Dəyirmiağızlılar | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Sinifüstü: Dəyirmiağızlılar |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Dəyirmiağızlılar (lat. Cyclostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinifüstü.
Təkamülə görə onlar balıqların davamçıları hesab olunurlar. Dəyirmiağızlılara iki dəstə daxildir: ilanbalığıkimilər və miksinkimilər. İlanvari, çılpaq, seliklə örtülü bədənləri və cüt üzgəclərinin olmaması onlar üçün səciyyəvidir. Ağız qıf şəklində, çənələr yoxdur. Hər yarımsinfin bir dəstəsi var. Xəzərdə miksinlər yoxdur. Başının hər tərəfində 7 qəlsəmə dəliyi vardır. Qələsəmələri kisə şəklindədir. Ağzı qıfa bənzəyir. Burun dəliyi tək olub, gözün önündə yerləşir; bu dəlik nazahipofizar boşluğun dəliyi adlanır. Cüt üzgəcləri və üzgəc qurşaqları yoxdur. Dişləri buynuz maddəsindəndir. Xorda bütün ömrü boyu qalır.