Cennifer Eniston | |
---|---|
ing. Jennifer Aniston | |
Doğum adı | Jennifer Joanna Aniston |
Doğum tarixi | 11 fevral 1969[1][2][…] (55 yaş) |
Doğum yeri |
|
Milliyyəti | yunan, italyan, şotland |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Bred Pitt (2000–2005) |
Partnyorları | |
Atası | John Aniston |
Anası | Nancy Dow |
Fəaliyyəti | televiziya aktrisası, kino aktrisası, film prodüseri, səsləndirmə aktrisası[d], teatr aktrisası, sahibkar, icraçı prodüser[d], biznes ledi, kinorejissor |
Fəaliyyət illəri | 1989-h.h. |
Boyu | 1,64 m |
IMDb | ID0000098 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Cennifer Eniston (ing. Jennifer Aniston; 11 fevral 1969[1][2][…], Şerman Ouks[d], Kaliforniya[5]) — amerikalı aktrisa, film rejissoru, prodüser və biznes qadınıdır. Ona ilk şöhrətini Friends (1994–2004) serialında oynadığı Rachel Green rolu gətirmişdir və bu rolu sayəsində o, Emmi, Qızıl qlobus mükafatlarını qazanmışdır.
Cennifer Eniston 11 fevral 1969-cu ildə Kaliforniya ştatının Şerman Ouks şəhərində, yunan aktyoru Con Eniston ilə şotland və italyan mənşəli aktrisa Nensi Dounun ailəsində anadan olub. Bir yaşınadək Cennifer Eniston Yunanıstanda yaşayır və ailə sonradan Nyu-Yorka köçür. 9 yaşı olanda valideynləri boşanırlar. Cennifer Eniston anası ilə qalsa da, tez-tez Los-Ancelesə, atasının yanına getməyə başlayır. Cennifer Eniston 11 yaşında oxuduğu Rudolf Ştaynerin məktəbində dram dərnəyinə gedir. Peşə təhsilini 1987-ci ildə Nyu-Yorkun aktyor ustalığı məktəbində davam etdirir. Cennifer Eniston və Bred Pittin ciddi münasibətləri mətbuatda tez-tez müzakirə olunurdu. 29 iyul 2000-ci ildə onlar Malibuda evlənirlər. Cütlük 7 yanvar 2005-ci ildə ayrılır və həmin il oktyabrın 2-də rəsmən boşanırlar. Bred Pittlə boşandıqdan sonra aktyor Vins Vonla eşq yaşadığı deyilsə də, artıq aktrisa şəxsi həyatının mətbuatda müzakirə edilməsini istəmir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aktyor və ya aktrisa ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |