Czech Airlines (Çexiya Hava Yolları) | ||||
---|---|---|---|---|
|
||||
Təsis olunub | 1923 | |||
Mərkəz hava limanı | Praqa Beynəlxalq Hava Limanı | |||
Donanma ölçüsü | 18 | |||
Təyinat məntəqələri | 50 | |||
Qərargahı | Praqa, Çexiya | |||
Rəhbər |
Yozef Sinzak (prezident) |
|||
Əməliyyat mənfəəti |
|
|||
Gəlir |
|
|||
Xalis mənfəət |
|
|||
Ümumi aktivlər |
|
|||
Ümumi kapital |
|
|||
İşçi sayı |
|
|||
Saytı | czechairlines.com | |||
Vikianbarda əlaqəli mediafayllar |
CSA Czech Airlines (çex. ČSA; rəsmi adı: çex. České aerolinie, ing. Czech Airlines, «Çexiya Hava Yolları») — Çexiya Respublikasının ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. Qərargahı Praqa Hava limanında yerləşir. Aviaşirkət Avropa, Yaxın Şərq və Asiyanın müxtəlif regionlarına avia daşımalar həyata keçirir. Aviaşirkət həmçinin, Çarter reysləri və yük daşımaları da həyata keçirir. SkyTeam avia alyansının üzvüdür. Tez-tez uçan sərnişinlər üçün sadiqlik proqramı "OK Plus" adlanır.
Bir səhmdar şirkət olan Czech Airlines avia şirkətinin əsas səhmdarları Travel Service Airlines şirkətidir.
2009-cu ildə aviaşirkət səhmlərinin 91,5% özəlləşdirilməsi həyata keçirilmişdir. AB meyarlarına uyğun olaraq, yalnız AB ölkələrindən, minimum 51% kapitala sahib bir şirkət iddiaçı ola bilər. Birinci mərhələdə :[2]
20 aprel 2009-cu ildə özəlləşdirmənin ikinci mərhələsinə yalnız 2 ərizəçi keçdiyini elan edilmişdir: Air France-KLM və “Unimex Group və Travel Service konsensiusu”. 19 avqust 2009-cu ildə Air France-KLM şirkəti iqtisadi səbəblərdən tenderdə iştirakdan imtina etmişdir[3].
26 oktyabr 2009-cu ildə Çexiya hökuməti Czech Airlinesi bir şirkətə satmaqdan imtina etmişdir[4]
2010-cu ilin mayında dövlət şİrkətdə olan payını artırmağa çalışır və bunu 91,75 %-dən 95,69 %-dək qaldırır. Digər səhmdarlar isə Praqa (1,53 %, 16 068 səhm) və Bratislava şəhərləri, həmçinin Česká pojišťovna sığorta şirkətidir[5][6]
2012-ci ilin noyabrında hökumət şirkətin 50 % səhmini satmaq qərarına gəlir. Bu qərarla həm də Avropa Birliyindən kənarda yerləşən şirkətlərin də özəlləşdirilmədə iştirak etməyə imkanı yaranırdı. Tenderdə 4 şirkətin adı çəkilirdi:[7]
13 mart 2013-cü ildə bir şirkərtin böyük bir payı almasına icazə verir. Korean Air şirkəti 44 % səhmə görə 67,5 milyon kron təklif edir[8]. 10 aprel tarixində Czech Airlines avia şirkətinin 44 % səhminin Korean Air[9] şirkətinə satılması barədə müqavilə imzalanır. Müqavilədə Korean Air şirkətinin üstəlik 34 % səhmi almasına[10] belə icazə verilir.
2015-ci ildə Travel Service avia şirkəti Korean Air-dən 34 % səhmi alır. Beləliklə, aviaşirkətin səhmdarları: Korean Air — 44 %, Travel Service — 34 %, Çexiya Respublikası — 19,74 % və Çexiya Sığorta şirkəti (Česká pojišťovna) — 2,26 %[11] olur.
2018-ci ilin fevralında Travel Service avia şirkəti Korean Air və Çexiya Respublikasının hissələrini alaraq səhmlərini 97,7 %[12] çatdırır.
Aviaşirkətin 2015-ci ilin sentyabr ayının sonuna olan orta yaşı 9.4 ildir.
Model | Sayı | Orta yaş | Foto |
ATR 42-500 | 3 | 10 | |
ATR 72-500 | 5 | 14 | |
Airbus A319-112 | 9 (onlardan 2 lizinqə verilib) |
7 | |
Airbus A330-323 | 1 | 14 |