Bratso Dimitriyeviç

Bratso Dimitriyeviç
bosn. Braco Dimitrijević
Doğum tarixi 18 iyun 1948(1948-06-18)[1][2][…] (76 yaş)
Doğum yeri
Fəaliyyəti fotoqraf, vizual incəsənət rəssamı
Stil konseptualizm
bracodimitrijevic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Slobodan "Bratso" Dimitriyeviç (bosn. Braco Dimitrijević;18 iyun 1948[1][2][…], Sarayevo) ― konseptualizm üslubunda çəkən Bosniya rəssamı. Əsərləri əsasən tarixə və insanın tarixdəki yerinə həsr edilib. Fransanın Paris şəhərində yaşayır və çalışır.

1985-ci ildə Teyt qalereyasında da daxil olmaqla 1970-ci illərdən bəri beynəlxalq sərgilərdə iştirak etmişdir. O, Documenta (1972, 1977 və 1992) və Venesiya biennalında (1976, 1982, 1990, 1993 və 2009) iştirak etmişdir. Onun əsərləri Teyt qalereyası, Nyu-York Müasir İncəsənət MuzeyiPompidu Mərkəzi kimi müxtəlif yerlərdə saxlanılır.[3][4]

İlk illəri və əsərləri

[redaktə | mənbəni redaktə et]

18 iyun 1948-ci ildə o vaxtı Yuqoslaviyanın tərkib hissəsində olan Bosniya və Herseqovinın Sarayevo şəhərində anadan olmuşdur. Atası Yuqoslaviyanın ən məşhur müasir sənətkarlarından biri olan rəssam Voyo Dimitriyeviç idi. O, 5 yaşında rəsm çəkməyə başladı və 1957-ci ildə "Filmske Novosti "("Kino Xəbərləri") adlı televiziya şousunda iştirak etdi.[5] Onun ilk konseptual əsəri 1963-cü ilə təsadüf edir.

O, təhsilini Zaqreb İncəsənət Universitetində davam etdirdi və 1971-ci ildə oranın məzunu oldu. Daha sonra 1971-1973-cü illərdə Londonun Müqəddəs Martin İncəsənət Məktəbində təhsil aldı.

1976-cı ildə erkən işinin nəzəri əsasını təşkil edən "Tractatus Post Historicus" əsərini yazdı.

Təsadüfi yoldan keçənlər

[redaktə | mənbəni redaktə et]

1970-ci illərdə Dimitriyeviç diqqəti özünə "Təsadüfi yoldan keçənlər" (ing. Casual Passers-by) şəkillər seriyasına başladığı zaman çəkdi. Əsərdə Avropanın və ABŞ-nin müxtəlif şəhərlərində binalara və lövhələrə asılmış gündəlik insanların çox böyük yaxınlıqdakı foto portretləri yer alıb. Sonra görüşdüyü digər insanların şərəfinə xatirə lövhələri hazırlamağa davam etdi. Lusio Amelionun "Terrae Motus" kolleksiyası üçün hazırladığı[6] iş haqqında belə söyləmişdir: "Küçədə gördüyüm ilk adamı saxladım, işimin nə olduğunu ona izah etdim və sonra mənim əsərlərimin fotomodeli olmasını istədim".[7]

Heyvanları və sənəti birləşdirən 1980-ci illərdəki işi 1998-ci ildə Paris zooparkında sərgidə göstərildi, əsərləri görmək üçün sərgini bir milyondan çox insan ziyarət etmişdir.

"Triptychos Post Historicus" instalyasiyalarına köhnə və ya müasir ustadların gündəlik əşyalar və meyvələrlə/tərəvəzlərlə birləşdirilmiş əsərləri daxildir. Bu cür instalyasiyaların sayı 500-dən çoxdur. Teytdəki sərgini ziyarət edən bir şəxs sözügedən rəsmlərin nüsxə deyil, orijinal olduğunu başa düşdükdə mübahisələr yarandı və o, "The Times" qəzetinə bildirdi, sonuncu isə bu barədə məqalə yazdı.[8]

2017: Braco Dimitrijević. Retrospektiva, Müasir İncəsənət Muzeyi, Zaqreb, Xorvatiya

2016: Braco Dimitrijević: Retrospective, GAM – Galleria Civica d’Arte Moderna e Contemporanea, Turin, İtaliya

2016: Braco Dimitrijević – My Berlin Years, Daniel Marzona, Berlin, Almaniya

2014: Early London Years 1971 – 1979, MOT International, London, Birləşmiş Krallıq

2013: Braco Dimitrijević, National Art Gallery Sofia, Sofiya, Bolqarıstan

2012: Sailing to Post-History, Latviya Milli İncəsənət Muzeyi, Riqa, Latvia

2011: Louvre is my Studio, Street is my Museum, White Box, Nyu-York, ABŞ

2011: Braco Dimitrijević, Musée National d’Histoire et d’Art, Lüskemburq, Lüskemburq

2009: Future Post History, Collateral Event 53rd Venice Biennial, Ca’ Pesaro, Galleria Internazionale d’Arte Moderna, Venesiya, İtaliya

2009: Louvre is my studio, street is my museum, Musée d’Art moderne de Saint-Etienne, Sent-Etyen, Fransa

2008: Braco Dimitrijević: Retrospective Exhibition, Ludwig Museum – Museum of Contemporary Art, Budapest, Hungary

2008: Louvre is my Studio, Street is my Museum, National Museum of Contemporary Art (MNAC), Buxarest, Rumıniya

2005: Triptychos Post Historicus, Musée d’Orsay, Paris, Fransa

2005: Braco Dimitrijević, Dövlət Rus Muzeyi, Sankt-Peterburq, Rusiya

2005: Braco Dimitrijević, Mudima – Fondazione per l´Art Contemporanea, Milan, İtaliya

2004: Braco Dimitrijević, Museum of Modern Art Dubrovnik, Dubrovnik, Xorvatiya

2000:Triptychos Post Historicus, Pori Taidemuseo / Pori İncəsənət Muzeyi, Pori, Finlandiya

1996: Braco Dimitrijević, Kunsthalle Düsseldorf, Düsseldorf, Almaniya

1995: Braco Dimitrijević: against historic sense of gravity, Hessisches Landesmuseum Darmstadt, Darmştadt, Almaniya

1994: Braco Dimitrijević: slow as light, fast as thought, Museum Moderner Kunst Stiftung Ludwig, Vyana, Avstriya

1987: Braco Dimitrijević – für Malewitsch, Mondrian, Einstein, Wilhelm Hack Museum, Ludviqshafen, Almaniya

1987: Triptichos Post Historicus, Le Consortium, Dijon, Fransa

1984: Culturescapes. 1976 – 1984, Kunstmuseum Bern, Bern, Switzerland / Lüdviq muzeyi, Köln, Almaniya

1979: Photographs and Installations, Institute of Contemporary Arts, London, Birləşmiş Krallıq

1975: Braco Dimitriyeviç, Städtisches Museum Abteiberg, Mönxenqladbax, Federal Republic of Almaniya

1974: Braco Dimitriyeviç, Zaqreb Müasir İncəsənət Universiteti, Zaqreb, keçmiş Yuqoslaviya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Braco Dimitrijević // The Fine Art Archive. 2003.
  2. 1 2 Delarge J. Braco DIMITRIJEVIC // Le Delarge (fr.). Paris: Gründ, Jean-Pierre Delarge, 2001. ISBN 978-2-7000-3055-6
  3. "Arxivlənmiş surət". 2012-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  4. "Catalogues en ligne". 2009-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-06.
  5. "Arxivlənmiş surət". 2011-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  6. "Terrae Motus virtual exhibition". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.
  7. A cura di Livia Velani, Ester Coen, Angelica Tecce. Terrae Motus, La collezione Amelio alla Reggia di Caserta. Milano: Skira editore. 2001. səh. 163. ISBN 88-8491-066-8.
  8. "Arxivlənmiş surət". 2011-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-28.