Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi
IUCN
fr. Union internationale pour la conservation de la nature
Loqonun şəkli
Növü Beynəlxalq təşkilat
Şüar ing. Working for a just world that values and conserves nature
Yaranma tarixi oktyabr 1948, Fontenblo, Fransa
Mərkəzi Qland, İsveçrə
Sədr Mr Valli Moosa
Ms Julia Marton-Lefèvre
Büdcəsi 112,5 milyon CHF
Üzvləri 1100 nəfər
IUCN
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir.

Məhvolma təhlükəsi

Məhvolma təhlükəsi təsnifatı (2007):
(ing. Extinct) — Nəsli kəsilmiş (ing. Extinct in the Wild) — Vəhşi təbiətdə mövcud olmayan (ing. Critically Endangered) — Son həddə çatmışlar (ing. Endangered) — Nəsli kəsilmə təhlükəsi olanlar (ing. Vulnerable) — Həssas növlər (ing. Near Threatened) — Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar (ing. Least Concern) — Kiçik təhlükə altında (ing. Data Deficient) — Haqqında məlumat olmayanlar (NE) (ing. Not Evaluated) — Təhlükəsiz
Mənası Nəticə
(Versiya)
LC
en:Least Concern
Az qayğı tələb edənlər
Least Concern (IUCN 3.1)Least Concern???
3.1
lc
en:Least Concern
Az qayğı tələb edənlər
Least Concern (IUCN 2.3) Least Concern???
2.3
NT
en:Near Threatened
Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar
Near Threatened (IUCN 3.1) Near Threatened???
3.1
nt
en:Near Threatened
Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar
Near Threatened (IUCN 2.3)
2.3
CD və ya cd
en:Conservation Dependent
Təbiəti mühafizə tədbirlərindən asılı olanlar
Conservation Dependent (IUCN 2.3) Near Threatened???
2.3
VU
en:Vulnerable species
Həssas növlər
Vulnerable (IUCN 3.1) Vulnerable???
3.1
vu
en:Vulnerable species
Həssas növlər
Vulnerable (IUCN 2.3) Vulnerable???
2.3
EN
Nəsli kəsilməkdə olan növlər
Nəsli kəsilmə təhlükəsi olanlar
Endangered (IUCN 3.1) Endangered???
3.1
en
Nəsli kəsilməkdə olan növlər
Nəsli kəsilmə təhlükəsi olanlar
Endangered (IUCN 2.3) Endangered???
2.3
CR
en:Critically endangered species
Son həddə çatmışlar
Critically Endangered (IUCN 3.1) Critically Endangered???
3.1
cr
en:Critically endangered species
Son həddə çatmışlar
Critically Endangered (IUCN 2.3) Critically Endangered???
2.3
EW
en:Extinct in the Wild
Vəhşi təbiətdə mövcud olmayan
Extinct in the Wild (IUCN 3.1) Extinct in the Wild???
3.1
ew
en:Extinct in the Wild
Vəhşi təbiətdə mövcud olmayan
Extinct in the Wild (IUCN 2.3) Extinct in the Wild
2.3
EX
Nəsli kəsilməkdə olan
Nəsli kəsilmiş
Extinct (IUCN 3.1) Extinct???
3.1
ex
Nəsli kəsilməkdə olan
Nəsli kəsilmiş
Extinct (IUCN 2.3) Extinct???
2.3
DD vəya dd
en:Data Deficient
Haqqında məlumat olmayanlar
Data Deficient???


Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir.[1]

1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi. Bu sənəd təkcə ətraf mühitin mühafizəsi məsələsi ilə məhdudlaşmır, eyni zamanda ayrı-ayrı ölkələrdə insanla ətraf mühitin ahəngdarlığına əsaslanan uzunmüddətli iqtisadi, sosial və ekoloji inkişaf strategiyasını nəzərdə tutur. Təbiət, cəmiyyət və insan həyatının bütün sahələrini əhatə edən, əsasən insan və ətraf mühit arasında harmoniyanın təmin edilməsinə yönəlmiş Davamlı İnkişaf Konsepsiyasının fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından səmərəli və qənaətlə istifadə, ətraf mühitin qorunub saxlanılması, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir. Bütün planetdə sülhün qorunmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tutan Davamlı İnkişaf Konsepsiyası bir çox məsələlərlə yanaşı, insanların təmiz içməli suya əlyetərliyini təmin etmək və sanitariya vəziyyətini yaxşılaşdırmaq, iqlim dəyişikliyinə qarşı mübarizə, dəniz və torpaq ekosisteminin mühafizəsi kimi vacib məsələləri də önə çəkir. Bu baxımdan Davamlı İnkişaf Konsepsiyası pla­ne­tin bü­tün öl­kə­lə­ri üçün XXI əsr­də fəa­liy­yət pla­nı ki­mi təs­diq edil­mişdi. Bu konsepsiya da­vam­lı in­ki­şaf pro­se­si­nə da­ğı­dı­cı tə­sir gös­tə­rən müharibələr, si­lah­lı konf­likt­lər za­ma­nı dövlətləri ət­raf mü­hi­ti mü­ha­fi­zə edən bey­nəl­xalq hü­qu­qa hör­mət et­mə­yə, da­vam­lı in­ki­şa­fı tə­min et­mək­də bey­nəl­xalq cəhd­lər üçün öz mə­su­liy­yə­ti­ni dərk etməyə çağırır.[2]

Lakin iş­ğal­çı Er­mə­nis­tan 30 il ərzində dün­ya döv­lət­lə­ri­nin gö­zü önün­də bey­nəl­xalq hü­quq prin­sip­lə­ri­nə, BMT və ATƏT-in qə­rar və qət­na­mə­lə­ri­nə mə­həl qoy­ma­yaraq mis­li gö­rünlmə­miş vəhşiliklər törətmişdir. Belə ki, Ermənistanın apardığı qeyri-qanuni iqtisadi fəaliyyət 1949-cu ildə qəbul edilmiş “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” Cenevrə Konvensiyasının, “Quru müharibəsinin qanun və adətləri haqqında” IV Haaqa Konvensiyasının, habelə insan hüquqları sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmuş və bu gün də tö­rə­tdiyi ci­na­yət­lə­rə gö­rə cə­za­sız qal­mışdır. İş­ğal etdiyi əra­zi­lər­də er­mə­ni iş­ğal­çı­la­rı­nın can­lı tə­biə­tə və bə­şə­riy­yə­tə qar­şı yö­nəl­miş əməl­lə­ri ba­rə­də Av­ro­pa Vəh­şi Tə­biə­tin və Tə­bii Ət­raf Mü­hi­tin Mü­ha­fi­zə­si üz­rə Bern Kon­ven­si­ya­sı­nın Baş Ka­ti­bi­nə, Bio­müx­tə­lif­lik üz­rə Kon­ven­si­ya­nın İc­ra­çı ka­ti­bi­nə, Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı­nın İq­lim Də­yiş­mə­lə­ri üz­rə Çər­çi­və Kon­ven­si­ya­sı­nın ka­tib­li­yi­nə, Tə­biə­tin və Tə­bii Sər­vət­lə­rin Mü­ha­fi­zə­si üz­rə Bey­nəl­xalq Bir­li­yin Pre­zi­den­ti­nə rəs­mi mü­ra­ci­ət­lər edil­miş, bey­nəl­xalq təş­ki­lat­la­rın diq­qə­ti­nə bu is­ti­qa­mət­də tə­xi­rə­sa­lın­maz təd­bir­lə­rin gö­rül­mə­si­nin zə­ru­ri­li­yi çat­dı­rıl­sa da ta­lan­çı Er­mə­nis­ta­na qar­şı bu illər ərzində heç bir təd­bir gö­rül­məmişdir.

Ermənistan 30 il ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda dünyanın bir çox xarici şirkətlərinin filiallarını yaradaraq müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Azərbaycanın icazəsi olmadan qanunsuz fəaliyyət göstərmişdir. Belə ki, ümumilikdə 20-dən artıq ölkənin – o cümlədən, Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər dövlətlərin (“Haik Watch and Jewelry Co”,“Rodino Haskovo” JIC,“Centro Ceibal”,“Deccan Gold Mines Ltd”, “Cosmote Romanian Mobile Telecommunications S.A”, “Vallex Group”, “Base Metals”, “GeoProMining”, “GoldStar” ) şirkətləri Azərbaycanın işğal olunmuş ərazilərinə investisiya yatıraraq ölkəmizin təbii sərvətlərini qəddarlıqla istismar etmiş, qeyri–qanuni yollarla xarici ölkələrdə satışa çıxarmışdır.

Belə talançı müəssisələrdən biri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Vibrotexnik" şirkətidir. Şirkət 2003-cü ildən başlayaraq qızıl, mis filizləri və digər əlvan metalları parçalamaq və narınlamaq üçün texniki avadanlıqların, onların tərkibini müəyyən etmək üçün ələk analizatorların, maddələrin tərkibinin analizini aparmaq üçün laboratoriya vasitələrinin istehsalı ilə məşğul olur. Hazırda şirkət öz sahəsi üzrə dağ mədənlərin istismarı, geoloji axtarışları, metallurgiya sahəsində fəaliyyət göstərən bir sıra nəhəng yerli və xarici (Tacikistan, Özbəkistan, Belarus, Ukrayna, Moldova, Ermənistan, İngiltərə, İspaniya və s.) müəssisələr ilə əməkdaşlıq edərək onları lazımi texniki avadanlıqlarla təchiz edir. Son illər ərzində şirkət işğal olunmuş Azərbaycan ərazilərində, Ağdərə rayonunun Drmbon yamacında yerləşən qızıl filizi yataqlarını istismar edən “Base Metals” zavodu ilə əməkdaşlıq edərək həmin zavodu istehsal prosesi üçün zəruri hesab edilən texniki avadanlıqlarla təchiz edir.

Qarabağda ən çox talanan təbii ehtiyatlardan birincisi Kəlbəcərin Ermənistanla sərhəd bölgələrində, Ağdərə və Zəngilanda olan qızıl yataqları olub. 2002-ci ilin avqust ayında yaradılmış "Base Metals" MMC şirkəti uzun müddət Ağdərə rayonunda qızıl ehtiyatı 13,5 ton olan Qızılbulaq (Drmbon) kəndindəki mis-qızıl mədənlərini talayıb. Mədəndən hər ay 12 min ton filiz çıxarılaraq emal edilmiş və tərkibində qızıl olan mis Avropa bazarına çıxarılmışdır.

Azərbaycanın işğal edilmiş ərazilərində - Kəlbəcər, Laçın, Tərtər, Ağdamda qızıl, gümüş, mis, molibden, civə yataqları, Cəbrayıl, Kəlbəcər, Laçında dəmir, xrom , Tərtər və Kəlbəcərdə kükürd , Ağdam, Füzuli, Cəbrayıl ərazilərindəki qum, çınqıl, gil və digər faydalı qazıntı yataqlarında işğalçı Ermənistan tərəfindən qeyri-qanuni və intensiv şəkildə hasilat işləri aparılmış, faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar amansız istismar olunmuş, flora və fauna sistemli şəkildə məhv edilmişdir.

Uzun illər erməni işğalı altında olan Kəlbəcər rayonunun ərazisində yerləşən, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod) və təbii ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları Ermənistan tərəfindən talan edilmişdir. Belə ki, 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” və Hindistanın “İndian Sterlite Gold Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından külli miqdarda qızıl hasil etmişdir.

İşğal olunmuş ərazilərdə ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə ağır zərbələr vurulmuş, Azərbaycan ərazilərində erməni işğalçıları və onların tərəfdaşları tərəfindən əlvan, qara metalların, habelə mineral su, ümumi yayılmış faydalı qazıntıların intensiv şəkildə hasilatı həyata keçirilmişdir. Bu cür hasilatın həyata keçirilməsi zamanı ekoloji tələblərə heç bir formada əməl edilməmiş, resurslar faktiki olaraq Azərbaycan qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş istehsalat həcmlərini dəfələrlə aşaraq hasil edilmiş, zəhərli tullantıların yerli su tutarlarına, çaylara axıdılmasının qarşısını almaq üçün heç bir tədbir görülməmişdir. Bu isə öz növbəsində mineral və digər yataqların məhv edilməsinə, böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin və içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olmuşdur.

Bunlarla yanaşı işğalçı ölkənin yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuq kəskin azalmış, həmçinin bu çaylarda yaşayan canlılar kütləvi surətdə məhv olmuşdur.

Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçay Almaniyanın “Cronimet Holding” şirkətinin fəaliyyəti nəticəsində sənaye tullantıları ilə çirkləndirilmişdir. Çayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometrdir. Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantılarının, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa çaya axıdılması nəticəsində Oxçuçayda ağır metalların normadan dəfələrlə artıq olmasına səbəb olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlərin nəticələrinə görə çayda nikelin miqdarı 7, kadmiumun 5, dəmirin 4, mis-molibdenin isə 2 dəfə normadan artıq olub. Bu isə çay hövzəsində bioresursları, xüsusilə qiymətli növ olan farel balıqlarını kütləvi surətdə məhv etmiş, ekologiyamıza ciddi ziyan vurulmuşdur.

Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mütəmadi olaraq yanğınların törədilməsi ekoloji cinayətdir. Belə ki, yanğınların nəticəsində çox böyük həcmdə torpaq sahələri yararsız hala düşmüş, zəngin meşə fondu torpaqları məhv olmuş, yandırılan torpaq sahələrində mövcud olan flora və fauna nümunələri məhv edilmişdir.

Bu gün azad edilmiş bütün torpaqlarda -- şəhərlərdə, kəndlərdə indi monitorinqlər, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, ölkəmizə dəymiş ziyan hesablanır.

Ermənilərin və xarici şirkətlərin işğal altında olmuş ərazilərdəki meşə, çay, təbii sərvətlər, mədəni obyektlərə verdikləri ziyana görə cavab vermələrini, beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edən ölkə başçısı İlham Əliyev avqust ayının 16-da Birinci xanım Mehriban Əliyeva ilə Kəlbəcər rayonunda olarkən deyib: “Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər”.

30 il ərzində işğal olunmuş torpaqlarını 44 günə qaytaran dövlət beynəlxalq hüquq müstəvisində hüquqlarını müdafiə etməyə qadirdir. Lakin uzun illər işğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətlərinin amansızcasına hasilatı, təbiətinin, endemik nümunələrinin, flora və faunasının məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün yalnız ölkəmizin deyil, bütün digər dövlətlərin, beynəlxalq ətraf mühit fəallarının diqqət mərkəzində olmalıdır. Çünki, ətraf mühitin qorunması yalnız bir dövlətin sərhədləri ilə məhdudlaşmır.

Müxtəlif təbii komplekslərin unikallığını, bütövlüyünü və xüsusiyyətlərini qorumaq üçün ətraf mühitin hərəkətinə effektiv yardım.

  • Planetin bütövlükdə ekoloji davamlılığını pozmayan təbii ehtiyatların qanuni və məqbul istehlakının təmin edilməsi.

BMT Baş Assambleyası ilə müşahidəçi statusu alarkən, IUCN yalnız hökumətlərarası təşkilatlarla əməkdaşlıq edir, lakin resursları qorumaq üçün hər hansı bir birliklə dialoqa hazırdır.

Təşkilatın məqsədi

[redaktə | mənbəni redaktə et]

IUCN-in əsas məqsədi:

  • Növlərin itməsi və bioloji (növ) müxtəlifliyin azaldılması ilə mübarizə
  • Mövcud ekosistemlərin bütövlüyün qorunması
  • Resursların müdrik istifadəsinin monitorinqi

Təbiət və Təbii Sərvətlər Mühafizəsi Beynəlxalq Birliyi birgə səyləri birləşdirməyə və ətraf mühitin mühafizəsində mütərəqqi elmi biliklər tətbiq etməyə çalışır . Qəbul edilmiş beynəlxalq konvensiyaların həyata keçirilməsində IUCN müxtəlif ölkələrə milli strategiya, ekoloji tədbirlər və planlar hazırlamağa və tətbiq etməyə kömək edir.

IUCN Təbiətin Mühafizəsi üzrə Beynəlxalq İttifaqdır və bunlar daxildir:

IUCN üzvü olan təşkilatlar tərəfindən seçilən İttifaqın İdarəedici Şurasının fəaliyyətini əlaqələndirir. Birliyin işi altı komissiya çərçivəsində həyata keçirilir və əsasən könüllülər tərəfindən pulsuz olaraq həyata keçirilir. Assosiasiyanın fəaliyyət strategiyası və proqramı üzv təşkilatların hər dörd ilində düzəliş edilir. IUCN layihələri hökumətlərin, beynəlxalq fondların, müxtəlif assosiasiyaların və korporasiyaların, eləcə də İttifaqın üzvlərindən maliyyələşdirilir.

İUCN Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Birliyin çox istiqamətli işi bir neçə istiqamətdədir. Əsaslar bunlardır:

  • Planetin bioloji müxtəlifliyinin problemlərini vurğulamaq və onların həlli yollarını axtarmaq
  • Monitorinq və elmi tədqiqat
  • Dünya əhəmiyyətli təcrübəli mütəxəssislərin xəbərləri və məqalələrinin dərc edilməsi;
  • Qlobal əhəmiyyətli müxtəlif təbiət mühafizəsi tədbirlərinin, məsələn, Dünya Parkları Konqreslərinin təşkili və.s

Elmi Tədqiqtlar və Onların Oriyentasiyası

[redaktə | mənbəni redaktə et]

Təbiəti Qoruma üzrə Beynəlxalq İttifaq, növlərin müxtəlifliyini qoruyan və meşə fondlarının davamlı istifadəsini dəstəkləmək üçün mövcud olan elmi və praktik potensialı tətbiq etməyə çalışır.

Prioritet siyasət qərarlarının həyata keçirilməsində meşələrin mühafizəsi üçün ardıcıl siyasətin inkişafıdır. IUCN fəaliyyətləri meşə torpaqları ilə əlaqəli olan müxtəlif şirkətləri məsləhət görür. Torpaqların qorunması üzrə İttifaqın qəbul edilmiş proqramı planetin qorunması, bərpası və davamlılığı üçün işin koordinasiya edilməsini, lakin onlardan məqbul istifadə etməyi əlaqələndirir. Vaxt göstərdiyinə görə, fəal sahədə tədqiqatların nəticələrindən əldə olunan dərslər müxtəlif hökumət səviyyələrində siyasi qərarlar qəbul etməkdə istifadə olunur.

1991-ci ildə WWF və UNEP ilə birgə nəşr olunan Yerdəki davamlı yaşamaq strategiyasının aspektləri ilə bağlı iş, əhalinin ehtiyacları ilə yanaşı, ekoloji tələblər kimi məsələləri birləşdirən konkret layihələrə tətbiq olunan əsas meyarları əks etdirir.

İUCN İşləməsi

[redaktə | mənbəni redaktə et]

Assosiasiyanın fəaliyyətləri komissiyalar tərəfindən müəyyən edilmiş çərçivədə altı istiqamətdə aparılır:

  • Canlıların xilası. Bu Komissiya Qırmızı Siyahıları saxlayır, nəsli kəsilməkdə olan növlərin qorunması üçün tövsiyələr hazırlayır və tətbiq edir
  • Ətraf mühit hüququ haqqında. Ətraf mühit qanunvericiliyinin təbliği və qəbul edilməsi, ekoloji məqsədlər üçün lazım olan müasir hüquqi mexanizmlərin inkişaf etdirilməsini təşviq edir
  • Ekoloji, iqtisadi və sosial siyasətlər. Regional sosial-iqtisadi amillərə uyğun olaraq qəbul edilmiş siyasi məsələlərin həllində ixtisaslı ekspert yardımı təmin edir
  • Təhsil və kommunikasiya ilə. Qoruma və resursların davamlı istifadəsi üçün kommunikasiyanın istifadəsi üçün strategiyalar hazırlanır
  • Ekosistemlərin idarə edilməsi. Təbii (təbii) və süni şəkildə yaradılmış ekosistemlərin idarə edilməsini qiymətləndirir
  • Qorunan sahələr üzrə Dünya Komissiyası

Təbii ehtiyatlar

Ekologiya

Təbiət

  1. "Təbiət Və Təbii Sərvətlər Mühafizəsi Beynəlxalq Birliyi (IUCN). Təbiətin Qorunması Üzrə Beynəlxalq İttifaqın Qırmızı Kitabı". https://az.unansea.com/t%C9%99bi%C9%99t-v%C9%99-t%C9%99bii-s%C9%99rv%C9%99tl%C9%99r-muehafiz%C9%99si-beyn%C9%99lxalq-birliyi-iucn-t%C9%99bi%C9%99tin-qorunmasi-uezr%C9%99-beyn%C9%99lxalq-i%CC%87ttifaqin-qirmizi-kitabi/ (Azərbaycan). (#cite_web_url); (#accessdate_missing_url)
  2. http://anl.az/down/meqale/azerbaycan/2014/yanvar/346251.htm (Azərbaycan). Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının Nayrobidəki mənzil-qərargahında olmuşdur. (#cite_web_url); (#accessdate_missing_url)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]