Ceza | |
---|---|
türk. Bilgin Özçalkan | |
Ümumi məlumatlar | |
Ləqəbləri | Fatalrhymer, Fatalflex |
Doğum tarixi | 31 dekabr 1976[1] (47 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 1995-ci ildən |
Janrlar | hip-hop[d] |
Təhsili | Quru Qoşunları Hərbi Məktəbi |
ceza.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Bilgin Özçalkan (31 dekabr 1976[1], Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur.
Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də[2] fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır.[3] Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı.
Cəza 1998-ci ildə Dr. Fuchs ilə birlikdə İstanbulun ilk rep qrupu olan "Nifrət" qrupunu yaratdı. İlk olaraq 1999-cu ildə ərsəyə gələn "Yeraltı Operasyonu" adlı yığma alboma 4 mahnı verərək peşəkarlığa addım atan qrup, 2000-ci ildə Hammer Müzik şirkəti ilə anlaşıb "Meclis-i Ala İstanbul" albomunu çıxartdı. 2001-ci ildə "Açar" albomu çıxdı və albomla eyni adı daşıyan mahnıya klip çəkildi. Bəzi önəmli festivallarda çıxış edən və saysız-hesabsız konsertlər verən qrup sonradan dağıldı və qrup üzvləri çalışmalara solo olaraq davam etdilər.
Dr. Fuchsun əsgərlik vəzifəsini yerinə yetirmək üçün qrupdan ayrılmasıyla Ceza 2002-ci ildə ilk solo albomu olan "Med Cezir"i çıxartdı. Albomun bütün musiqi işləri DJ Mic Check (Sagopa Kajmer) tərəfindən hazırlandı. Alboma DJ Funky C, Dr. Fuchs, Roka, Sirhot qonaq oldu. Ceza ilk solo albomu ilə türkcə repdə cığır açaraq bir çox gənc mc-yə ilham qaynağı olmuş, musiqi sektoru və medianın, həmçinin, fərqli kütlələrin marağını cəlb etmişdir.
2004-cü ildə "Rapstar" albomunun çıxışına qədərki zaman ərzində öz konsertlərindən başqa, H2000, Rock'n Coke, Rock İstanbul, J&B Techno Festival, İstanbul Hiphop Fest, Electronica Fest, Fête de la Musique kimi önəmli festivallarda səhnə almışdır.
2004-cü ildə Hammer Müzik etiketi ilə satışa çıxarılan albomun bütün musiqi işlərini DJ Mic Check üstləndi. Albomdan 5 mahnıya klip çəkilmişdir: "Panorama Harem", "Holocaust", "Rapstar", "Neyim Var Ki" (Sagopa Kajmer ilə), "Sabah Bastı Geceyi (Savaş Çocukları Part 2)". Albomun 150.000-dən çox satılması ilə karyerasının yüksəliş dövrünü yaşayan və musiqi sektorunun diqqətini çəkən Ceza fərqli tərzlərdən sənətçilərlə ortaq işlərə imza ataraq rep musiqisinin daha çox kütlə tərəfindən tanınıb sevilməsində böyük rol oynadı.[4]
2005-ci ildə "Körpüyü keçmək" filmində rol aldı və çəkildiyi səhnələr beynəlxalq Cannes Film Festivalında ayaq üstə alqışlandı. "İki super film birdən" adlı film üçün saundtrek hazırladı, "Wut" adlı filmdə onun mahnılarından istifadə edildi. "Pardon" filmi üçün də saundtrek hazırlayan sənətçi bəzi radio və TV reklamlarında da uğurla iştirak etmişdir. Bir çox Avropalı repçilər və bacısı Aybenlə birlikdə 5 şəhərlik Almaniya turuna çıxıb kütlələrə türkcə repi tanıtmışdır. Həmin ildə bütün gəliri gənc istedadlar üçün sərf ediləcək olan "Hayata + Gençlik Fonu" üçün "Sıra Sende" adlı maksi-sinql çıxartmış və "Feyz Al" adlı digər maksi-sinql albomunu ərsəyə gətirmişdir.
2006-cı ildə Cezanın üçüncü solo albomu olan "Yerli Plaka" satışa çıxarıldı. Bu alboma Türkiyənin önəmli sənətçilərindən sayılan Sezen Aksu, Almaniyadan Eko Fresh, Killa Hakan və ABŞ-dən Tech N9ne qonaq oldu. Albomun dörd mahnısına klip çəkildi və "Yerli Plaka" klipi MTV World Chart siyahısına altıncı olaraq girə bildi. Türk kanallarından birində yayımlanan "Adanalı" serialında bu albomdakı mahnılardan istifadə olundu.
Həmin ildə beynəlxalq "Stimmen Fest" və "Splash Fest" festivallarında səhnə alaraq türkcə sözlü musiqi icra edən ilk sənətçi oldu. 2007-ci ildə məşhur repçilərin səhnə aldığı və Avropanın önəmli hip-hop festivallarından olan "MTV Hiphop Open" festivalında səhnə alan ilk türk repçi olmaqla yanaşı, "MTV Europe Music Awards" mükafatını qazanan ilk türk sənətçi olmuşdur. Bu il ərzində solo alboma vaxt ayıra bilməyən Ceza "Evin Delisi" adlı maksi-sinql albomunu internet vasitəsilə pərəstişkarlarına hədiyyə etmişdir.
2008-ci ilin sonlarında Killa Hakan ilə ortaq hazırladıqları "Bomba Plak" albomu satışa çıxdı. Almaniyada yazılan albomda M313s, Gekko G və Ayaz Kaplı qonaq qismində yer aldı. "Paydos" adlı mahnıya animasiya tərzində klip çəkildi.
Həmin ildə Rolling Stone jurnalının üz qabığında şəklinə yer verilməsi ilə bir çox insanı heyrətləndirdi. Bəstələdiyi "Karşı takıma el ver" adlı mahnısı ilə Türkiyə Olimpiya Komitəsi tərəfindən Şərəf Diplomu və "Fair Play" mükafatı ilə təltif edildi. 2009-cu ildə avroviziyada çıxış etmə təklifini rədd edən Ceza yay aylarında təşkil edilən "Fanta Musiqi Festivalı"nda iki headlinedan biri kimi yer almış və bu festivaldan başqa Türkiyənin müxtəlif şəhərlərində verdiyi solo konsertlərdə bir milyondan çox tamaşaçı qarşısında çıxış etmişdir. 2010-cu ildə Killa Hakanın işıq üzü görən "Volume Maximum" albomunda 10 mahnıya qonaq olmuşdur. Albomdan "Aller Besten" adlı mahnıya peşəkar klip çəkilmiş və həmin klip MTV Almaniyada həftələrlə öz yerini qorumuşdur.
2010-cu ildə 15 mahnıdan ibarət olan "Onuncu Köy" albomunu sevənlərinə təqdim etdi. Duetsiz albomda Ceza Türkiyədəki və Avropadakı bir çox musiqiçilərlə çalışmışdır.
2011-ci ildə "Sen de bir az delisin" və 2012-ci ildə "Türk Marşı" adlı sinql albomlarını satışa çıxarmışdır.