Convair F-102 Delta Dagger

Convair F-102 Delta Dagger
Tipi Önləmə təyyarəsi
Hazırlayan Convair
İstehsalçı Convair
İlk uçuş 24 oktyabr 1953
İstismara verilmə tarixi aprel 1956
İstimarının bitmə tarixi 1979
İstismarçılar
Buraxılış sayı 1.000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

F-102 modelinin əsas vəzifəsi düşmən təyyarələrinin müəyyən edilməsi və məhv edilməsi idi. F-102 Dünyanın ilk hər bir hava şəraitində xidmət edə bilən supersonik önləmə təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) xidmətə qəbul edilmiş ilk delta qanadlı təyyarəsidir. İlk uçuşu 24 oktyabr 1953-cü ildə baş tutmuş, 1956-cı ildən etibarən Havadan Müdafiə Komandanlığında xidmətə qəbul edilmişdir. Convair, 975 ədədi F-102A olmaqla ümumi olaraq 1,101 ədəd F-102 istehsal etmişdir. USAF hərbi təlim təyyarəsi olaraq pilot və tələbənin yan-yana oturduğu TF-102 modellərindən də 111 ədəd satın almışdır.

Təyyarədəki elektron təchizat müharibə vəziyyətində düşmən təyyarəsini müəyyən edib radarları vasitəsi ilə hücum vəziyyətinə keçirəcək, münasib zaman yetişdikdə də elektron atəşə nəzarət sisteminin köməkliyi ilə AA raket və döyüş raketlərini avtomatik olaraq atəşləyəcək şəkildə hazırlanmışdı.

Bir keçid dövrü təyyarəsi olmasına baxmayaraq “Delta Dagger” uzun və uğurlu bir xidmət müddəti keçirmiş, ABŞ-ni SSRİ və digər ölkələrin hava hücumlarından müdafiə etmişdir. Ən böyük çatışmazlığı sürətinin aşağı olması idi. Çox az bir fərq ilə supersonik idi, ancaq xarici yanacaq çənləri əlavə edilincə sürəti Mach 0.95-də qalırdı və bu da sürətli bombardmançı döyüş təyyarələrini vurmağa kifayət etmirdi. Daha sürətli F-101B və F-106 modelləri meydana çıxandan sonra, onların fəaliyyət müddəti də azalmağa başladı.

ABŞ xaricində F-102A və TF-102 modelləri yalnız TürkiyəYunanıstan tərəfindən istifadə edilmişdir.

F-102A modelinin taktiki-texniki xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]
  • Ekipaj: 1
  • Mühərrik: 1 ədəd Pratt & Whitney J57
  • İtələmə gücü: 71 kN
  • Qanad uzunluğu: 11.58 m
  • Uzunluq: 20.77 m
  • Hündürlük: 6.43 m
  • Maksimum uçuş çəkisi: 14,265 kq
  • Maksimum sürət: 1338 km/saat
  • Kreyser sürəti: 990 km/saat
  • Mənzili: 1,650 km
  • Xidmət tavanı: 16.720 m
  • Silah təchizatı:
    • 24 ədəd idarəolunmayan raket
    • 6 ədəd AIM-4 “Falcon” AA döyüş raketi