Conni İnqliş | |
---|---|
Johnny English | |
Janr | döyüş filmi[1][2][…] |
Rejissor | Peter Houit |
Prodüserlər |
Tim Bevan Erik Felner Mark Huffam |
Ssenari müəllifləri |
Nil Purvis Robert Ueyd Uilyam Deyvis |
Baş rollarda |
Rouen Atkinson Con Malkoviç Ben Miller Natali İmbrulya |
Operator |
|
Bəstəkar | Eduard Şermur |
İstehsalçı | Studio Kanal Universal Pictures |
Distribütor | UIP-Dunafilm[d] |
İlk baxış tarixi | 10 aprel 2003[3], 2003 |
Filmin növü | Komediya |
Müddət | 88 dəqiqə |
Büdcə | $40 milyon |
Gəlir | $160 583 018 |
Ölkələr | İngiltərə, Fransa |
Dil | İngilis dili |
İl | 2003 |
Rəng | rəngli |
Çəkiliş yeri | London |
IMDb | ID0274166 |
Conni İnqliş (ing. Johnny English) — 2003-cü ildə Britaniyada çəkilmiş komediya filmi. Baş rolda məşhur ingilis aktyor Rouen Atkinson çəkilmişdir. Filmin rejissoru Piter Houitdir. Film bütün dünyada 160 milyon ABŞ dolları gəlir əldə etdi
Film başlığı Conni İnqlişin (Rouen Atkinson) yuxusuyla açılır. O yuxusunda özünü Agent 1 kimi görür. Yuxusunda binaya daxil olduqca itləri, gözətçiləri ram edir, otağa daxil olduqdan sonra bir qadın tərəfindən təhdid olunur və daha sonra onunla öpüşməyə başlayır. Elə bu anda İnqlişin köməkçisi olan Anquş Bou (Ben Miller) onu yuxudan oyadır. Yuxudan oyanan kimi, əsl Agent 1 (Qreq Uays) sənədlərini götürmək üçün gəlir, İnqliş isə şəxsən sualtı lyukların kodunu yoxladığını bildirir və sənədləri ona verir. Daha sonra bilinir ki, Agent 1 lyukları açmaq istərkən uğursuzluqla üzləşib vəfat etmişdir. Onun dəfni zamanı isə İngiltərənin digər agentləri partlayış nəticəsində öldürülür. Həmin partlayışı törədənlər isə sürətlə hadisə yerindən uzaqlaşırlar.
Agent 1 və digər agentlər öldükdən sonra Britaniya tacının işləri İnqlişə həvalə olunur. Onun köməkçisi isə Bou təyin edilir. O tacın bərpasından sonrakı açılışında sirli bir qadınla Lorna Kempbellə (Natali İmbrulya) tanış olur. Ziyafət zamanı birdən elektrik enerjisi kəsildi, İnqliş faktı ört-basdır etmək məqsədilə yan otağa keçir və guya bir cinayətkar ilə döyüşür. Halbuki otaqda heç cinayətkar yox idi. Səhəri gün İnqliş yenidən London qalasına gəlir və ehtiyatsızlıqdan o və Bou yeraltı tunelə düşürlər. Amma bir qədər getdikdən sonra görürlərki, tunelin sonunda pilləkən var. Pilləkənlə qalxırlar və görürlərki bu gizli yolla Britaniya tacını oğurlamaq istəyirlər. İnqliş və Boa onları saxlaya bilmirlər. İnqliş qəbirtsanlığa gəlir və elə bilirki tabutun içində tac var. O kahini və ətrafdakı adamları günahlandırır. Amma sonra Boa gələrək İnqlişin sığınacaqdan qaçan məhbus olduğunu bildirərək onu xilas edir.
Bütün bunlardan sonra İnqliş I Uilyamın nəslindən olan Paskal Eduard Savaşdan (Con Malkoviç) şübhələnməyə başlayır. O bu şübhəsi haqda MI-7-nin rəhbəri olan Peqasa (Tim Piqot-Smit) məlumat verir. Lakin Peqas bütün bunları absurd adlandırır və rədd edir. Daha sonra avtoparkda Boa ilə plan qurarkən qəflətən Savaşın adamı onlara hücum edir. İnqliş isə səhvən Boanı həmin adam bilir və yerə yıxır. Boa ilə İnqlişin planı Savaşın binasına hücüm etmək idi. Boa planı İnqlişə başa salır və onlara planı icra etmək üçün paraşütlə tullanırlar. İnqliş səhvən şəhər xəstəxanasına daxil olur və həkimlərlə xəstələri qorxudur.