Cəfər Nimeyri

Cəfər Nimeyri
ərəb. جعفر نميري
Sudan Prezidenti
12 oktyabr 1971 – 6 aprel 1985
ƏvvəlkiVəzifə təsis olundu
SonrakıƏbdülrəhman Sivar Dəhab
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1931(1931-01-01)[1][2]
Doğum yeri
Vəfat tarixi 30 may 2009(2009-05-30)[1][2] (78 yaşında)
Vəfat yeri
Təhsili
  • Sudan Hərbi Kolleci[d]
Fəaliyyəti siyasətçi
Dini sünni islam
Rütbəsi Feldmarşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəfər Məhəmməd Nimeyri (ərəb. جعفر محمد النميري‎‎; 1 yanvar 1931[1][2], Omdurman[d], Xartum[d][3]30 may 2009[1][2], Xartum[3]) — Sudan dövlət xadimi, marşal. 1969-cu ildən 1985-ci ilə qədər Sudan Demokratik Respublikası (SDR) Prezidenti olmuşdur.

Cəfər Məhəmməd Nimeyri 1 yanvar 1931-ci ild' Sudanın Omdurman şəhərində, xırda burjua ailəsində anadan olmuşdur. O, 1952-ci ildə Sudan hərbi kollecini bitirmiş, sonralar Qərbi AlmaniyaABŞ-da hərbi təhsilini davam etmişdir. Nimeyri 1964-cü ilin oktyabrında yaradılmış "Azad zabitlər" gizli ordu təşkilatının liderlərindən idi. O, 1969-cu il mayın 26-dan dövlət çevrilişi etmiş zabitlər qruounun başçısı olmuşdur. Nimeyri 1969-1972-ci illərdə İnqilabi Şuranın sədri, baş nazir, silahlı qüvvələrinin baş komandanı idi. O, 1971-ci ilin oktyabrından SDR prezidenti və baş naziridir. O, 1972-ci ilin yanvarından Sudan Sosialist İttifaqının sədri və baş katibidir. Nimeyri 1969-cu ilin noyabrında SSRİ-də rəsmi səfərdə olmuşdur.[4] O, 1985-ci ildə bir inqilabla devrilmişdir. Nimeyri 30 may 2009-cu ildə Omdurmandakı evində vəfat etmişdir.[5]

  1. 1 2 3 4 Gaafar Mohamed el-Nimeiri // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Jaafar Mohammed al- Numeiri // Munzinger Personen (alm.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #119080435 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Нимејри Ҹәфәр Мәһәммәд // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 264.
  5. Hevesi, Dennis. "Gaafar al-Nimeiry, a Sudan Leader With Shifting Politics, Dies at 79". The New York Times (ingilis). 11 iyul 2009. 2021-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]