Sturmpanzer IV Brummbär | |
---|---|
| |
Tipi | Hücum topu |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1943 |
İstifadə edilən döyüşlər | İkinci dünya müharibəsi |
Xüsusiyyətləri | |
Ağırlığı | 28.2 ton |
Zireh | 100 mm ön tərəfində |
Mühərrik | Maybach HL120TRM1 benzinli 296 a.g. (at gücü) (220 kW (kilowatt)) |
Əsas silah | 1 ədəd 15sm (150 mm) StuH 43 L/12 topu |
Köməkçi silah | 1 ədəd MG-34 pulemyotu |
Uzunluğu | 5.9 m |
Eni | 2.88 m |
Hündürlüyü | 2.5 m |
Ekipaj | 5 nəfər (sürücü-mexanik, tank komandiri, silahçı, 2 yükləyici) |
Vikianbarda əlaqəli mediafayllar |
Sturmpanzer IV (Hücum tankı IV) ya da Sturmpanzer 43, İkinci dünya müharibəsi dövründə Almaniya Ordusu tərəfindən istifadə olunan Panzer IV tanklarının şassilərinin üzərlərində inşa edilmiş döyüşlərdə piyada birliklərini dəstəkləyən hücum topudur. Müttəfiqlərin kəşfiyyat birlikləri ona Brummbär (boz ayı) ləqəbini vermişdilər. Nasist Almaniyasının əsgərləri isə ona qısaca olaraq Stupa deyirdilər. Texnikanın Nasist Almaniyasının arsenalında olan adı Sd.Kfz. 166 olmuşdur. (Xüsusi məqsədlər üçün yaradılmış texnika 166) Maksimum sürəti saatda 40 km saat olan Brummbär 210 km-lik döyüş radiusuna malik olub.