Coan Sesil Kuiqli (ing. Joan Ceciel Quigley) - amerikalı astroloq, yazıçı. Nensi Reyqanın ABŞ-nin birinci xanımı olduğu dövrdə astroloq kimi bir xeyli məşhurluq qazanmışdır. Nensi vasitəsilə Coan Ronald Reyqanın cədvəlinin hazırlanması üçün astroloji məsləhətlər vermişdir. Bu məsləhətlərə mətbuat konfransların, debatların başlama vaxtı, Konqresə müraciət və ya prezident təyyarəsinin nə zaman uçması kimi bildirişlər daxil idi. Kviqli astrologiya üzrə 3 kitabın və “Ağ evin astroloqu” kimi fəaliyyət göstərməsi haqda memuarların müəllifidir.
Coan Kviqli 10 aprel 1927-ci il tarixində Missuri ştatının Kanzas-siti şəhərində anadan olmuşdur. Onun anası Zelda Kviqli həmçinin astrologiya ilə maraqlanmışdır. Atası Con isə vəkil olmuşdur. Öz bacısı Rutla birlikdə Coan özəl məktəblərdə təhsil almışdır. Coan Vassara kollecini bitirərək incəsənət tarixi üzrə dərəcə almışdır. Bundan sonra o, 1 il ərzində “öncəgörücü” Cerom Pirson adlı qadının yanında qoroskopları hazırlamağı öyrənmişdir. “Angel Star” (Mələklər ulduzu) təxəllüsündən istifadə edərək yeniyetmələr üçün nəzərdə tutulmuş “Seventeen” jurnalında astroloji bölməni hazırlamış və həmçinin, “Yeniyetmələr üçün astrologiya” (ing. Astrology for Teens) kitabını yazmışdır.[1] Astrologiya haqda olan “Böyüklər üçün astrologiya”(ing. Astrology for Adults və “Körpə və yeniyetmələrin valideynləri üçün astrologiya “(ing. Astrology for Parents of Children & Teenagers, 1971) adlı digər iki kitabı da sonralar nəşr olunmuşdur.
Coan astrologiya üzrə praktiki konsultasiya keçmişdir. Onun müştəriləri adətən, bu tipli şeylərə ehtiyacı olan məşhurlar idi. Nensi və Ronald Reyqanın yaxınlarının sözlərinə inansaq, onlar çox mövhumatçı idilər. Onlar astroloqa 1967-ci ildən gec olmayaraq, müraciət etmişdilər. Onlar çox zaman Cin Diksonun xidmətindən istifadə edirdilər. Coan Kviqli Nensi Reyqanlar teleaparıcı Merv Qriffinin verilişi zamanı tanış olmuşdur. O, öz xisdmətlərini xanım Reyqana təklif etmişdir. Onların əməkdaşlığı 1981-ci ildən 1988-ci ilə qədər gizli şəkildə davam etdirilmişdir.[1] Kuiqli astroloji təsəvvürlərə və tövsiyələrə uyğun olaraq prezident təqvimini hazırlamışdır. Bu təqvim “yaşıl (yaxşı), qırmızı (pis) və sarı (müəyyənləşməmiş) günlərin mozaika”sını özündə birləşdirirdi.[2] Bundan savayı, Kviqli izahları ilə bərabər xəbərdarlıqlar verirdi.[3] Məsələn;
Dekabrın sonundan marta qədər – pis;
Yanvarın 16-dan 23-ünə qədər çox pis;
20 yanvar – Ağ evdən kənarda heçnə etməmək, hətta sui-qəsd təhlükəsi
20-26 fevral – ehtiyatlı olmaq
7-14 mart- pis dövr;
16 mart – çox pis
Reyqan prezident administrasiyasının rəhbəri Donald Riqanın sözlərinə inansaq, o Reyqanın görüş və səfərlərinin planlaşdırılmış cədvəlində göstərilən məsləhətlərə uyğun olaraq hərəkət etməli olurdu. Nensi Reyqanın təkidi ilə bu o qədər vacib sayılırdı ki, qırmızı-sarı-yaşıl təqvimi hər zaman prezidentin iş masasının küncündə görmək olardı. Reyqanın cəmisi bir dəfə 1985-ci ildə dövlət qəbulu zamanı Kuiqli ilə görüşməsi dini liderlər və alimlər tərəfindən çoxsaylı tənqidlərə məruz qalmışdır. Prezidentin ətrafında yaranmış skandallı situasiyanı aradan qaldırmaq üçün Nensi Reyqan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Kuiqlinin sözlərinə əsasən, o, sonuncu dəfə Reyqanla astroloji konsultasiyaların aparılması sirrinin açılması zamanı ünsiyyətdə olmuşdur. Telefon danışıqları zamanı Nensi əməkdaşlığın detallarını gizli saxlamağı və “lazım gələrsə,yalan danışmağı” məsləhət görmüşdür. Kuiqli Reyqandan sonra başqa prezidentlərə öz məsləhətlərini verməmişdir.
Bu qalmaqal Kuiqliyə məşhurluq gətirmiş, onu televiziyaya dəvət etmişdilər. 1990-cı illərdə o, astroloji kompüter proqramının hazırlanmasında iştirak etmişdir. 2000-ci illərin əvvəllərində pullu astroloji onlayn servis yaratmaq istəsə də, biznesi alınmamışdır. Coan Kuiqli heç vaxt ərə getməmişdir. 2014-cü il 21 oktyabr tarixində 87 yaşında dünyasını dəyişmişdir.
Kuiqlinin Ağ evdə rolu barədə ilk dəfə Reyqanın prezident administrasiyasının başçısı Donald Riqanın “Protokol üçün” kitabında məlumat verilmişdir. Riqanın sözlərinə görə, astroloq astroloji cəhətdən uyğun olaraq görüşlərin, debatların, cərrahi əməliyyatların (1985-ci ildə Reyqan əməliyyat olunmuşdur) və prezidentlə bağlı olan digər hadisələrin uyğun vaxtını müəyyənləşdirmişdir. Bütün bunlara görə hər ay 3000 dollarla təmin olunurmuş. Riqan həmçinin bildirmişdir ki, adını bilmədiyi astroloqla Nensi Reyqan gündə 2-3 dəfə telefonla məsləhət alırmış. Bunun üçün Ağ evdə və prezidentin Kemp-Deviddə yerləşən iqamətgahında ayrıca telefon xətləri çəkilmişdir. Riqanın Nensi Reyqanın və astroloqun Ağ evdə qəbul olunan qərarlara təsirindən bəhs edən tənqidi hekayəsi ictimaiyyət arasında ciddi diskussiyaya səbəb olmuşdur. Hətta “ New York Post” qəzetində “Astroloq Ağ evi idarə edir” başlıqlı məqalə dərc olunmuşdur.
Gizli “Dost” Coan Kuiqlinin adını jurnalistlər tez bir zamanda aşkar etmişdilər. 1988-ci ildə verdiyi müsahibəsində Coan Kuiqli bildirmişdir ki, Reyqan “yaşadığımız əsrdə bu ölkədə gördüyüm ən parlaq qoroskopa” sahib idi. Həmçinin, o adi insanlarla yox, ancaq “maraqlı hesab etdiyi” şəxslərlə işlədiyini bildirmişdir.
1989-cu ildə Nensi Reyqan “Mənim növbəm” adı altında öz memuarlarını çap etdirmişdir. İttihamlardan qorunmaq üçün o çox zaman yazırdı: “hər bir insanın zədə, yara və həyat ağrısının öhdəsindən gəlmək üçün öz metodu vardır. Mənim metodlarımdan biri isə astrologiya idi”. Reyqanın sözlərinə görə, Kuiqli ilə tanışlıq 1980-ci ildə baş tutmuş prezident kompaniyası zamanı olmuşdur. O, Kuiqlinin astroloji məsləhətlərindən ancaq Reyqana qarşı 1981-ci il 31 mart tarixində baş vermiş sui-qəsddən sonra istifadə olunmağa başlamışdır.Bununla o kateqorik olaraq astrologiyanın prezidentin siyasi qərarlarına və onun administrasiyasına təsirini inkar etmişdir. Coan sonralar müsahibəsində bu fikri bildirmişdir:
Mən teflon prezidentliyi dövründə teflon idim. |
1 il sonra isə Kuiqli “Coan nə dedi? Nensi və Ronald Reyqanların Ağ evdəki astroloqu kimi mənim 7 ilim” adlı memuarlar kitabını çap etdirmişdir. Kitabın adı olan “Coan nə dedi?” kitabı 1986-cı ildə baş vermiş İran-Kontras qalmaqalı zamanı Reyqanın Kuiqliyə verdiyi sualın adından irəli gəlir. Dinşünas Ceyms Luis bildirmişdir ki, Nensi Reyqan öz xatirələrində astrologiyanın ərinə təsirini nə qədər kiçiltsə də, Kuiqli isə bir o qədər şişirtmişdir: “Kitabında Kuiqli onun məsləhətlərinin təkcə Reyqanın çoxsaylı uğurlarının bir hissəsi olmaması ilə yanaşı, həmçinin prezidentin SSRİ-nin “şər imperiyası” hesab etməsi fikrindən dayandırması fikri olmuşdur”.
Luisin fikrincə, Coan Kuiqli “qədim dövrlərdə olduğu kimi saray astroloqu”nu özündə təcəssüm etdirirdi.