Cənub yukkası

Cənub yukkası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cənub yukkası (lat. Yucca faxoniana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Təbii halda Meksikada bitir.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Təbiətdə hündürlüyü 8–10 m olan ağac və ya koldur. Cavan bitkilərin gövdələri zəif olur. Yaşlı bitkilərdə gövdənin diametri 20-60 sm-dək çatır. Yarpaqları gövdədə sıx yerləşir, rəngi tünd yaşıldır, kənarlarında sapları vardır. Yarpağin yuxarı hissəsində şaxələnmiş dərili, qısa yarpaqların uzunluğu 25-30 sm, eni 2-3 sm-ə çatır.

Şoran, qələvi torpaqlarda yaxşı bitir. İşıqsevəndir. Abşeronun sərt şaxtalarına davam gətirir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Mərdəkan dendrarisində introduksiya olunmuşdur. Bakı, Sumqayıt, Quba şəhərlərində park və bağlarda istifadə olunur.

Tək əkinlərdə, zərərvericilərə qarşı mubarizədə, kəndir istehsalında istifadə edilir.

Homotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Samuela faxoniana Trel.
  • Yucca australis Trel.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Yucca australis var. valida M.E.Jones