Cəsus qızlar

Cəsus qızlar
ing. Totally Spies!
Ölkə
Dil ingilis dili, fransız dili
Mövsümlərin sayı 7
Seriyaların sayı 156
Seriyanın müddəti 24 dəq.
Telekanal TF1
Nümayiş 2001
IMDb ID0283226
Rəsmi saytı

Cəsus qızlar (ing. Totally Spies!) — Vincent Chalvon-Demersay və David Michel tərəfindən yaradılmış, Fransa-Kanada studiyaları tərəfindən istehsal olunmuş anime bənzəri cizgi serialı. Serialda Beverli-Hillzdə yaşayan və Ümumdünya İnsan Mühafizəsi Təşkilatında (ÜİMT) məxfi cəsus kimi fəaliyyət göstərən üç qızdan bəhs edilir.

Serialda ABŞ-nin Beverli-Hillz şəhərində yaşayan Sem, Klover və Aleks adlı üç yeniyetmə qızdan bəhs edilir. Onlar ÜİMT adlı bir təşkilatın məxfi cəsusları kimi gizli fəaliyyət göstərilər. Onların rəhbəri Cerri onları dünyada baş verən cinayətlərin üstünü açmaları üçün işə götürüb. Bunun üçün qızlar lateksdən hazırlanmış rəngli geyimlər geyinir və müxtəlif qacetlərdən istifadə edirlər. Onların əsas missiyaları qisas almaq istəyən və ya bir vaxtlar qızların hərəkətlərindən təsirləndikləri üçün problem yaradan cinayətkarları dayandırmaqdan ibarətdir. Bəzən bu bədxahlar qızların şəxsi həyatını da pozmağa çalışırlar. Cəsus həyatları ilə yanaşı, hekayə qızların orta məktəb və daha sonra universitet tələbələri kimi gündəlik həyatlarına da diqqət yetirir. Onlar münasibətləri ilə məşğul olur və tez-tez məktəb düşməni Mendi ilə bacarmalı olurlar.

Serialın ideyası musiqi sənayesində qız qruplarının və qadın müğənnilərin artan populyarlığı səbəbindən yaranıb. David Michel və Vincent Chalvon-Demersay bunu bir fürsət olaraq gördülər və bir il ərzində konsepsiya üzərində işləməyə başladılar. Serialın yaradıcıları anime üslubundan ilham aldıqlarını bildiriblər.[1] İstehsalçı şirkət "Marathon Media" üç qızdan ibarət musiqi qrupu yaradaraq brendi genişləndirmək istəyirdi. Qrup 2002-ci ilin yazında sinql buraxdı, lakin bütöv bir albom yaratmaq və "Totally Spies"ı real qrup kimi qurmaq planı baş tutmadı. 2001-ci ilin yazında serialın payızda "ABC Family" kanalında yayımlanacağı və gələn il "Fox Kids Europe" (Jetix Europe) vasitəsilə bir sıra Avropa ölkələrinə də nümayiş olunacağı elan edildi.[2]

Müsahibəsində David Mişel qeyd etdi ki, serialdan əvvəl oğlanlar üçün çoxlu döyüş-macəra serialları var idi, lakin pop mədəniyyətində Britni SpirsSpice Girls kimi məşhur qadın müğənnilər olsa da, xüsusi olaraq qızların maraq göstərəcəyi başqa şey yox idi. O, personajları yaratmaq üçün "Clueless" filmindən təsirləndiyini və bunu "Ceyms Bond" formatı ilə qarışdırdığını dedi.[3]

  1. "Interview With David Michel". Geocities. Interviewed by someguy959. 22 October 2003. 10 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2013. The trailer of the show is anime-looking but, from this to the first episode, we agreed with the show's director, Stephane Berry, who wanted to blend in even more anime. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Fox Kids Europe". 30 December 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2023. (#redundant_parameters); (#redundant_parameters)
  3. Brzoznowski, Kristin. Video Interview: Marathon Media's David Michel. WorldScreen.com. 18 December 2012.[ölü keçid]