Dalğalı birəcik

Dalğalı birəcik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Yarımfəsilə:
Triba:
Növ:
Dalğalı birəcik
Beynəlxalq elmi adı
  • Phyllotreta undulata[1]

Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir.[2]

Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar.

Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar. Toxumalar zədələndiyi üçün yarpaqlar quruyurlar. Kiçik zədələnmələrə bitkilər asanlıqla dözürlər. Lakin zərəvericinin miqdarı xeyli artdıqda bitkinin yarpaqları quruyur, bitkilər boyatmadan qalır, bəzən isə məhv olurlar. Bitkinin orta yarpaqları və boy nöqtəsinin məhv edilməsi daha təhlükəlidir.

Yaz fəslində isti və quraq günlərdə böcəklərin fəallığı və qidalanmaya hərisliyi artır. Temperatur aşağı düşəndə və nisbətən çox rütubət olanda böcəklər az fəallıq göstərirlər. Böcəklər ilin yaz, yay və payız fəsillərində rast gəlmək olar. Əsasən ildə 1 nəsil verirlər.[2]

Dağlıq və dağətəyi ərazilərdə geniş yayılmışdır. Azərbaycanın Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən və Lənkəran-Astara zonalarında daha geniş yayılmışdır.

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. 1 2 Səfərova İ.M. Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 54-57.