Cuzeppe Maskati

Cuzeppe Maskati
it. Giuseppe Moscati
Rütbə müqəddəs həkim
Doğum tarixi
Doğum yeri Benevento
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri Neapol
Qeyd edilir Roma-Katolik kilsəsi
Kanonlaşdırılıb 25 oktyabr 1987
Xatirə günü 16 noyabr
Himayədar Patoloji anatomiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cuzeppe Maskati (it. Giuseppe Moscati; 25 iyul 188012 aprel 1927) — Roma-Katolik kilsəsi tərəfindən ölümündən sonra müqəddəs kimi xeyir-dualanmış, italyan həkimi, alimi, Neapol xəstəxanasının baş həkimi, Neapol universitetinin professoru.

Cuzeppe Maskati 25 iyul 1880-ci ildə Kampaniya (İtaliya) regionunun Benevento şəhərində çoxuşaqlı imkanlı bir ailədə (doqquz uşaqdan altıncısı) dünyaya gəlmişdir. Onun atası adlı sanlı vəkil olmuşdur. O, 4 yaşındaikən ailəsi Neapola köçür və o, ömrünün axırına qədər orada yaşayır. 1889-cu ildə Viktor Emmanuil litseyinə daxil olaraq, sonra Neapl universitetinin tibb fakultəsində təhsil almış, 1903-cü ildə doktor dərəcəsilə onu bitirmişdir. Neapol xəstəxanasında praktika keçməyə başlayır. 1906-cı ildə Vizuvi vulkanının püskürməsi zamanı ona Torro-del-Qreko xəstəxananın evakuasiyasını tapşırırlar. O, öz həyatını təhlükəyə ataraq bütün xəstələri xilas edir. 1908-ci ildə onu Neapol universitetinin fizioloji kimya kafedrasına assistent təyin edirlər. 1911-ci ildə onun vəbaya qarşı mübarizədə böyük xidmətləri olmuşdur. Həmin il onu İtaliya kral tibbi cərrahiyyə akademiyasına üzv seçirlər.

Cuzeppe Maskati 1927-ci ildə 46 yaşında qəflətən vəfat etmişdir. Ölümündən üç il sonra 16 noyabr 1930-cu ildə onun nəşi təzədən Neapolun Cezu Nuovo kilsəsində dəfn edilmişdir. 45 il sonra 16 noyabr 1975-ci ildə Roma-Katolik kilsəsi tərəfindən müqəddəs kimi xeyir-dualanmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]