahəsinə yönəldilməlidir. Amma onun hökumətində daxili işlər postunu tutan Tross bütün bunlara baxmayaraq ölkə daxilində bir sıra islahatların keçirilməsini nəzərdə tutan bir layihə irəli sürdü. Bu layihədə səhiyyə, şəhər sanitariyası, çayların çirklənməsinə qarşı qarşılıqlı yardım kassalarının yaradılması, tred-unionlarla, onların hüquqi şəxs qismində tanınması ilə bağlı addımların atılması nəzərdə tutulurdu. Bu qərarlara uyğun olaraq 1874–1875-ci illərdə İngiltərə parlamenti hökumətin irəli sürdüyü bir sıra qərarlar qəbul etdi:
1875-ci ildə fəhlələrlə bağlı daha öncə qəbul edilmiş bir qanuna əlavə qəbul edildi. Mahiyyətə əsasən isə cinayət məcəlləsindən piketə görə cəza maddələri çıxarılırdı. Yəni bu əlavəyə qədər piket keçirilməsi qadağan olunmuşdu və keçirildiyi halda isə cinayət məsuliyyətinə səbəb olurdu. 1875-ci ildə fəhlələrlə bağlı yeni bir qanun da qəbul edildi. Əgər əvvəllər bu barədə qəbul edilmiş qanunlar "ağalar və qulluqçular" haqqında qanunlar adlandırılırdısa, indi qanunlar "sahibkarlar və fəhlələr" haqqında qanunlar adlanırdı. Bu qanuna əsasən fəhlələr sahibkarlarla müqavilələr imzalamaq hüququ əldə edirdilər. Bu müqavilələr fərdi xarakter daşımalı idi və müqavilə şərtlərinin pozulması dərhal məhkəmədə mülki qanunvericiliyə əsaslanaraq müzakirə olunmalı idi. Bütün bu qanunlar qəbul edildikdən sonra Dizraeli daxili siyasətdə islahatların kifayət etdiyini hesab edərək əsas diqqəti xarici siyasətə yönəltdi.
1880-ci ildə növbəti parlament seçkiləri zamanı liberalar Dizraelinin haddindən artıq aqresssiv işğalçılıq siyasəti yürütdüyünü və İngiltərənin vəsaitini lazımsız müharibələrə xərclədiyini əsas gətirərək onu kəskin tənqid edirdilər. Xüsusən də bu seçkilər ərəfəsində Birinci Bur müharibəsində uğurzusluğun əldə edilməsi Dizraeli hökumətinin nüfuzuna mənfi təsir etmiş oldu. Seçkilər nəticəsində Dizraelinin xarici siyasəti 1880-ci ildə fiaskoya uğradı.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |