Rayon | |||||
Boray rayonu | |||||
---|---|---|---|---|---|
Борай районы | |||||
|
|||||
55°50′33″ şm. e. 55°24′20″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 1.820 km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Boray rayonu (başq. Борай районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayonun inzibati mərkəzi Boray kəndidir. Ufadan 52 km aralıda yerləşir.
Başqırdıstanın şimal-qərbində yerləşir. Ərazisi şimal meşə-çöl zonasına daxildir. Rayonun ərazisi 1820 km² təşkil edir. Ərazisindən qum, əhəng daşı, kərpiç xammalı, neft çıxarılır. İqlimi kontinental, orta rütubətlidir. Ərazisinin böyük hissəsini eynli yarpaqlı meşələr tutur. İynəyarpaqlı meşələr isə cəmi 17 % ərazisini əhatə edir. Torpaqları qara və boz meşədir.
1919—1930-cu illər Börö kantonuna daxil idi. Boray rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir. Hər km² 16 nəfər düşür.
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Alışeevski rayonu ərazisin milli tərkibi: başqırdlar — 69,5 %, tatarlar — 21,8 %, udmurdlar — 4,3 %, ruslar — 2,1 %, marilər — 1,8 %, digər millər — 0,5 %[2]. Hər km
Milli tərkib:
İl | başqırdlar | tatarlar | udmurdlar |
---|---|---|---|
1970[3] | 62,1 % | 26,1 % | |
1979[3] | 73 % | 16 % | |
1989[3] | 39,5 % | 59,8 % | |
2002[4] | 81,4 % | 9,5 % | 5,2 % |
2010 | 69,5 % | 21,8 % | 4,3 % |
Rayonda 13 kənd inzivati vahidliyinə 95 yaşayış məntəqəsi daxildir[5].
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. İstehsalın 85 % kənd təsərrüfatının payına düşür. Ərazisinin 81 % kənd təsərrüfatına cəlb olunmuşdur. Kənd təsərrüfatının taxılçılıq, kartoxçuluq, ətlik-südlük heyvandarlıq və donuzçuluq inkişaf etmişdir
Avtomobil əlaqəsi Ufa — Yanaul magistralı ilə təmin edilir.
Rayon ərazisində 25 ümumtəhsil mərkəzi vardır ki bununda 11 orta məktəbdir. Burada 3 kənd xəstəxanası, 34 kütləvi kitabxana, 73 klub fəaliyyət göstərir. Tatar dilində «Alqa» Arxivləşdirilib 2010-03-09 at the Wayback Machine qəzeti buraxılır.