Bülənt Əmin Yarar | |
---|---|
Bülent Emin Yarar | |
Doğum tarixi | |
Doğum yeri | Türkiyə, Ankara |
Milliyyəti | Türk |
Vətəndaşlığı | Türkiyə |
Həyat yoldaşı | Bənnu Yıldırımlar |
Uşağı | Ada |
Fəaliyyəti | Aktyor, yazıçı |
Təhsili | Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Şan bölməsi |
IMDb | ID0946352 |
Vikianbarda əlaqəli mediafayllar |
Bülənt Əmin Yarar və ya Bülənt Yarar, (d. 1961, Ankara) Türkiyənin teatr, kino və televiziya aktyoru, Yazıçı, Ssenari müəllifi. Arxa sıradakılar serialında, Kamal Güngör obrazıyla tanınır.
Bülənt Əmin Yarar 1 yanvar, 1961-ci ildə Türkiyənin Ankara şəhərində anadan olub.
Kiçik yaşlarından ailəsiylə birlikdə tez-tez teatr izləyirdi. Ancaq məktəbi bitirənə qədər, teatrla məşğul olmadı. Atasının skripka çalmasının da təsirilə musiqiyə marağı artdı. Memar Sinan Universitetinin Dövlət Konservatoriyasının Şan bölməsinə daxil oldu. Rol aldığı ilk tamaşa İstanbul Əfəndisidir. Ətrafının təkidi ilə eyni universitetin teatr bölməsinə daxil olur. 1989-cu ildə, oradan məzun olur. Həmin il Diyarbakır Dövlət Teatrında işləməyə başlayır. Fəaliyyətini 1994-1995-ci ilin mövsümündə İstanbul Dövlət Teatrında davam edir. İstanbula qayıtdıqdan sonra, Teatr Tit Ada və Getto adlı tamaşaları olur. 1998-ci ildə Teatr Studiyası istehsalı Eyvan (Jan Genet) tamaşada, 1999-cu ildə Cyrano də Bergerac tamaşalarında baş rol ifa etdi. İstanbul Dövlət Teatrında Çayxana və Müfəttiş (Qoqol) tamaşalarında, Dostlar Teatrında Tamaşanın Sonu oyununda baş rolu canlandırdı.[1] Fox Tv-də yayımlanan Arxa Sıradakılar serialında Kamal Müəllim obrazını canlandırdı. 1995-ci ildə Bənnu Yıldırımla evləndi və Ada adında bir qızları var. Hazırda Kadir Has Universitetinin Teatr Bölümündə Təlimçi kimi vəzifəsini davam etdirir.[2]