Burqasın ruhu | |
---|---|
Spirit of Burgas | |
Janr | Rok Electronika Hip hop Latin Amerika musiqisi |
Yer | Bolqarıstan Burqas |
Keçirildiyi illər | 2008-2013 və 2015 |
Tamaşaçı sayı | maks. 47000 2015-ci ildə |
Vikianbarda əlaqəli mediafayllar |
Burqasın ruhu (ing. Spirit of Burgas) – Bolqarıstanın Qara dəniz sahilindəki Burqas şəhərində keçirilən yay musiqi festivalı. Festivalın ilk təşkili 15-17 avqust 2008-ci il tarixində baş tutdu və o vaxtdan bəri populyarlığı əhəmiyyətli dərəcədə artaraq Avropanın ən görkəmli yay festivallarından birinə çevrildi.[1] Festivalın təşkilatçıları və sponsorları arasında 2008-ci ilin sentyabrında festivalla bağlı iki xüsusi veriliş yayımlayan MTV Europe, eləcə də Tuborg, Mobiltel, Jack Daniel's, Jacobs və DSK Bank var.
Festival məkanı Burqas dəniz bağçası adlanan yerin cənub hissəsində qərarlaşmışdı. Bura Burqasın mərkəzi çimərlik ərazisi də daxil idi. Əsas səhnə və bəzi digər səhnələr birbaşa qumun üzərində açıq səma altında qurulurdu.
2008-ci ildə festivalın ilk açılışında əsas səhnədə The Sisters of Mercy, Hot Club de Paris, Asian Dub Foundation, Pharoahe Monch, Upsurt, Cradle of Lith, Kosheen və Bonobo kimi bir sıra Avropada populyar ifaçılar çıxış ediblər. Əsas səhnə ilə yanaşı, ayrı-ayrı rəqs, rok, DJ və Latino səhnələri də həm tanınmış, həm də həvəskar sənətkarları təqdim edirdi. Səhnələrdə məşhur artistlər arasında Kris Liebinq, Groove Armadadan Endi Kato, Pendulum və Deep Zone Project var idi.
Festivalın ikinci təşkili 14-16 avqust 2009-cu ildə baş tutdu və Faith No More, The Crystal Method, Clawfinger, Dreadzone, LTJ Bukem, Sub Focus və başqa Avropa ifaçıları və musiqi qrupları ilə yanaşı Avstraliyanın rok qrupu The Monicans var idi.[2]
2010-cu il buraxılışı 13-15 avqust tarixlərində baş tutdu. System of a Down qrupu və başlıca olaraq bu qrupun solisti Serj Tankyan, Gorillaz virtual musiqi qrupu kimi ifaçı və musiqi qrupları həmin il festivalın səhnələrində çıxış etdilər. [3]
2011-ci ildə festival 12-14 avqust tarixlərində baş tutdu. Moby, Gotan Project, Deftones və başqaları festivalda yer aldılar.[4]
2012-ci ildə festival 3-5 avqust tarixlərində baş tutdu. Həmin il festival rok, rəqs, dünya və latın musiqi janrlarını əhatə edən 5 mərhələdən ibarət olub.
Festivalın 2013-cü il təşkili 27-28 iyul tarixlərində baş tutdu. Hər il avqust ayında keçirilən festival 2013-cü ildə ənənəsindən çıxaraq geriyə iyul ayına köçürüldü. Təşkilatçıların sözlərinə görə, bu, festivalda çıxış edəcək musiqi qruplarının Avropa qastrolları ilə üst-üstə düşməməsi üçün edilib. İfa edən sənətçilər arasında Wu-Tang Clan, ZAZ və digər sənətçilər var idi.[5][6]
Festival 2014-cü ildə ləğv edildi. 2014-cü ilin aprelində festivalın direktoru verdiyi müsahibədə bunu maliyyə çətinlikləri ilə izah etdi.[7]
Lakin 2015-ci ildə festivalın təşkili yenidən bərpa olundu və həmin il 7 və 8 avqust tarixlərində iki gecə keçirildi. 27 yerli bolqar və xarici ifaçı, o cümlədən DJ-lər dəvət olunmuşdu. 17 Mart 2015-ci ildə Robbi Vilyamsın festivalda çıxış edəcəyi artıq elan edilmişdi.[8] Festivalın digər ifaçıları haqqında reklam 19 iyunda elan edildi.[9] 2015-ci ildə festivalda 47000-ə yaxın insan iştirak edib. Bu, "Spirit of Burgas"ın o zamana qədər toplaya bildiyi ən yüksək tamaşaçı sayı hesab olunur.[10]
3 sentyabr 2015-ci il tarixində festivalın növbəti 2016-cı ildə 3 gün keçiriləcəyi elan edilsə də,[11] 31 yanvar 2016-cı ildə Burqas Bələdiyyəsinin festival direktoru radioya müsahibəsində bildirdi ki, Bolqarıstan promouterləri arasında bu festivala maraq olmaması səbəbindən onun təşkili artıq dayandırılıb.[12] "Burqasın ruhu" fəaliyyətini dayandırsa da, festival Avropada Burqas şəhərini çox populyar etməsi orada hər il müxtəlif festivalların təşkil olunmasına gətirib çıxartdı.[13][14]