Bobbi Vinton ing. Bobby Vinton | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kanonsburq, Pensilvaniya, ABŞ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor |
Fəaliyyət illəri | 1959—h/h |
Janr | pop-musiqi |
Albom şirkətləri | Epic, ABC, Ahed, Tapestry, Curb |
Mükafatları | |
bobbyvinton.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bobbi Vinton, əsl adı Stenli Robert Vintula (ing. Bobby Vinton, Stanley Robert Vintula Jr.; d. 16 aprel 1935) — polyak əsilli amerikalı estrada müğənnisi. 1962-1964-cü illərdə ifa etdiyi sentimental "Roses Are Red (My Love)", "Blue Velvet", "There! I’ve Said It Again" və "Mister Lonely" balladaları Billboard Hot 100-də ilk yerlərdə qərarlaşdığı vaxt şöhrət qazanmışdır.
Bobbi Pensilvaniya ştatında, öz kumiri olan Perri Komo ilə eyni şəhərdə dünyaya gəlmişdir. Özünün vizit kartına çevrilən "Blue Velvet" mahnısını isə Toni Bennetin repertuarından götürmüşdür.
1964-cü ildə Vintonun eyniadlı albomuna daxil olan "There! I’ve Said It Again" mahnısı, Beatles qrupunun ABŞ-dakı ilk sinqlı olan "I Want to Hold Your Hand" tərəfindən çartların ilk pilləsindən sıxışdırılıb çıxarıldı. 1962-1972-ci illərdə "Billboard" jurnalının çartlarında Vintonun 28 mahnısı yer almışdı, o cümlədən məşhur "Sealed with a Kiss". Həmçinin, Vinton 2 vesterndə rol almış və Con Ueynin tərəf müqabili olmuşdu. 1974-cü ildə "Melody of Love" mahnısı ilə milli hit-paradda 3-cü yerədək qalxdı.