Cammu

Şəhər
Cammu
ing. Jammu
32°44′ şm. e. 74°51′ ş. u.HGYO
Ölkə  Hindistan
Region Cammu və Kəşmir ştatları
Tarixi və coğrafiyası
Sahəsi 167 km²
Mərkəzin hündürlüyü 327 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 502,197 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 191
Poçt indeksi 180001
Nəqliyyat kodu JK 02
Digər
jammu.nic.in
Xəritəni göstər/gizlə
Cammu xəritədə
Cammu
Cammu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CammuHindistanın şimalında şəhər. Cammu və Kəşmir ştatlarının ikinci inzibati mərkəzi (qış paytaxtı).[1]

Əhalisi 651,8 min (2011; aqlomerasiyada 951,4 min).[1]

Tavi çayı dərəsində, Himalay ön dağlığında, Dhaoladhar silsiləsinin ətəyində, 300–400 m yüksəklikdə yerləşir. Nəqliyyat qovşağı.[1]

Raqhunath (Şimali Hindistanda ən böyük məbədlərdən biri), Ranbireşvar (75 m hündürlükdə qüllə ilə birlikdə) məbədləri, Bahu istehkamı (şəhərin ən qədim tikililərindən biri), maharacə sarayı (1820); universitet (1969), Doqra incəsənət qalereyası (1954) var. Ticarət-sənətkarlıq mər kəzidir. Kimya, ağac emalı, toxuculuq (ipəkyun parça istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Metal emal edilir. Cammu yaxınlığında Vayşnodevi məbədi (hinduistlərin mühüm ziyarət mərkəzi) yerləşir.[1]

  1. 1 2 3 4 Cammu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 179. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]