Bişbülək rayonu

Rayon
Bişbülək rayonu
Бишбүләк районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

53°41′28″ şm. e. 54°16′20″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi 2133,90[1] km²
Hündürlük
311 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 22.134 nəf. (2021)[2]
Rəsmi sayt
Bişbülək rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bişbülək rayonu (başq. Бишбүләк районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.

Rayonun inzibati mərkəzi Sterlibaşev kəndidir.

Coğrafi yerləşməsi

[redaktə | vikimətni redaktə et]

Başqırdıstanın cənub-qərbində yerləşir. Rayonun ərazisi 2134 km² təşkil edir. İqlimi mülayim kontinental və rütübətlidir. Ərazisində neft (Şkapovskoye, Demskoye, Sataevskoye, Aznakaevskoye yataqları), kirəçdaşı (Çulpan), qum, qum-çınqıl qarışığı (Çulpan), gil (Aitovskoye) çıxarılır. Bölgənin şimal-qərbindən İk çayı başlayır, cənubdan isə Dyoma çayı axır. Sterlya, Urşak, Tyater və Kundryak çayları axır. Başdan-başa qara torpaqla örtülü olsa da, talalar şəklində olsa da tünd boz meşə torpaqlarına rast gəlinir. Meşələr ərazisinin 11 % əhatə edir.

Bişbülək rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. 1963-cü il fevralın 1-də rayon ləğv edilmiş, ərazisi Bələbəy rayonuna hissəsi olmuşdur. 13 yanvar 1965-də yenidən təşkil olmuşdur.

Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Bişbülək rayonu ərazisin milli tərkibi: çuvaşlar — 35,3 %, tatarlar — 26,1 %, başqırdlar — 22 %, ruslar — 11,8 %, mordvalılar — 3,6, digər millər — 0,9 %[3] Hər km² 13 nəfər düşür (2010).

Milli tərkibi:

İl başqırdlar tatarlar ruslar çuvaşlar
1970 8,0 % 31,4 %
1989 10,4 % 35,0 %
2002 21,5 % 26,3 % 11,0 % 35.7 %
2010 22 % 26,1 % 11,8 % 35.3 %

İnzibati-ətazi vahidləri

[redaktə | vikimətni redaktə et]

13 kənd inzibati vahidliyinə 86 yaşayış məntəqəsi daxildir[4] 2015-ci ildə yeni inzibati yaşayış məntəqəsi olan Tumaş kəndi təşkil edilmişdir[5].

İqtisdadiyyatın əsasını Aqrar sahə tutur. Taxıl, şəkər çuğunduru, günəbaxan və yem bikilərinin əkini, maldarlıq (süd və ət istiqaməti), donuzçuluq və qoyunçuluq üzrə ixtisaslaçmışdır. Arıçılıq inkişaf etmişdir.

Ərazisindən Samara - Çelyabinsk dəmir yolun keçir. Bələbəy, Tuymazı, Ufa istiqamətində avtomobil yolu keçir.

Rayon ərazisində 46 ümumtəhsil mərkəzi, 14 orta məktəb, musiqi məktəbi, peşə uçilişi, 31 kütləvi kitabxana, 45 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada rus, tatar və başqırd dillərində müvafiq olaraq «rus. Светлый путь» — «tatar. Якты юл» — «başq. Сута сул» adlı qəzetlər buraxılır.

Tanınmış şəxsləri

[redaktə | vikimətni redaktə et]
  • Kərim Abdraufoviç Xakimov - diplomat, Səudiyyə Ərəbistanı Krallığında SSRİ-nin ilk səlahiyyətli nümayəndəsi.
  1. "Республика Башкортостан. Общая площадь земель муниципального образования". 2020-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-16.
  2. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
  4. "Закон Республики Башкортостан «Об изменениях в административно-территориальном устройстве Республики Башкортостан в связи с объединением отдельных сельсоветов и передачей населённых пунктов» (Принят Государственным Собранием — Курултаем Республики Башкортостан 18 ноября 2008 года)". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-16.
  5. "Закон Республики Башкортостан от 4 декабря 2015 года N 302-З «О внесении изменения в статью 2 закона Республики Башкортостан „О границах, статусе и административных центрах муниципальных образований в Республике Башкортостан"»". 2016-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-16.