Camal Dəbuz | |
---|---|
ərəb. جما fr. Jamel Debbouze | |
Doğum tarixi | 18 iyun 1975[1][2] (49 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | komediyaçı, kabare sənətçisi[d], radioaparıcı[d], ssenarist, kino aktyoru, kinorejissor, film prodüseri, prodüser, televiziya aktyoru |
Fəaliyyət illəri | 1982-ci ildən |
Mükafatları | |
IMDb | ID0213354 |
jameldebbouze.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975[1][2], Paris[3]) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı.
2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur.
Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır.
1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır.