Corc Adamski

Corc Adamski
ing. George Adamski
Doğum tarixi
Doğum yeri Bıdqoş, Almaniya imperiyası
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Silver Sprinq, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri Arlinqton milli qəbiristanlığı
Vətəndaşlığı Polşa Polşa
ABŞ ABŞ
Milliyyəti polyak
Dini Roma-Katolik kilsəsi
Fəaliyyəti ufologist
Adamskifoundation.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Adamski (ing. George Adamski) – amerikalı-polyak yazıçı, ufoloq və 1940–1950-ci illərdə uçan naməlum obyektlər tərəfindən qaçırıldığını və onlarla dostluq münasibətləri qurduğunu iddia etmiş şəxs. Adamski UNO-larla birlikdə Aya və digər planletlərə uçuşlar apardığını bildirmişdir və XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır.[1]

Adamski, 1950-ci illərdən etibarən ön plana çıxmağa başlayan uçan naməlum obyekt tədqiqatçılarından biri idi. Özünü filosof, müəllim, tələbəuçan naməlum obyekt tədqiqatçısı olaraq adlandıran yazıçını bir çox müasiri yalançı, fırıldaqçı və şarlatan olduğunu bəyan etmişdilər.[2]

Yazıçı tərəfindən Skandinaviya ufoları ilə baş tutan görüşlərdən və kosmik gəmilərində onlarla səyahətlərini təsvir edən üç kitab yazılmışdır. "Uçan boşqablar endi" adlanan ilk kitab 1953-cü ildə Dezmond Leslinin həmmüəllifliyində nəşr edilmişdir. 1955-ci ildə isə "Kosmik gəmilərin içində" və 1961-i ildə "Uçan boşqabın vidası" adlı sayca üçüncü kitab çıxmışdır. Müəllifin ilk iki kitabı bestseller əsərlər kimi Amerika Birləşmiş Ştatlarında 200 min nüsxədən çox satılmışdır.[3]

Adamskinin iddiaları və fəaliyyəti Amerika Birləşmiş Ştatlarından sonra ən çox Yaponiyada əks-səda doğurmuşdur. İkinci Dünya müharibəsindəki məğlubiyyətin ardından Yapon cəmiyyəti yaşanan depressiyanı fərqli mövzulara və müxtəlif konspirasiya nəzəriyyələrinə maraq salmaqla öhdəsindən gəlməyə çalışırdılar. Bu baxıdan yazıçının kitabları və iddiaları Yaponiyada geniş auditoriya toplaya bilmiş və yadplanetlilərin və UNO-ların bir çox təsvirini yaratmaqda əsas mənbə kimi çıxış etmişdir.[4]

Corc Adamski 1891-ci ilin 17 aprel tarixində Almaniya imperiyasının Bıdqoş şəhərinə etnik polyak çütlük Yozef Adamski (1867–1937) and Fransiska Adamskanın (1862–1946) beş uşaqlı ailəsində anadan olmuşdur.[5] İki yaşında ikən ailəsi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə köçmüşdür.[5]

1913–1916-cı illərdə, 22 yaşında olarkən Panço Villa ekspedisiyasında iştirak etmiş Meksika sərhədində vuruşan 13-cü ABŞ Süvari Alayında (K Birliyi) əsgər kimi xidmət etmişdir.[5] 1917-ci ildə Meri Şimberski ilə ailə həyatı qurdu. Həyat yoldaşı 1954-cü ildə vəfat edən və övladları olmayan Adamski evləndikdən sonra Amerikanın qərb ştatlarına köçmüşdür.

Bir müddət Yellouston Milli Parkında fəhlə, Oreqon ştatında un fabriklərinin birində texniki işçi və Kaliforniya ştatında beton zavodunda çalışmışdır.[6] XX əsrin 20-ci illərindən etibarən ezoterik okkultizmneo-teosofiya cərəyanı ilə maraqlanmağa başlamışdır.[7] 30-cu illərdə Adamski Kaliforniyada Universal Mütərəqqi XristianlıqÜmumdünya Qanunu olaraq adlanan dini sistemi öyrənməyə və təbliğ etməyə çalışırdı.

1930-cu illərin əvvəllərində, Cənubi Kaliforniyada yaşayarkən, Adamski Elmi Fəlsəfə Məbədi olaraq adlanan məkanda yığıncaqlar keçirməyə başlayır və Laguna çimərliyində Tibet Kral Sifarişi adlı ordeni təsis edir. Adamski məbəddə filosofmüəllim kimi xidmət edirdi və qonaqların din, okkultizmezoterizm haqqındakı suallarını cavablandırırdı.

  • Royal Order of Tibet. Questions and Answers. Wisdom of the Masters of the Far East. 1. Compiled by Professor G. Adamski. Laguna Beach, CA: G. Adamski. 1936. LCCN 36025826. OCLC 38260588.
  • Adamski, George. Pioneers of Space: A Trip to the Moon, Mars and Venus (1st). Los Angeles: Leonard-Freefield. 1949. LCCN ltf91070007. OCLC 317646658.
  • Leslie, Desmond; Adamski, George. Flying Saucers Have Landed. New York: British Book Centre. 1953. ISBN 0-854351-80-9. LCCN 53012621. OCLC 383007.
  • Adamski, George. Inside the Space Ships. New York: Abelard-Schuman. 1955. LCCN 55010556. OCLC 543169.
  • ——. Flying Saucers Farewell. New York: Abelard-Schuman. 1961. LCCN 61012205. OCLC 964949.
  • ——. Inside the Flying Saucers. New York: Paperback Library. 1967 [Originally published 1955 as Inside the Space Ships; New York: Abelard-Schuman]. OCLC 1747128.
  • ——. Behind the Flying Saucer Mystery. Paperback Library 53-439. New York: Paperback Library. 1967 [Originally published 1961 as Flying Saucers Farewell; New York: Abelard-Schuman]. OCLC 4020003.
  • ——. Cosmic Philosophy. Freeman, SD: Pine Hill Press. 1972 [Originally published 1961; G. Adamski]. LCCN 62000520. OCLC 13371492.

Digər nəşrlər

[redaktə | mənbəni redaktə et]
  • Adamski, George. Petals of Life: Poems. Laguna Beach, CA: Royal Order of Tibet. 1937. OCLC 47304946.
  • ——. Many Mansions (From a press conference with the ministers of Detroit in September 1955 ...). Willowdale, Ontario: SS & S Publications. 1955. OCLC 45443779.
  • ——. Telepathy: The Cosmic or Universal Language. 1958. OCLC 45443839.
  • ——. Man tells of trip to moon (Motion picture (newsreel)). Hearst Corporation. 28 March 1960. OCLC 79040262.
  • ——. Science of Life Study Course. Self-published. 1964.
  1. Peebles, pp. 93–96
  2. "The Queen & the Saucers". Time. 1 June 1959. 13 July 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 April 2007.
  3. Profile Arxivləşdirilib 2018-02-09 at the Wayback Machine, gutenberg.org; accessed 8 June 2017.
  4. Robinson, Nick. "Why do Japanese UFOs look so different?". YouTube. 18 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. 1 2 3 Scott-Blair, Michael. "Palomar campground expanding its universe". The San Diego Union-Tribune. 13 avqust 2003. 26 dekabr 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2007. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. Sitat səhvi: Yanlış <ref> teqi; Clark, p. 26 adlı istinad üçün mətn göstərilməyib
  7. (https://web2.ph.utexas.edu/~coker2/index.files/adamski.htm Arxivləşdirilib 2021-11-09 at the Wayback Machine)