Cessika Alba | |
---|---|
ing. Jessica Alba | |
![]() | |
Doğum adı | Jessica Marie Alba |
Doğum tarixi | 28 aprel 1981[1][2] (43 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | televiziya aktrisası, kino aktrisası, biznes ledi, teatr aktrisası, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 1994-cü ildən |
Boyu | 1,7 m |
Çəkisi | 58 kq |
Mükafatları |
"Saturn" (2001) ALMA (2011) |
IMDb | ID0004695 |
![]() |
Cessika Mari Alba (ing. Jessica Marie Alba; 28 aprel 1981[1][2], Pomona, Kaliforniya) — amerikalı aktrisadır. Saturn mükafatı (2000) və MTV Kino Mükafatı (2006) laureatıdır. Karyerası 1994-cü ildə başlayıb. "Qaranlıq mələyi" serialında çəkilmişdir.
Cessika Alba Pomona, Kaliforniyada doğulmuşdur. Anası danimarkalı və kanadalı fransızdır, atası meksikalıdır. Joshua adlı özündən böyük bir qardaşı var. Bir vaxt özünü feminist kimi hiss etdiyini reportajlarında bildirmişdir. 2008-cildə Cash Warren adlı aktyorla evlənmişdir, iki övladı var.