Campyero Boniperti | |
---|---|
it. Giampiero Boniperti | |
Ümumi məlumatlar | |
Ləqəbi | Marisa[3] |
Doğum tarixi | 4 iyul 1928[1] |
Vəfat tarixi | 17 iyun 2021[2] (93 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Boyu | 175 sm |
Çəkisi | 76 kq |
Mövqeyi | cinah yarımmüdafiəçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Campyero Boniperti (it. Giampiero Boniperti [dʒamˈpjɛːro boniˈpɛrti]; 4 iyul 1928[1] – 17 iyun 2021[2], Turin[4]) — İtaliyalı idman və siyasi xadim. Keçmiş futbolçu. Mövqeyi hücumçu olub. "Yuventus" və İtaliya milli komandasının oyunçusu olub.
Futbol karyerasına 1946-cı ildə başlayıb. Karyerası ərzində ancaq bir klubun, Turinin "Yuventus" klubunun şərəfini qoruyub. 1954-cü ildə "Yuventus"un kapitanı olub. Karyerası boyunca "Yuventus"un heyətində 182 qol vurub. 40 il ərzində "Yuventus"un ən məhsuldar oyunçusu olub. 2006-cı ildən bəri Alessandro Del Pyerodan sonra, "Yuventus"un heyətində ikinci ən çox qol vurmuş oyunçudur.[5]
Karyerasını 1961-ci ildə bitirib. Karyerasını bitirdikdən sonra "Yuventus"da işləyib və 1971-ci ildə "Yuventus"un prezidenti seçilib. 1990-cı ilə kimi bu vəzifədə çalışıb.
1947-ci ildə Milli komandaya dəvət alıb. Debüt oyunu 9 noyabr 1947-ci ildə Avstriya millisinə qarşı olub. 1952-ci ildə Milli komandanın kapitanı olub. Milli komandada 38 oyun keçirib 8 qol vurub. Milli komandada son oyununu 1960-cı ildə keçirib.
1971-ci ildə "Yuventus"un prezidenti seçilib. Bu vəzifədə 1990-cı ilə kimi işləyib. Onun rəhbərliyi altında komanda 9 dəfə A Seriyasının qalibi olaraq 9 skudetto qazanır. İtaliya kubokunda "Yuventus" 4 dəfə qalib olur. Avrokubpklarda isə mümkun olan bütun turnirlərdə klub qalib olur və Avropa Çempionlar kuboku, qitələrarası kubok, kuboklar kuboku, UEFA kuboku və UEFA Superkubokunu qazanır. Hal hazırda "Yuventus"un Fəxri Prezidentidir.
1990-cı ildə "Yuventus"un prezidentlik postunu tərk etdikdən sonra siyasət ilə məşğul olur. 1994–1999 — Forza Italia hərəkatından Avropa Parlamentinin üzvü seçilir.
Pele tərəfindən, hal hazırda həyatda olan 125 futbolçunun daxil olduğu FIFA 100 siyahısına daxil edilib.