Əbdürrəhman Cahid Zərifoğlu | |
---|---|
türk. Cahit Zarifoğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ankara |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | İstanbul,Türkiyə |
Vəfat səbəbi | Ağciyər xərçəngi |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Türk |
Təhsili | |
Fəaliyyəti | Şair, yazıçı |
Əsərlərinin dili | türkcə |
Vikianbarda əlaqəli mediafayllar |
Əbdürrəhman Cahid Zərifoğlu (1 iyul 1940, Ankara – 7 iyun 1987, İstanbul[1] [2] İstanbul) — Türk şairi və yazıçısı.
Uşaqlığı Siverek, Maraş və Ankarada keçib. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin alman dili və ədəbiyyatı ixtisasını bitirib. "Diriliş" dərgisində şeirləri çap olunub. Ərvasilərdən Seyyid Qasım Ərvasinin qızı Bərat Xanımla evlənib və bu evlilikdən üç qızı, bir oğlu dünyaya gəlib. Nikahında şahidliyi Nəcib Fazil Qısakürək edib. 1973-cü ildə Sarıqamışda hərbi xidmətə başlamış, 1974-cü ildə Kipr Sülh Hərəkatına qatılmış və 1975-ci ildə hərbi xidməti bitirmişdir.[3] 1976-cı ildə "Mavera" dərgisində redaktorluq edib. 7 iyun 1987-ci ildə ağciyər xərçəngindən İstanbulda vəfat edib. Məzarı Üsküdar Bəylərbəyindəki Küplücə məzarlığında , qayınatası Qasım Ərvasinin məzarının yanındadır. Hər il 7 iyunda sevənləri tərəfindən məzarı başında yad edilir.
2003-cü ildən bəri hər il, ölüm il dönümünə yaxın "Cahid Zərifoğlu" mükafatı verilir. Adına məktəb və liseylər var.
İşarət uşaqları
Yeddi gözəl adam
Mənzillər
Qorxu və yalvarış
Məhəllə davası
Sərçəquş
Qatıraslan
Ağacdələnlər
Ürəkbaba ilə padşah
Balaca şahzadə
Dərya
Quşların dili
Motorlu quş
Gülüş
Savaş ritimləri
Ana