Cozef Smit | |
---|---|
ing. Joseph Smith | |
Doğum tarixi | 23 dekabr 1805[1][2][…] |
Vəfat tarixi | 27 iyun 1844[1][2][…] (38 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | peyğəmbər, siyasətçi, ilahiyyatçı |
Partiyası | |
josephsmith.net josephsmithpapers.org |
|
Vikianbarda əlaqəli mediafayllar |
Cozef Smit (ing. Joseph Smith, Jr.; 23 dekabr 1805-27 iyun 1844) — Amerikalı dini lider, Mormonizmin banisi, 1844-cü ildə prezidentliyə namizəd.
Cozef Smit 1805-ci ildə Vermont ştatının Jarone şəhərində anadan olmuşdur. O, sistemli təlim-təhsil almasa da özünü yetişdirmişdir. Smitin iddiasına görə Moroni adlı mələk onun gözünə görünərək, vaxtilə torpağa basdırılmış hindu peyğəmbərin qızıl vərəqlərdən ibarət kitabının yerini göstərmiş və Tanrının ona iş tapşırdığı xəbərini çatdırmışdır. Bu vaqedən sonra Smit kilsə təsis etmiş, ətrafına tərəfdarlar toplayaraq, ətraf ştatlarda aktiv dini fəaliyyətə başlamışdır. Onların az müddətdə uğur qazanmasının əsas səbəbi cərəyan mənsublarının təmənnasız dindarlara məsuliyyətlə yanaşmaları idi. Lakin protestanların güclü təqibləri ilə üzləşdikdən sonra əvvəlcə Missuri, ardınca isə əsasını qoyduqları Nauvu şəhərinin yerləşdiyi İllinoys ştatına köçmüşlər.
1843-cü ildə icmanın ilk missioner yığıncağı keçirilmişdi. Yığıncaqda "çoxarvadlılıq" ideyasını irəli sürsələr də, ABŞ hökumətinin güclü təzyiqi nəticəsində 1890-cı ildə bunun qarşısı alınmışdır. Smitin teokratik dövlət qurmaq istəyi də olmuşdur. Lakin 1844-cü ildə o, Vətənə xəyanət və digər cinayətlərdə günahlandırılaraq, həbs edilmiş və Karthaqe şəhər həbsxanasında dustaqlar tərəfindən qətlə yetirilmişdir.