Ceyms Byukenen (iqtisadçı)

Ceyms Byukenen Nobel mükafatı
ing. James McGill Buchanan Jr.
Doğum tarixi 3 oktyabr 1919(1919-10-03)[1][2][…]
Vəfat tarixi 9 yanvar 2013(2013-01-09)[3][1][…] (93 yaşında)
Elm sahəsi iqtisadçı
İş yerləri
Təhsili
Üzvlüyü
Mükafatları İqtisadiyyat üzrə Nobel mükafatı National Humanities Medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Byukenen (ing. James McGill Buchanan Jr. 3 oktyabr 1919[1][2][…]9 yanvar 2013[3][1][…]) — amerikalı iqtisadçı. 1986-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Həyat və fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Ceyms Byukenen ABŞ-nin Tennessi ştatının Murfrisboro şəhərində anadan olub. 1940-cı ildə Orta Tennessi Normal məktəbindən (ing. Middle Tennessee Normal School) məzun olmuşdu. 1941-ci ildə Tennessi Universitetində magistr dərəcəsi, 1948-ci ildə isə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdi.

Ceyms Byukenen Virciniya Universiteti, Kaliforniya Universiteti, Los Anceles, Florida Ştat Universiteti, Tennessi Universiteti, Virciniya Politexnik İnstitutunda professor kimi işləmiş və son olaraq Corc Mason Universitetində fəxri professor kimi dərs keçmişdi.

Ceyms Byukenen iqtisadiyyatpolitologiyanı birləşdirən İctimai seçim nəzəriyyəsinin ən məşhur nümayəndəsi, tədqiqatçısı və təkmilləşdirənidir. Bu xidmətlərinə görə ona 1986-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatı verilmişdir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 4 James M. Buchanan // Babelio (fr.). 2007.
  2. 1 2 Bibliothèque nationale de France James McGill Buchanan // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Very sad news.