Buxarest doqquzluğu B9, Б9, Б9 | |
---|---|
![]() | |
Yaranma tarixi | 4 noyabr 2015[1] |
![]() |
"Buxarest doqquzluğu" (Buxarest formatı və ya B9; ing. Bucharest Nine, pol. Bukaresztańska Dziewiątka, rum. Formatul București) — NATO-nun şərq cinahını təşkil edən ölkələr (Mərkəzi və Şərqi Avropanın doqquz ölkəsi) arasında hərbi əməkdaşlığı dərinləşdirmək üçün yaradılmış birlik.[2]
Birliyin tərkibinə Bolqarıstan, Macarıstan, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Slovakiya və Çexiya daxildir .
Birliyin yaradılması təşəbbüsü ilə ilk dəfə Polşa Prezidenti Anjey Duda və Rumıniya Prezidenti Klaus Yohannis çıxış ediblər.[3] Buxarest doqquzluğunun liderləri ilk dəfə 2014-cü il iyulun 22-də Varşavada görüşdülər və burada Ukraynanın şərqindəki silahlı münaqişəni, habelə NATO-nun Nyuportda keçiriləcək sammitini müzakirə etdilər.[4][5] Birliyin yaradılması Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişənin nəticəsi idi. Birliyin bütün üzvləri əvvəllər Şərq Bloku və ya Varşava Müqaviləsi Təşkilatının[6][7] üzvləri olub.
“Buxarest doqquzluğunun”nın rəsmi yaradılması tarixi 2015-ci il noyabrın 4-ü hesab olunur, həmin vaxt NATO-nun şərq cinahının Buxarestdə keçirilən mini-zirvə görüşündə (qrupun adı belədir) “Doqquzluq” liderləri onların hərbi əməkdaşlığının prinsiplərini tənzimləyən bəyannaməimzaladılar.[8][9][10]
10 may 2021-ci ildə ABŞ Prezidenti Co Bayden video konfrans vasitəsilə iştirakçılara qoşuldu. Rumıniya prezidenti İoannis daha sonra bəyan etdi ki, rus qoşunlarının Ukrayna sərhədinə yaxınlaşmasını nəzərə alaraq, “ Şərqi Avropa NATO dövlətləri şərq cinahda müttəfiqlərin hərbi mövcudluğunu artırmaq istəyirlər”.[11]
Buxarest doqquzluğunun[12] əsas məqsədləri: