Cerard Damiano | |
---|---|
Doğum tarixi | 4 avqust 1928[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 2008[2][3][…] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Vətəndaşlığı | |
Fəaliyyəti | ssenarist, kinorejissor |
Fəaliyyət illəri | 1969–1994 |
IMDb | ID0198790 |
Cerard Damiano (4 avqust 1928[1], Bronks, Nyu-York – 25 oktyabr 2008[2][3][…], Fort-Mayers[d], Florida) — amerikalı porno film rejissoru olmuşdur.
O, italyan əsilli katolik ailəsində anadan olub. Atasını hələ 6 yaşında olarkən itirmiş, 17 yaşında ABŞ Hərbi Dəniz Qüvvələrinə yazılmış, burada 4 il hərbi xidmət keçmiş və burada aldığı təqaüdlə rentgen mütəxəssisi olmuşdur. Bir müddət peşəsi ilə məşğul olub Nyu-Yorkda bərbər işlədikdən sonra o, az büdcəli qorxu filmləri çəkən dostu vasitəsilə kino dünyasına daxil olur.
1972-ci ildə o, müasir porno film sənayesinin qabaqcıllarından və klassiklərindən biri hesab edilən Deep Throat filmini çəkmişdir. O, 1990-cı illərə qədər yenə də çoxsaylı porno filmlər çəkmiş və bunların arasında janrın klassiklərindən sayılan "The Devil in Miss Jones" (1973) və sadomazoxist janrlı "The Story of Joanna" (1975) filmləri də yer almışdır. İlk filmi 2005-ci ildə "Inside Deep Throat" adlı sənədli filmə çevrilmişdir.
Bir çox filmlərinin qeyri-pornoqrafik hissələrində "Albert Gork", "Al Gork", "Jerry Gerard" və ya "D. Furred" kimi məşhurlar ilə kiçik rollar da ifadə etmişdir.
O, 25 oktyabr 2008-ci ildə Floridada vəfat etmişdir.