Bluetooth Low Energy

Bluetooth Low Energy, həmçinin Bluetooth LE, əvvəllər Bluetooth Smart[1] — səhiyyə, fitness, mayaklar,[2] təhlükəsizlik və ev əyləncəsi[3] sahələrində yeni tətbiqlərə yönəlmiş, "Bluetooth Special Interest Group" (Bluetooth SIG)[4] tərəfindən dizayn edilmiş və bazara çıxarılmış simsiz şəxsi şəbəkə texnologiyası. Klassik "Bluetooth"dan müstəqildir və uyğunluğu yoxdur, lakin "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) və LE birlikdə mövcud ola bilərlər. Orijinal spesifikasiya "Nokia" tərəfindən 2006-cı ildə "Wibree" adı altında işlənib hazırlanmışdır. 2009-cu ilin dekabrında "Bluetooth Low Energy" adı ilə "Bluetooth 4.0"a inteqrasiya edilmişdir.

Klassik "Bluetooth" ilə müqayisədə "Bluetooth Low Energy" oxşar rabitə diapazonunu qoruyur. Bu, əhəmiyyətli dərəcədə azaldılmış enerji istehlakı və xərci təmin etmək üçün nəzərdə tutulmuşdur. iOS, "Android", "Windows Phone" və "BlackBerry", həmçinin "macOS", "Linux", "Windows 8", "Windows 10" və "Windows 11" daxil olmaqla mobil əməliyyat sistemləri lokal olaraq "Bluetooth Low Energy"ni dəstəkləyirlər.

"Bluetooth Low Energy" əvvəlki (çox vaxt "klassik" adlanır) "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) protokolundan fərqlidir, lakin iki protokolun hər ikisi bir cihaz tərəfindən dəstəklənə bilər. "Bluetooth 4.0" spesifikasiyası cihazlardan hər hansı birini, ya da LE və BR/EDR sistemlərinin hər ikisini həyata keçirməyə icazə verir.

"Bluetooth Low Energy" klassik "Bluetooth" ilə eyni 2,4 GHz radio tezliklərindən istifadə edir. Bu, ikili rejimli cihazlara bir radio antenasını paylaşmağa imkan verir, lakin daha sadə modulyasiya sistemindən istifadə edir.

Əvvəllər istifadə edilmiş Bluetooth Smart loqosu

2011-ci ildə "Bluetooth SIG" yeni aşağı enerji cihazları və digər "Bluetooth" cihazları arasında uyğunluğu aydınlaşdırmaq üçün "Bluetooth Smart" loqosunu elan etmişdir.[5]

  • "Bluetooth Smart Ready" həm klassik, həm də aşağı enerjili periferiyalara uyğun olan ikili rejimli cihazı göstərir.[6]
  • "Bluetooth Smart" işləmək üçün "Smart Ready" və ya başqa ağıllı cihaz tələb edən yalnız enerjisi az olan cihazı göstərir.

"Bluetooth SIG" 2016-cı ilin may ayında "Bluetooth SIG" brendinqi məlumatının verilməsi ilə "Bluetooth Smart" və "Bluetooth Smart Ready" loqolarını və söz işarələrini mərhələli şəkildə ləğv etməyə başlamışdır. Qurum yeni mavi rəngdə "Bluetooth" loqosu və söz işarəsindən istifadə etməyə qayıtmışdır.[7]

  1. "Bluetooth Smart or Version 4.0+ of the Bluetooth specification". bluetooth.com. 2017-03-10 tarixində orijinalından arxivləşdirilib.
  2. "beacons". 24 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 November 2014.
  3. "bluetooth.com: Bluetooth Smart". bluetooth.com. 2014-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-21.
  4. Gomez, Carles; Oller, Joaquim; Paradells, Josep. "Overview and Evaluation of Bluetooth Low Energy: An Emerging Low-Power Wireless Technology". Sensors (ingilis). 12 (9). 2012-08-29: 11734–11753. Bibcode:2012Senso..1211734G. doi:10.3390/s120911734. ISSN 1424-8220. PMC 3478807.
  5. "Bluetooth SIG Extends Bluetooth Brand, Introduces Bluetooth Smart Marks" (Press-reliz). Bluetooth SIG. 24 October 2011. 3 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  6. "Bluetooth Smart Marks FAQ". Bluetooth SIG. 24 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  7. "Brand Your Product – Bluetooth Technology Website". bluetooth.com. 2017-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-21.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]