Cəbəlpur

metropolis
Cəbəlpur
ing. Cəbəlpur
23°10′ şm. e. 79°56′ ş. u.HGYO
Ölkə  Hindistan
Tabesində Madhya-Pradeş ştatı
Tarixi və coğrafiyası
Sahəsi 374 km²
Mərkəzin hündürlüyü 412 m
Əhalisi
Əhalisi 1,081,677 nəfər (2011)
Sıxlığı 478 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +91-761
Poçt indeksi 482001 to 482011
Digər
jabalpur.nic.in
Xəritəni göstər/gizlə
Cəbəlpur xəritədə
Cəbəlpur
Cəbəlpur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


CəbəlpurHindistanın mərkəzi hissəsində, Madhya-Pradeş ştatında şəhər.[1]

Əhalisi 1,05 mln. (2011; aqlomerasiyada 1,27 mln) nəfərdir.[1]

Narmada çayı vadisində yerləşir. İri nəqliyyat qovşağıdır.[1]

9–10-cu əsrlərdə Tripura racəliyinin paytaxtı olmuşdur. 1781-ci ildən Cəbəlpurda marathaların mənzil-qərargahı, 1818-ci ildən Britaniyanın hərbi bazası, Sauqor və Narmada ərazilərindəki Britaniya canişininin mənzil-qərargahı yerləşirdi.[1]

1864-cü ildə şəhər statusunu almışdır. Rani Durqavati Universiteti (1836-cı ildə tarix kolleci kimi əsası qoyulmuş, 1957-ci ildən universitetdir; 1983-cü ildən indiki adını daşıyır), C.Nehru adına kənd təsərrüfatı universiteti (1964), mühəndislik, tibb, hüquq və s. kollecləri var. Ştatın Ali məhkəməsi, Tropik meşə ETİ burada yerləşir.[1]

Cəbəlpur sənaye-ticarət mərkəzidir. Döyüş sursatları (4 fabrik) istehsal olunur. Maşınqayırma (yük avtomobilləri, elektrotexnika məmulatları, telekommunikasiya avadanlığı və s.) və metal emalı inkişaf etmişdir; kimya (o cümlədən texniki rezin məmulatları), sement, şüşə, pambıq parça sənayesi müəssisələri fəaliyyət göstərir; saxsı, tikiş məmulatları və s. istehsal olunur. Oduncaq ticarəti aparılır. Kənd təsərrüfatı xammalı (buğda, çəltik, darı, manqo) emal edilir. Cəbəlpur yaxınlığında, şəhəri əhatə edən çox saylı təpələrin birində Madan-Mahal (12-ci əsr) qədim qond qəsri yerləşir. Şəhərətrafı mərmər dərələri və Bhedaqhat şəlaləsi var. Yaxınlığında boksit çıxarılır.[1]

  1. 1 2 3 4 5 6 Cəbəlpur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 232-233. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]