Centropyxidae | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Centropyxidae |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Centropyxidae (lat. Centropyxidae) — ibtidailərin amöbozoylar sinfinə daxil olan fəsilədir.[2]
Çanağı eksogen ünsürlərlə — kvars hissəcikləri, göbələk saplarının qalıqları və s. ilə "bəzədilmişdir". Simmetriyası radial və ya bilateraldır. Bədən forması çox vaxt girdə və ya yarımkürə, yumurtaşəkilli və armudşəkilli də ola bilər. Kürəyə yaxın olan formalarda (Cyclopyxis, Trygonopyxis) ağız mərkəzdə yerləşir və ya ekssentrikdir (Centropyxis, Paracentropyxis). Schwabiada çanağının dar qütbündə, Pseudowerin tzewiada isə genişlənmiş qütbündə yerləşir. Ağızcıq həmişə demək olar ki, çanağın daxilinə doğru çökmüşdür.[3]
Azərbaycanda 4 növü tapılmışdır. Centropyxis aculeata Stein – Lənkəran rayonunun düyü tarlalarında və Azərbaycanın başqa su hövzələrində; C. delicatula Penard, C. laevigata Penard – Lənkəran rayonunun düyü tarlalarında və Cyclopyxis sp. – Lənkəran təbii vilayətinin subtropik bitkilər altındakı sarı torpaqlarda qeydə alınmışdır.[4]