Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanı

Birminqem-Şattlsvort beynəlxalq hava limanı
Xəritə

33°33′50″ şm. e. 86°45′08″ q. u.HGYO


IATA: BHMICAO: KBHMFAA LID: BHM
WMO: 72228
Məlumat
Hava limanı tipi İctimai
Ölkə
Açılış tarixi 1931
Sahibkar Birminqem şəhəri
Operator Birminqem Hava Limanı İdarəsi
Dəniz səviyyəsindən
hündürlüyü
650 ft / 198 m
Xəritə
BHM (Alabama)
BHM
Hava limanının Albama xəritəsində yeri
Uçuş-enmə zolaqları
İstiqamət Uzunluq Səth
ft m
6/24 11,998 3,657 Asfalt
18/36 7,099 2,164 Asfalt
Statistika (2015)
Minik1,325,891
Təyyarə əməliyyatları90,002
Bazalaşmış təyyarə206
Mənbələr : FAA[1][2]
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birminqem-Şattlsvort beynəlxalq hava limanı (ing. Birmingham-Shuttlesworth International Airport) (BHNA: BHM[3], BMAT: KBHM, FAA yer identifikatoru: BHM) - ABŞ-nin Alabama ştatının Birminqem şəhərinə və Taskalusa daxil olmaqla şəhərin metropoliten ərazisinə xidmət edən mülki-hərbi hava limanı. Əvvəllər Birminqem Bələdiyyə Hava Limanı, daha sonra Birminqem Beynəlxalq Hava Limanı adı ilə fəaliyyət göstərmişdir. Hava limanı Cefferson qraflığında, Birminqem şəhər mərkəzindən 5 mil (8.0 km) şimal-şərqdə,[1] I-20I-59 yollarının kəsişməsinin yaxınlığında yerləşir.

Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanı 40 şəhərdə yerləşən 43 havalimanına 136 uçuş daxil olmaqla gündə ortalama 301 təyyarə əməliyyatı həyata keçirir.[1][4] Hava limanı 2014-cü ildə 2,598,428 sərnişinə xidmət etmiş və Alabama ştatında sərnişin həcminə görə ən böyük və ən işlək hava limanı olmuşdur.[5]

Aerodrom bütün növ təyyarələri qəbul edə bilir. Əsas uçuş-enmə zolağı 12,002 fut (3,658 m) uzunluğundadır.[6] İkinci uçuş-enmə zolağı isə 7,100 fut (2,200 m) uzunluğundadır. II kateqoriyalı alətli enmə sistemi (AES) görüş məsafəinin 400 metrdən az olduğu hallarda belə əməliyyat etməyə imkan verir.

2008-ci ilin iyul ayında hava limanına Fred Şattlsvortun adı verilmişdir.

Cənub Uçuş Muzeyi şimal-cənub uçuş-enmə zolağının şərq tərəfində, Birminqem Hava Limanı İdarəsinin ərazisində yerləşir.

Birminqem Hava Limanının havadan görünüşü, 1951-ci il mart ayı

Birminqemdə kommersiya məqsədli hava xidməti St. Tammy and Gulf Coast Airways tərəfindən Birminqemin qərbində yerləşən Roberts Filddən Atlantadan Nyu-Orlean istiqamətində olan reys üstündə başlamışdır.[7] Delta Air Service 1929-cu illin sonlarında Dallasdakı Dallas Lav Filddən 6 nəfərlik Travel Air tipli təyyarə ilə uçuşlara başlamışdır.[8] American Airways (indiki American Airlines) Atlanta-Fort-Uort reysinin açdığı vaxt Birminqem bura daxil etmədi, çünki onların istifadə etdiyi Ford Tri-Motor tipli təyyarələr Roberts Fildə enə bilmirdilər. Bu səbəbdən Birminqem indiki Birminqem-Şattlsvort Beynəlxalq Hava Limanının tikintisinə başladı.[9]

Hava limanı tərkibində iki mərtəbəli, ağ, qriqori üslubunda tikilmiş terminal və bir şərq-qərb uçuş-enmə zolağından ibarət olaraq 31 may 1931-ci ildə açıldı.[10][11] İndi 1931-ci ildəki terminal qalıqları görünmür. 1931-ci ildə American Airlines və 1934-cü ildə Eastern Airlines hava nəqliyyatı əməliyyatlarını artırması ikinci uçuş-enmə zolağının mümkünlüyünə zəmanət verdi.[9]

İkinci dünya müharibəsi vaxtı hava limanı milli müdafiəni dəstəkləmək məqsədi ilə illik 1 $ qarşılığında Amerika Birləşmiş Ştatları Ordusu Hava Qüvvələrinə icarəyə verildi. Birminqem Hərbi Aerodromu 310-cu Ordu Hava Qüvvələri Baza Dəstəsinin tabeliyində 3-cü Hava Qüvvələrinin tərkibində qırıcı baza kimi fəaliyyət göstərirdi. Ordu Hava Qüvvələri xeyli torpaq satın alınması, əlavə yönəldici yolların asfaltlanması, nəzarət qülləsinin və terminalın cənubunda təyyarə modifikasiya mərkəzinin (ind Pemco tərəfindən idarə olunur) tikintisi ilə hava limanını inkişaf etdirdi.[9]

Hava limanı şəhərin tabeçiliyinə qayıtdıqdan sonra 1948-ci ilin avqust ayında Southern Airways xidmətə başladı.[9] 1951-ci ilin martında 5/23 (indiki 6/24) və 18/36 uçuş-enmə zolağı, 5/23 uçuş-enmə zolağının şimalında (45/225 dərəcədə) və cənubunda (85/265 dərəcədə) da bir uçuş-enmə zolağı olmaqla dörd uçuş-enmə zolağı mövcud idi. Uçuş-enmə zolaqlarının uzunluğu 4,000 fut (1,200 m) - 5,500 fut (1,700 m) arasında idi. 45/225 dərəcədə mövcud olmuş uçuş-enmə zolağının indi böyük hissəsi dağıdılmış, qalan hissəsi isə Alabama Hava Milli Qvardiyası binasının yaxınlığında F taksiyolu ilə kəsişmədə qalır və hava limanı avadanlıqları və vertolyotların enməsi və parklanması üçün istifadə olunur. 85/265 dərəcədə mövcud olmuş uçuş-enmə zolağının da indi böyük hissəsi dağıdılmış, qalan hissələri ilə isə A5 taksiyolu və 18/36 uçuş-enmə zolağının şərqində F taksiyolu inşa edilmişdir.[10][12]

1959-cu ildə 5/23 uçuş-enmə zolağı 10,000 fut (3,000 m) uzunluğunda idi və Capital Airlines Britaniya istehsalı Vickers Viscount təyyarələri ilə xidmətə başladı. İlk planlaşdırılmış jet uçuşları 1961-ci ildə Delta hava yolları tərəfindən ATL-BHM-MSY-LAX və əks istiqamətdə təşkil edildi.

Hava yolları və uçuş nöqtələri

[redaktə | mənbəni redaktə et]
Hava yolu şirkəti Uçuş nöqtəsi Concourse
American Eagle Charlotte, Dallas/Fort Worth, Miami, Philadelphia, Washington-National B
Delta Air Lines Atlanta A
Delta Connection Atlanta, Detroit, New York-LaGuardia A
Southwest Airlines Baltimore, Chicago-Midway, Dallas-Love, Houston-Hobby, Las Vegas, Orlando–MCO, Tampa C
United Express Chicago-O'Hare, Denver, Houston-Intercontinental C
Hava yolu şirkəti Uçuş nöqtəsi Concourse
Bahamasair Seasonal: Freeport B
Vacation Express
operated by Aeroméxico
Seasonal: Cancún A
Hava yolu şirkəti Uçuş nöqtəsi
FedEx Express Memphis
UPS Airlines Louisville
  1. 1 2 3 FAA Airport Master Record for BHM (Form 5010 PDF). Federal Aviasiya Administrasiyası. Effective November 15, 2012.
  2. FAA CY Preliminary CY 2015 Passenger Boarding and All-Cargo Data http://www.faa.gov/airports/planning_capacity/passenger_allcargo_stats/passenger/ Arxivləşdirilib 2017-12-06 at the Wayback Machine
  3. "IATA Airport Code Search (BHM: Birmingham)". Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası. July 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 13, 2013.
  4. "Non-Stop and Direct Flights". Birmingham Airport Authority. 2016-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-25.
  5. "Birmingham International Airport sets passenger record for 2007 of 3.2 million". AL.com. Alabama Media Group. 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-26.
  6. FAA Airport Diagram (PDF), qüvvədədir : 31 oktyabr, 2024.Federal Aviasiya Administrasiyası.
  7. Dodd, Don "Birmingham Aviation: From Fairgrounds Air Shows to the Southern Museum of Flight”, Alabama Review, January 2004.
  8. "Delta Air Lines". New Georgia Encyclopedia. 2013-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-30.
  9. 1 2 3 4 "75th Anniversary Timeline". Birmingham Shuttlesworth International Airport. 2013-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-30.
  10. 1 2 "Birmingham International Airport 1951". 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-30.
  11. "Birmingham International Airport 1967". 2011-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-30.
  12. Federal Aviation Administration Airport Diagram, Birmingham International (BHM), SE-4, June 5, 2008