Dalya kərtənkələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Dalya kərtənkələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Dalya kərtənkələsi (lat. Darevskia dahli) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Partenoqen olan və uzunluğu 64 mm olan, quyruğu isə iki dəfə uzun olan kərtənkələdir. Boğaz naahiyyəsində 23–30 pulcuq olur. Pulcuqları hamardır. Bədəninin mərkəz hissəsində isə 47–54 pulcuq olur. Yuxarı nahiyəsi qəhvəyinin müxtəlif çalarlarında olur. Boğazın aşağı hissəsi ağımtıl olur.
Onlar geniş arealda daha çox Gürcüstan və Ermənistan ərazilərində yayılmışlar. Gürcüstanın cənubunda Kür çayı hövzəsində, Ermənistanda isə ölkənin şimalında yayılıb. Hazırda isə areal kiçik prçalara bölünmüşdür.
Onlara əsasən quru qayalıqlar və dərələrdə, hündürlüyü 900–1700 m yüksəkliklərdə rast gəlmək olar. Dağ meşələrinin kənarları və daşlı dağ çöllərində yayılırlar.
Sayları çoxluğu ilə seçilir. 1 km maşrut üzrə 100 baş kərtənkələyərast gəlinir. Qışlamafan aprelin əvvəl və ya ortaları qayıdırlar. Cücülər, puplar, qurdlar və hörümçəklərlə qidalanır.
Onlar Partenoqenetik xüsusiyyətlərə malikdirlər. Onların çoxalması üçün erkəklərə ehtiyac durmurlar. 2–5 yumurta (əsasən 4 yumurta) qoyurlar. Orta ölçüləri 7×12 mm təşkil edir. Yumurta qoyma iyunun sonu, iyulun əvvələrinə təsadüf edir. Balalar avqustun ortaları sentyabrın əvvəlləri yumurtadan çıxırlar. Balaların quyruqsuz uzunluqları 24–27 mm təşkil edir.